KÖHNƏ VERSİYA            

Ermənistan Zəngəzur dəhlizini Azərbaycanın dediyi kimi açır?

Image

“Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq, öz öhdəliyinə laqeyd yanaşır... Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. 

Bu o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə, Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər”. 

Bu fikirlər hələ cari ilin əvvəlində prezident İlham Əliyev tərəfindən yerli televiziya kanallarına müsahibədə səsləndilirilib.

Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, İrəvan Bakının yanaşması ilə razılaşmaq niyyətindədir. Hər halda, “Qraparak” qəzeti bu xüsusda maraqlı iddia ilə çıxış edib: “Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana Zəngəzur dəhlizi vədini verdiyini etiraf edib. Paşinyan illərdir ictimaiyyəti əmin etməyə çalışsa da ki, Sünik dəhlizindən (Zəngəzur) söhbət gedə bilməz, belə bir razılaşma yoxdur, onun bu məsələdə prinsipial mövqeyi var, bu onun qırmızı xəttidir, sentyabrın 18-də keçirilən Dünya Erməniləri Sammitində əksini söylədi. Paşinyan sözün əsl mənasında dedi ki, Ermənistan Bakıya dəhliz vermək istəyir. “Dəhliz” ifadəsini işlətmədi, “keçid” sözünü dilinə gətirdi, amma bu, mahiyyəti dəyişmir. Sitat: “Bizim sosial şəbəkələrdə, siyasi dairələrdə də belə müzakirələr gedir, deyirlər ki, o yol açılsa, növbəti xəyanət olar. Anlamıram, deməliyik ki, Azərbaycanın qərb və ya əsas hissəsi ilə Naxçıvan arasında öz ərazimizdən keçməyə icazə vermirik? Bu hansı məntiqdir? Bunu niyə deməliyik? Əksinə, biz hazır olduğumuzu deməli olduğumuza inanırıq və dediklərimizdə heç bir riyakarlıq yoxdur”. Paşinyan söylədi ki, müəyyən prosedurlar sadələşdirilə bilər. Bu isə o deməkdir ki, insanlar və yüklər Azərbaycandan (əsas hissəsindən) Naxçıvana və əks istiqamətdə gömrük yoxlaması olmadan keçməlidir. Bu da Azərbaycanın tələbi və dəhliz məntiqidir”. Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri, erməni hərbi ekspert Vitali Manqasaryan da qeyd edir ki, Azərbaycan istəyinə nail olacaq. Onun sözlərinə görə, əgər aylar əvvəl Tavus istiqaməti də Azərbaycan üçün vacib və əsas idisə, indi Ermənistan tərəfi Azərbaycanın bu istiqamətdə tələbini həyata keçirəndə, strateji əhəmiyyətli hissələri təhvil verəndə və faktiki olaraq həmin hissədə bütün təhlükəsizlik arxitekturasını məhv edəndə, Naxçıvan istiqaməti Azərbaycan üçün yeganə prioritet halına gəlib: “Təbii ki, rəqib, xüsusilə Ermənistandan müxtəlif vaxtlarda rəsmi İrəvanın coğrafi baxımdan həmin ərazilərdə yerləşən Kərki yaşayış məntəqəsini azərbaycanlılara verməyə hazır olduğu barədə açıqlamalar gələndə, müəyyən uğurlar əldə etməyə çalışacaq”.

Bunar fonunda hesab edilir ki, Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi şərtlər əsasında açılma ehtimalı artır. Hazırda prosesdə yeganə əngəl yaradan tərəf İrandır. Bu xüsusda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  qeyd edir: “Dəhlizin açılması təkcə Rusiya yox, həm də Azərbaycan, Türkiyə və ABŞ-ın marağına uyğundur. İlkin mərhələdə bununla bağlı müsbət bəyanatları Avropa Birliyi vermişdi. Onların bu məsələdə Ermənistana maliyyə baxımından kömək edəcəyinə dair fikir də var idi. Görürük ki, dəhliz məsələsinin qarşısında duran və onu qəbul eləməyən təkcə İrandır”. Politoloq “axar.az”a bildirib ki, Tehranın mövqeyinin konkret olaraq nədən ibarət olduğunu anlamaq çətindir: “Bəzən deyirlər ki, dəhliz hansısa kənar qüvvələrin nəzarətində olmamalıdır. Faktiki olaraq isə 1992-ci ildən bu bölgə rus sərhədçilərin nəzarəti altındadır və buna qarşı İranın heç bir etirazı ilə qarşılaşmamışıq. Digər sərgilənən mövqe isə, guya ki, Tehranın “Turan-NATO dəhlizi”nə qarşı olmasıdır”. T.Zülfüqarov Zəngəzur dəhlizi ilə bağlı hazırda Rusiyanın ciddi fəallıq göstərməsinə diqqət çəkib: “Kreml bu dəhlizə Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarət etməsini istəyir. Müxəlif mövqelər olduğu üçün bununla bağlı təmaslar davam edir”. O, Rusiyanın kommunikasiya məsələsində İranın mövqeyini dəstəklədiyi ilə bağlı xəbərlərə də münasibət bildirib:“Maraqlıdır: Rusiya İranın hansı mövqeyini, hansı həddə, hansı hissəsini dəstəkləyir? Bu haqda məlumat yoxdur. Ona görə də gözləyək və baxaq görək, bunun nəticəsi necə olacaq! Danışıqlar gec, ya tez digər ölkələrin mövqelərinə uyğunlaşacaq. Çünki İranın etirazı üçün heç bir əsas yoxdur”. Politoloq qeyd edib ki, İranda dəhliz mövzusunun daha çox daxili siyasi məsələ ilə əlaqədar olduğunu düşünür:“Dəhliz məsələsindən bir bəhanə kimi istifadə olunur. Hazırda İrana rəhbərlik edən müxtəlif qüvvələr təzə administrasiyanın formalaşmasında bir-biri ilə rəqabət aparır. Bu məsələdə SEPAH-ın da mövqeyi tez-tez qabardılır. Amma bilirsiniz ki, SEPAH Tehranda Haniyənin öldürülməsindən sonra tənqid atəşinə tutulur. Gündəmi dəyişdirmək üçün də Zəngəzur dəhlizi məsələsi aktuallaşdırılıb. Bu baxımdan, ümumi prosesi müsbət dəyərləndirirəm. Praktiki şəkildə dəhlizin açılması artıq daha realdır”. Rusiya TŞ katibi Şoyqunun avqust və sentyabr aylarında İrana iki dəfə səfər etməsinə, eyni zamanda İran TŞ katibi Əhmədianın Sankt-Peterburqa getməsinə toxunan ekspertin fikrincə, bu danışıq və təmasların gündəmi olduqca genişdir: “Rusiya İrandan hansısa silahların alınmasında maraqlıdır. Digər tərəfdən, guya Rusiyanın da öz növbəsində İrana çatışmayan hansısa texnologiyanı verməyi vəd etdiyinə dair məlumatlar var. Burada bəzi raket texnologiyalarından söhbət gedir. Çünki İran bəzi texnologiyalardan məhrumdur və bu mövzuya çox böyük önəm verir. Nəticə olaraq Rusiyanın vəziyyətindən istifadə edib, bu texnologiyaları əldə etməkdə maraqlıdır. Ola bilər ki, Zəngəzur mövzusu bu məsələdə İran tərəfindən alver kimi istifadə olunur. Ümumilikdə İranın bu vəziyyətə, proseslərə təsir imkanları çox məhduddur. Diplomatik alverdə İran bu məsələyə digər bir mövqe sərgiləməyə razı olacaq”.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031