KÖHNƏ VERSİYA            

Avropa Parlamenti Avropanın özü üçün təhlükəyə çevrilir...

Image

Bəlli həqiqətdir ki, Avropa Parlamentinin bu vaxta qədər öılkəmiz əleyhinə qəbul etdiyi qərəzli qətnamələr anti-Azərbaycan məqsədi daşıyaraq ədalətə zidd sənədlər olub. Ümumiyyətlə, bu qurum sırf qaragüruhların tribunası kimi görünür. 

O da sirr deyil ki, Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı yanlış, qərəzli və qızışdırıcı mövqe tutan Avropa Parla­menti öz əməllərindən əl çəkməkdə maraqlı görünmür. Avropa Parlamentinin oynadığı bu rol “qoca qitə”də sülh və əminamanlığın təmin olunmasına xidmət etmir. Qurum, ümumiyyətlə, Avropanın təhlükəsizliyi üçün təhdidə çevrilib. Bunu Avropa Parlamentinin Avropa İttifaqı ölkələrini Ukraynanın onların verdikləri silahlarla Rusiya ərazisindəki legitim hərbi hədəfləri vurmasına qoyulmuş məhdudiyyətləri qaldırmağa çağıran qətnamə qəbul etməsi də təsdiq edir. 

Qətnamənin lehinə 425, əleyhinə 131 səs verilib. Daha 63 Avropa deputatı bu məsələdə bitərəf qalıb. Qətnamə mətnində deyilir ki, bu məhdudiyyətlər qaldırılmasa, Ukrayna özünümüdafiə hüququndan tam istifadə edə bilməyəcək və Rusiyanın, mülki hədəflərə zərbələri də daxil, hücumlarının qarşısında gücsüz qalacaq. Qətnamədə Avropa İttifaqı ölkələrinin Ukraynaya hərbi yardımlarının həcmlərindəki azalmadan narahatlıq ifadə olunur. Sənəddə ayrıca olaraq Ukraynaya Almaniya istehsalı “Taurus” raketlərinin verilməsinə çağırış edilir. Berlin bunu etməkdən israrla boyun qaçırır. Deputatlar hesab edirlər ki, Aİ-nin NATO-ya üzv ölkələri Ukraynanı hərbi cəhətdən dəstəkləmək öhdəliyi götürməli və öz illik ÜDM-lərinin azı 0.25 faizini buna xərcləməlidirlər. Avropa deputatları Rusiya və Belarusa, eləcə də İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsinə çağırıblar. Avropa Parlamenti üzvləri eyni zamanda Rusiyaya sanksiyalardan yan keçməkdə kömək edən daha çox Çin vətəndaş və şirkətinə qarşı sanksiyaların qoyulmasına çağırış ediblər. Qətnamədə qeyd edilir ki, Aİ ölkələrindəki Rusiya dövlət mülkiyyətinin müsadirəsi üçün hüquqi bazanın hazırlanması zəruridir. Deputatlar Rusiyanın “Gazprom” şirkətinin sanksiya siyahısına salınmasına, Rusiyadan maye qaz və nüvə yanacağı alınmasına qadağa qoyulmasına çağırırlar. Eyni qətnamədə Aİ ölkələrinin 2023-cü ilin mart ayına qədər Ukraynaya bir milyon patronu nəzərdə tutduqları kimi çatdırmamasından təəssüf hissi ifadə edilir və ölkə ordusunun fasiləsiz şəkildə təmin edilməsi vurğulanır. Avropa Parlamenti əvvəllər də belə çağırışlarla çıxış edib, lakin bu istiqamətdə heç bir addım atılmayıb.

Qeyd edək ki, bir sıra Avropa ölkələri bundan əvvəl Ukraynaya Rusiya ərazisindəki hədəflərin vurulması üçün icazə vermişdilər. Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel bəyan etmişdi ki, Ukraynaya belə bir icazənin verilməsi məsələsində hər bir Aİ üzvü müstəqil şəkildə qərar verməlidir. Amma hazırda əsas debatlar Ukraynaya ABŞ və Britaniya tərəfindən verilmiş uzaqvuran raketlərdən istifadə ətrafında gedir. Nə ABŞ, nə də Britaniya Aİ üzvüdür. Moskvada Avropa Parlamentinin qətnaməsinə ilk reaksiyanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin verib. O deyib ki, Avropa Parlamentinin çağırışlarına əməl olunması nüvə silahından istifadə ilə dünya müharibəsinə səbəb ola bilər. Volodin vurğulayıb ki, Rusiyanın “Sarmat” raketi Strasburqa 3 dəqiqə 20 saniyəyə çata bilər. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl demişdi ki, NATO üzvləri Ukraynaya Rusiya ərazisini raketlərlə vurmaq icazəsi versələr, bu, artıq NATO-nun Rusiya ilə müharibədə olması anlamına gələcək. NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Putin bundan əvvəl də “qırmızı xətlərin” keçilməsi ilə hədələyib, lakin bu hədələr heç vaxt gerçəkləşməyib: “Mən Putinin fikrini dəyişdirə biləcəyimizə inanmıram. Amma mən onun hesablamalarını dəyişə biləcəyimizə inanıram. Ukraynaya daha çox silah verməklə biz Putinə istədiyini güclə əldə edə bilməyəcəyini başa sala bilərik və biz onun məqsədlərinə çatmağı o qədər bahalaşdıracağıq ki, o, Ukraynanı suveren demokratik dövlət kimi qəbul etməli olacaq”. Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisinə uzaqvuran raketlərlə zərbələr endirməsi NATO-nun müharibədə iştirak etməsi demək deyil. Alyansa 10 il rəhbərlik edən bu adam oktyabrın 1-də postunu tərk edir. Onun davamçısı hollandiyalı siyasətçi Mark Rutte olacaq. Rusiyaya məhdudiyyətsiz hücumlar üçün icazə verilsə, o, yalnız bu yeni baş katibin səlahiyyətində olacaq.  

Qeyd edək ki, son günlər Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsi ilə bağlı xəbərlərlə zəngin olub. Bu, ABŞ tərəfindən təmin edilən ATACMS raketlərinə, İngilislər tərəfindən təchiz edilmiş “Storm Shadow” və Fransanın SCALP raketlərinə aiddir. Onların hamısı yüzlərlə kilometr məsafəni vura bilər ki, bu da Ukrayna qoşunlarının Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün istifadə etdiyi pilotsuz təyyarələrdən daha çox dağıntıya səbəb olar. Birləşmiş Ştatlar və onun ən yaxın müttəfiqi Böyük Britaniya bu raketlərin birbaşa cəbhə xəttindən daha çox istifadəsini qadağan edir. Onları Aİ ölkələrinin liderləri dəstəkləyir. Lakin Qərbdə bir çoxlarının hesab etdiyi kimi, qadağanın ləğvi artıq gecikib. Ukrayna prezidenti Volodimir Zelenski, bəzi məlumatlara görə, bu qərara böyük ümid bəsləyir.

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031