Çərşənbə günü, 9 iyul 2025
     

"Qələbəmi şəhid ailələrinə həsr edirəm"... - Parataekvondo üzrə ilk Azərbaycan qızıl medalçısı

Image

İmamməddin Xəlilov: "Taekvondo mənim həyatımda olmasaydı hardasa bir evin küncündə oturmuş, hər şeydən küsmüş bir insan olacaqdım"

Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı qələbə ilə adını parataekvondo üzrə ilk dəfə qızıl medal qazanan azərbaycanlı idmançı kimi tarixə yazdırdı. O, bu tarixi Parisdə yazdı, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndirdi, xalqımıza tükənməz sevinc yaşatdı. Söhbət Avropa və dünya çempionumuz, Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan İmamməddin Xəlilovdan gedir. Parisdə qızıl medal qazanan parataekvondoçunun jesti onun qələbəsini daha da möhtəşəm etdi. O, qalibiyyətini şəhid ailələrinə həsr ediyini açıqladı. 

Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə İmamməddin Maarif oğlu Xəlilov 1-ci dərəcəli  "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Bu, İmamməddinin qələbəsinə Prezident tərəfindən verilən çox böyük qiymət oldu. 

O həyacanlı günlər arxada qalsa da, onun təəssüratları, yaratdığı xoş ovqat yaddan çıxmır. Bu qələbəni İmammədin sona qədər davam etdirdiyi mübarizə əzmi, bir də xalqının sevgisi və duası ilə qazandı. 

Parataekvondoçumuzu qələbəyə aparan yola nəzər salmaq, onun hansı çətinliklər, hansı zəhmətlər hesabına bu nailiyyətləri əldə etməsini bilmək maraqlıdır. Əvvəlcə bildirək ki,  İmamməddin Xəlilov 2022-ci ildə parataekvondo üzrə Avropa çempionatında çıxış edərək gümüş medal qazanıb.

2023-cü ilin avqustunda o, parataekvondo üzrə Avropa çempionatında iştirak edib və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanıb. Həmin ilin sentyabrında parataekvondo üzrə Dünya Çempionatında iştirak edib və yenə də qızıl medala sahib olub. 2024-cü ilin mayında o, prataekvondo üzrə Avropa çempionatında iştirak edib və qızıl medal qazanıb. Bir-birinin ardınca parlaq qələbə əldə edib qəhrəmanımız. 2024-cü il Yay Paralimpiya açılış paradında Azərbaycanın bayraqdarı olub. O, Azərbaycanı 2024 Yay Paralimpiya Oyunlarında təmsil edib və 70 kq qədər çəki dərəcəsində qızıl medal qazanaraq Azərbaycan tarixində Parataekvondo üzrə ilk Paralimpia çempionu olub.

"Ən böyük arzum Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarıda yenidən qızıl medal qazanmaqdır" 

26 yaşlı idmançı həyatı, idmana gəlişi, onu uğurlu karyeraya aparan yol  barədə "Bakı-Xəbər"ə danışdı. İ.Xəlilovun uğur hekayəsi həzin, bir az kövrək, daha çox isə əzəmətlidir.

1998-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açan paralimpiya çempionumuzun anası evdar qadın olub. Ailədə üç qardaş olublar, qardaşları özündən böyükdür, İmammədin ailənin sonbeşiyidir. "Gəncə şəhərində birinci sinfə getmişəm. 2008-ci ildə taekvondoya getdim. Qardaşım idmançı olub. Məni də yanında idmana aparmışdı ki, onunla bərabər gedim. Mən ora sırf bu gün çempion olmaq üçün getməmişdim. Heç o zaman bu mənim ağlıma belə gəlmirdi. Taekvondoya həyata bağlılığım artsın, digər uşaqlardan seçilməyim, onlarla qaynayım-qarışım, fiziki qüsurlu uşaq psixologiyası ilə böyüməyim, cəmiyyətin normal bir üzvü, gərəkli bir insan kimi yetişməyim üçün getmişdim. İdmana başladığım ilk vaxtlar çox sıxılırdım, bir növ pisikirdim. Bir həftəni çox çətin keçirdim. Digər uşaqlar əllə bir-birilərini tutub məşq edirdilər, amma mən tuta bilmirdim, bu mənə çox pis təsir edirdi. O anlarda idmanı buraxmağı çox istəmişəm. Deyirdim ki, məndə alınmayacaq, bacarmayacam. Amma ailəm və dostlarım məni inandırdılar ki, sən bunu bacaracaqsan, sən bunu edəcəksən. Daim mənə yaxından dəstək oldular, motivasiya verdilər. Ailəmin və dostlarımın mənə inamı məni özümə inandırdı, özgüvənimi artırdı, beləliklə, idmana davam etdim". 

