Noyabrda Avropa Komissiyasının üzvlüyünə namizədlərlə bağlı müzakirələr başlayacaq
Noyabrın 1-də Avropa Parlamenti Avropa Komissiyasının üzvlüyünə namizədlərlə bağlı müzakirələrə başlayacaq. Bu barədə jurnalistlərə Avropa İttifaqındakı (Aİ) mənbə məlumat verib.
“Biz dinləmələrə mümkün qədər tez başlamaqda maraqlıyıq, lakin bu, bir çox amillərdən, o cümlədən ABŞ-dəki prezident seçkiləri kimi xarici amillərdən də asılı ola bilər. Biz bu amili nəzərə alır və hadisələrin inkişafını izləyirik”, – o qeyd edib.
Mətləb