"COP29-un Bakıda keçiriləcəyinə görə bütün sənaye şəhərdən kənara köçürülüb" - Eldar Əzizov
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Moskvada təşkil olunan “Bulud şəhərləri. BRICS şəhərlərinin gələcəyi haqqında Forum” çərçivəsində “Gələcəyin xəritəsi. Texnoloji inkişafın lider şəhərlərinin həlləri və strategiyaları” plenar sessiya zamanı bir sıra fikirlər səsələndirib. E.Əzizov bildirib ki, Azərbaycan BRICS-də iştirak etmək üçün rəsmi müraciət edib. "Bu, bizim üçün çox əlamətdardır”.
O qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçiriləcəyinə görə demək olar ki, bütün sənaye şəhərdən kənara köçürülüb. "İlin əvvəlindən ölkəyə turist axını 40 faiz artıb və COP29-un məhz Bakıda keçirilməsi təsadüfi deyil."
Mətləb Salahov