KÖHNƏ VERSİYA            

“Musiqi həyatımın hamısı deməkdir”... - Gənc istedad Ayşə Məmmədova

Image

“...Məqsədim Azərbaycanın musiqi dəyərlərini digər ölkələrdə tanıtmaqdır”

“Bakı-Xəbər” qəzeti musuqi, elm, təhsil, idman və başqa sahələrdə fərqlənən istedadlı, bacarıqlı, böyük uğurlar qazanan uşaq və gənclərlə bağlı hər zaman yazılar təqdim edib. Öz sahəsində müvəffəqiyətlər qazanan hər bir insanın, mütləq ki, bir uğur hekayəsi var. 

Uğurlu həyat hekayəsi olan uşaq və gənclərə həsr olunan silsiləməzin ilk sayında beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc və istedadlı musiqiçilərindən biri, 19 yaşlı Məmmədova Ayşə Zaur qızı haqqında danışacağıq. Ayşə həm vokalçı, həm də fortepianoçu kimi bir sıra yerli və beynəlxalq müsabiqələrə qatılıb və yüksək ödüllər alıb.  

Ayşə musiqini, ürəyinin səsini ifadə edən fortepianonu həyatının ən vacib məfhumu hesab edir. Doğuluşdan sahib olduğu istedadın və çəkdiyi zəhmətin, heç bir çətinlikdən qorxayıb irəli getməyi bacarmağının nəticəsidir ki, o, bir musiqiçi kimi böyük uğurlara imza atıb, çoxları üçün əlçatmaz olan səhnələri fəth edib. Ayşə Məmmədova ilə yaxından tanış olaq, onun uğur hekayəsini birgə izləyək.  

17 sentyabr 2005-ci ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərinin Sverdlovsk vilayətində dünyaya göz açan Aişə 6 yaşı olanda ailəsi ilə birgə Bakıya köçüb. 2011-ci ildə Bakı şəhəri Nizami rayonu 251 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 2022-ci ildə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 280 nömrəli tam orta məktəbini bitirib. Orta məktəbdə oxuyarkən çox fəal şagird olub. Fəallıqları nəticəsində “İdeal vətəndaş” qəzetində haqqında məqalə yazılıb və Fəxri Diploma layiq görülüb. Ayşə deyir ki, uşaqlıqdan musiqiyə böyük həvəsi və sevgisi olub. “Uşaqlıqdan fortepianoya həvəsim vardı. Məqsədim gələcəkdə həm vokalçı, həm də pianoçu olmaq idi. Atalar deyib ki, niyyətin hara, mənzilin də ora, ailəmin dəstəyi, müəllimlərimin əməyi, özümün də zəhmətimlə, bacarığımla məqsədlərimə doğru irəlilədim”.

Ayşə 2012-ci ildə 33 nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə daxil olur və həmin məktəbi fərqlənmə attestatı ilə 2019-cu ildə bitirir.  

Bundan başqa, Ayşə aktyor kimi teatr tamaşalarında da oynayıb, amma aktrisalıq yolunu deyil, fortepianonu seçib. “Musiqi məktəbində oxuduğum illərdə bir çox Respublika müsabiqələrində həm vokal, həm də fortepiano nominasiyası üzrə çıxış etdim və 1-ci yer mükafatına layiq görüldüm. Eləcə də 2012-2013-cü illərdə Akademik Musiqili Teatrında rejissorum Elməddin Dadaşovun rəhbərliyi ilə bir neçə tamaşada da aktyorluq qabiliyyətimlə çıxış etdim. 2020-ci ildə musiqi təhsilimi davam etdirmək üçün Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə Fortepiano ixtisası üzrə daxil oldum və 2024-cü ildə bu kolleci bitirdim. 

Musiqi kollecində təhsil aldığım illər ərzində 2022-ci ildə Qazaxıstanda keçirilən Astana Stars “Divertisment” adlı Beynəlxalq müsabiqəsində Fortepiano nominasiyası üzrə 1-ci yer mükafatına layiq görüldüm. Həmin ildə ”Art Olimpia Ümid 2022” müsabiqəsində və bu kimi digər müsabiqələrdə fortepiano nominasiyası üzrə iştirak edərək 1-ci yer mükafatına layiq görüldüm. 2022 və 2023-cü illərdə Ümumilli Lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən “Sən elə bir zirvəsən” adlı Respublika müsabiqəsində vokal nominasiyası üzrə hər iki ildə də 1-ci yer mükafatlarına layiq 

