KÖHNƏ VERSİYA            

Suverenlik günü dövlət və ictimai mənafeləri tam əks etdirən fəxri rəmzdir

Image

Dövlət və ictimai maraqların uzalaşdığı, bir-birini tamamladığı hadisələrdən biri  Dövlət Suverenliyi Gününün təsis edilməsidir ki, bu Azərbaycanın əzəmətli Zəfərinin təntənəsidir. 23 saatlıq antiterror əməliyyatları nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, terrorçuların fəaliyyətinə birdəfəlik son qoyuldu və Azərbaycanın üçrəngli bayrağı Xocalıda, Xankəndidə, Ağdərədə də dalğalandı, dövlətimizin ərazi bütövlüyü bərpa olundu, ərazilərimizdə sverenliyimiz bərqərar edildi.

Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına, Müzəffər Ordumuzun rəşadəti ilə əldə etdiyimiz qələbə Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin alqışla qarşıladığı tarixi hadisə oldu.   Biz xalq və dövlət olaraq Dövlət Suverenliyi Gününü haqq etdik və qələbə bəxş edən bu günü əziz bayramlarımızdan biri olaraq qeyd edirik. 

20 sentyabr müasir tariximizə Dövlət Suverenliyi Günü olaraq daxil edilib. 

“Biz buradayıq, Azərbaycan gerbi və Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də əbədi bu qələbə bizimlə olacaq, əbədi bu qələbə bizim tariximizdə olacaq. Bizdən sonra gələn nəsillər əbədi bu qələbə ilə haqlı olaraq fəxr edəcəklər”. Bu fikirlər Prezident İlham Əliyevin 20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımında yer alıb. 

Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır... 

Sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 

Sərəncamda bildirilir: “2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”. 

“Dövlət Suverenliyi Gününün təsis olunmasının böyük əhəmiyyəti var” 

Müasir İnkişaf Birliyinin rəsbəri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Dövlət Suverenliyi Günün təsis edilməsi dövlət və ictimai maraqların təmin olunmasına tam olaraq uyğundur: “Hesab edirəm ki, hər baxımdan bu Sərəncamın çox böyük əgəmiyyəti var. Çünki Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunması məsələsi bizlər üçün həyati önəm daşıyan tarixi bir hadisədir.  Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında olması xalqımıza, dövlətimizə çox ciddi çətinliklər, mənəvi narahatlıqlar yaşadırdı. Bizim xalq olaraq, ictimaiyyət, dövlət olaraq bütün resurslarımız bu problemin həllinə yönəlirdi, istiqamətləndirdi. Bu baxımından, bu münaqişənin mövcudluğu  xalq və dövlət olaraq inkişafımıza çox ciddi maneə törədirdi. Başqa bir tərəfindən, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, yarıtmaz təşkilatçılığı ilə aparılan danışıqlarda da müşahidə edirdik ki, erməni tərəfi Xankəndi və onun ətraf əraziləri ilə bağlı məsələlərin müzakirə olunmamasına, bunun gündəmdən çıxarılmasına çalışırdı. Yəni deyək ki, digər rayonların azad olunması müzakirə predmeti olurdusa Xankəndi mövzusunu ermənilər gündəlikdən çıxarmağa cəhdlər edirdilər. 1923-cü ildə qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması baş verəndən, orada separatizm ocağı formalaşandan 2023-cü ilin sentyabrında baş verən lokal xarakterli antiterror tədbirlərinə qədər yüz illik bir “xərcəng şişi”Azərbaycan Respublikasının daxilində metastaz verən bir yaraya çevrilmişdi. Biz bu qanqren verən məsələni kəsib atmalı, onu kökündən həll etməli idik. Antiterror tədbirləri ilə biz bu problemi kökündən həll etdik və istəyimizə nail olduq. Antiterror tədbirləri ilə Xankəndini, Xocalını, Ağdərəni, digər işğalda olan ərazilərimizi tamamilə azad etdik. Bununla da bizim uzun illər arzusunda olduğumuz, uğrunda mübarizə apardığımız ərazilərimiz üzərində suverenliyimizin tam bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsi nəinki mümkün oldu, hətta biz tarixi ədalətsizliyə son qoyduq, böyük bir problemi həll etdik. Bu mənada Dövlət Suverenliyi Günün təsis olunmasının böyük əhəmiyyəti var. Bu bizə bütövlüyümüzü, gücümüzü özümüzə xatırladır,   əzəmətimizi dünyaya göstərir”-deyə bildirən M.Göyüşlü qeyd etdi ki, bu bizim birliyimizi, dövlət və xalq birliyinin, dövlət və ictimai maraqların bağlılğını, monolitliyini bir daha təsdiqləyir. 

“Bu həqiqətən də bizim birliyimizin və gücümüzün simvolu olacaq” 

“Biz xalq olaraq göstərdik ki, bizim birliyimizi heç nə sarsıda bilməz. Dövlət Suverenliyi Günü bir daha sübut edir ki, biz xalq, dövlət və ordu birliyi nəticəsində çox şeyə nail olmuşuq, gələcəkdə də çox məsələlərə nail olacağıq. Bu, Azərbaycan dövlətində bu cür separatizm ocaqlarının yaradılmasının mümkün olmadığını düşmənlərimizə göstərir, bu niyyətə düşənlərin məkrli məqsədlərini bloklayır. Bu ermənilərə xatıraladaq ki, Azərbaycan Respublikasının daxilində heş bir separatizm ocağı yaradıla bilməz, Azərbaycanla diqtə dilində danışmaq olmaz və sair. 

Bu baxımdan, hesab edirəm ki, Dövlət Suverenliyi Günün təsis olması həm dövlət, həm də ictimai əhəmiyyətli bir tarixi hadisəsdir. Bu tarix də xalqımız və dövlətimiz üçün əhəmiyyətli günlərdən biri kimi hər zaman qeyd ediləcək. Bunun çox böyük simvolik mənası var. Bu həm də bizim ərazi bütövlüyümüz uğrunda şəhid olan insanlarımız, əsgərlərimizi, hərbiçilərimizi, bu uğurda qan tökən qazilərimizi bizə xatırladacaq. Bu bütpvlükdə ictimaiyyətə, xalqa onu təlqin edəcək ki, dövlətin suverenliyini qorumaq lazımdır, onu heç bir halda təslim etmək olmaz, bu məsələdə heç bir zaman güzəştə gedilməz. Bu həm də xalqının bu məsələdə qətiyyətini bir daha dünyaya nümayiş etdirmiş olacaq. Bu həqiqətən də bizim birliyimizin və gücümüzün simvolu olacaq”-deyə M.Göyüşlü vurğuldadı.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031