Türkiyə bankları Rusiya ilə bütün əməliyyatları dayandırır...
Türkiyə bankları sanksiyalar risqini azaltmaq üçün Rusiya ilə bağlı əməliyyatlarını dayandırmağa hazırlaşır. Bu barədə məlumat yayan TASS xəbər agentliyi mənbəyə istinadən bildirir ki, demək olar ki, bütün türk bankları Rusiya ilə əməliyyatlardan imtina etmək niyyətindədir.
Agentliyin məlumatına görə, Türkiyədəki kredit təşkilatları Rusiya ilə əməliyyatları “Emlak Katılım Bankası”na köçürməyi planlaşdırır.
“Türkiyə banklarının demək olar ki, hamısı Rusiya və Belarusla əməliyyatlardan tamamilə çəkilmək. Banklar bu əməliyyatları "Emlak Katılım Bankı"na köçürməklə, gələcəkdə qarşılaşa biləcəkləri potensial məhdudiyyət və sanksiyalardan qorunmağı hədəfləyirlər” - deyə agentliyə danışan mənbə bildirib.
TAHİR