görülmüşəm. 2023-cü ildə keçirilmiş “Azərbaycan Vokalçıları” adlı III Beynəlxalq Festivalında solo vokalist kimi çıxış etmişəm. Elə həmən ildə Nəsimi rayonunun ictimai-siyasi həyatında fəal iştirakıma görə Yeni Azərbaycan Partiyası tərəfindən fəxri mükafatlara layiq görülmüşəm. Eləcə də müsabiqələr və dövlət tədbirlərində fəal iştirakıma görə 2024-cü il Nəsimi Rayon İcra Hakimiyyətinin “ 2 Fevral Gənclər Günü” adlı diplomu ilə təltif olunmuşam. Həmçinin göstərdiyim bütün fəallıqlar nəticəsində 2024-cü ildə “Azərbaycan Müəllimi” qəzetində haqqımda məqalə çap olunub”. 

Ayşə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini böyük uğurla  başa vurub, Bakı Musiqi Akademiyasının İnstrumental ifaçılıq ixtisasına (fortepiano üzrə) daxil olub. Hazırda birinci kurs tələbisdir. Ayşənin musiqiyə bağlılığı o qədər möhkəmdir ki, o özünü başqa bir sahədə görmür. Deyir ki, ana südü ilə qanına, canına hopmuş musuqini yalnız yüksək səviyyədə təmsil və təbliğ etməkdir arzusu. “Bu sahəni seçməkdə hər zaman qürur hissi keçirmişəm. Orta məktəbdə oxuduğum illərdə nə qədər fərqli ixtisaslara yönləndirilsəm də, musiqidən ürəyim dönmədi. Yaxşı oxuduğum üçün müəllimlərim mənim hüquq, tarix və 

jurnalistka sahələrində çox böyük uğurlar qazana biləcəyimi deyirdilər. Düzdür, bu ixtisaslar da yaxşıdır, amma mən özümü musiqidə tapmışam. Mənim bu sənətə gəlməyimdə bacımın çox böyük rolu olub. Hələ mən 6 yaşımdaykən bacım musiqi məktəbinə gedərək, mənimlə orada 

öyrəndiklərini paylaşır və mənim bu sənətə olan sevgim daha da artırdı. Ailəm də hər zaman mənə dəstək olub. Onların dəstəyi mənim üçün həmişə çox əhəmiyyətlidir. Ailənin dəstəyi insanın məqsədlərinə çatması üçün çox mühümdür. Bilirsən ki, arxanda dağ kimi dayanan sarsılmaz bir gücün var. 

Bundan əlavə, həm musiqi məktəbində, həm də kollecdə oxuduğum müddətdə bütün müəllimlərimin mənim üzərimdə çox əməyi olub və mənə daima inanıblar. İnam böyük məfhumdur, sənə inanan olmasa, hardasa özünə güvənin o qədər də tam olmaz. Mənə ailəm də, müəllimlərim də həmişə güvəndilər, dəstək oldular. Beləliklə mən də bu sahədə özümü daha çox inkişaf etdirərək, xalqımızın ən görkəmli musiqiçilərindən olmaq istəyirəm. Musiqi sahəsində əsas ixtisasım fortepiano olsa da, vokalçılıq və bəstəkarlıqla da məşğul oluram. Belə ki, bəstələdiyim bir neçə əsər var, onların üzərində işləyirəm və hər dəfə bu alətdə ifa etdikdə sanki başqa bir aləmdə oluram. Musiqi artıq mənim həyatımın bir parçası deyil, bütün həyatımdır. Onsuz özümü təsəvvür edə bilmirəm. Nə qədər çətin olsa da, bu sahədə olmaqdan çox qürur hissi yaşayıram. Sözsüz ki, bu illər ərzində çətinliklər yaşamışam. Lakin özümə və sənətimə olan sevgim 

və inamım nəticəsində çətinliklərə qalib gəlmişəm. Və bundan sonra da məqsədim bu sahədə davam edərək, Azərbaycanın musiqi dəyərlərini digər ölkədə tanıtmaqdır”.

Ayşə Məmmədova böyük bir yola çıxıb, indiyə qədər onu böyük uğurlara, nailiyyətlərə qovuşduran musiqi bundan sonrakı həyatında da ona yol yoldaşı olacaq. Ayşə özünü bütövlükdə musiqiyə həsr etmək istəyir, vokalçı kimi, pianoçu kimi, bəstəkar kimi Azərbaycan musiqisini bütün dünyada təmsil etmək, tanıtmaq niyyətindədir. 

Çətinliklərdən adlayıb öz məqsədinə nail olan hər bir insanın həyat yolu özlərindən sonra gələnlərə bir nümunədir...

İradə SARIYEVA








VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031