Bakıda və Sumqayıtda dələduzluq edən şəxslər saxlanılıb
Bakıda və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Abşeron rayon sakini olan bir nəfərin 12 min manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 40 yaşlı F.Qəhrəmanov, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 9 min manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 41 yaşlı qadın, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfəri aldadaraq hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 33 yaşlı C.Yusifov müəyyənləşdirilərək saxlanılıblar. Faktlarla bağlı araşdırma aparılır.