2014-cü ildə ilk dəfə yarışa qatılan İ.Xəlilov 2014-cü ildən sonra üz iflici keçirir və idmanı buraxmaq məcburiyyətində qalır: "Müakicəmlə əlaqədar iki il idmandan uzaq qaldım. Çünki sifətimin yarısı tamamilə iflic olmuşdu. Bu, mənə çox pis təsir etmişdi. O iki il həyatımın ən ağır dövrü oldu, o müddətdə evə qapanmışdım, yəni çox pis vəziyyətdə idim. Amma ürəyim idmandan dönməmişdi, meylim onda idi. Yenidən idmana başladım, düzdü, çətin oldu. Bakıda kirayədə qalırdım. Fiziki problemi olan bir insanın Bakıda tək qalması çox çətindir, ağırdır. Bunu ancaq onu yaşayanlar bilir. Məşqlərdən yorğun-arğın gəlirsən, hər şeyi özün etməlisən, paltarını özün yumalısan, xörəyini özün bişirməlisən. Hər şeyi özün edirsən, köməyin olmur. Bu da məni çox yordu. Yəni məni məşqlərdən çox gəlib öz yeməyimi bişirməyim, öz paltarımı yumağım daha çox yorurdu..." 

İ.Xəlilov deyir ki, paralimpiya çempionu olmamışdan əvvəl də ilkləri çox yaşayıb:  Azərbaycanda ilk idmançı idim ki, parataekvondo üzrə dünya reytinqində birinci sırada yer adım. Eyni zamanda ilk idmançı idim ki, parataekvondo Paralimpiya Oyunlarına daxil olduqdan sonra ilk dünya çempionu oldum. Son ardıcıl dörd Avropa çempionatının dördündə də final döyüşmüşəm, son iki Avropa çempionatının da qalibiyəm. İlk qızıl medalımı 2021-ci ildə Avropa Təsnifat turnirində əldə etdim və Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazandım. İlk qızıl medalım Avropa lisenziya turnirində oldu. Tokioda çıxışım uğursuz oldu. Amma bu uğursuzluq özü ilə uğur gətirdi və bundan sonra mən nəticə verməyə başladım".

Oyunlar zamanı "parataekvondo üzrə dünya və Avropa çempionumuz İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb" başlıqlı paylaşımlara sosial şəbəkələrdə, mətbuatda sıx-xıx rast gəlindi və idman sevərlər, vətəndaşlar İ.Xəlilovu alqışlayır, barəsində olduqca gözəl gözlər yazır, ona təşəkkürlər edirdi. İ.Xəlilov bu paylaşımlara da münasibət bildirdi: "Mən Parisdə qazandığım qalibiyyətimi şəhid ailələrinə həsr etdim... Hər yerdə paylaşıldı ki, İmammədin Xəlilov çempion oldu. Bilirsiz bu paylaşımlara ən çox nəyə görə sevindim? Bu paylaşımlara, bu rəylərə ona görə sevindim ki, mənim kimi fiziki məhdudiyyətli  uşaqlar, gənclər var ki, onların həyata baxışı dəyişir, onların özlərinə inamını artırır, məni görüb dünyaya, yaşamağa tamam başqa cür, daha həvəslə bağlanırlar. Görürlər ki, öz hədəflərinə çata, məqsədlərinə çatmaq üçün irəliləyə bilərlər, dünyada tanınmaq şansları var, uğur qazanmaq mümündür, ona görə də daha böyük əzmlə məşq edəcəklər, onlar mənim yerimdə olmaq istəyəcəklər. Çünki mən 2008-ci ildə onların yerində olmuşam, balca uşaq olanda onların yerində idim, onların nə çəkdiklərini başa düşürəm. İndi onlara mən bir ideal olaraq görsənirəm. Bu barədə mənə mesajlar gəlir, valideynlər də, uşaqlar özləri də yazırlar. O uşaqların idealı olmaq mənə bir paralimpiya çempionluğundan daha artıq bir məsələdir. Yəni hər hansı bir ailənin, hər hansı bir uşağın idealı kimi görsənmək mənə başqa bir hiss yaşadır. Bir tərəfdə on qat paralimpiya çempionluğu, bir tərəfdə də uşaqların idealı olmaq olardısa mən uşaqların idealı olmağı seçərdim". 

Paris Paralimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran, eyni zamanda da parataekvondo üzrə ilk Paralpiya çempionu olan İ.Xəlilov bildirdi ki, bununla çox qürur duyub, çox sevinib: "Həm də ona görə qürur hissi keçirdim ki, artıq mən də Vətənim üçün nə isə etməyi bacardım. Çünki digər oğlan uşaqlarına əsgərliyə getdikləri üçün yaxşı mənada paxıllığım tuturdu, daha doğrusu onlara qibtə edirdim. Mənim iki qardaşım əsgər getmişdi, amma mən gedə bilməmişdim. Ətrafımda olanların  hamısı əsgəri xidmətə gedib Vətənə olan borclarını ödəmişdilər, amma mən Vətənə olan borcumu ödəməmişdim. Bu məndə bir qədər sıxıntı yaradırdı ki, mən Vətənim üçün heç nə etməmişəm. Axır ki, Vətənim üçün nə isə etməyi bacardım. Bunu da cənab Prezidentimiz gördü. Allaha çox şükür. Cənab Prezidentimiz məni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi, buna görə ölkə başçısına dərin təşəkkürmü bildirirəm. Məhz cənab Prezidentin sayəsində  Parisdə Azərbaycanımızın Bayrağını yüksəklərə qaldıra, himnimizi səsləndirə bildim".

İdman sahəsində ona ən böyük dəstək göstərənlərdən birinin Parataekvondo üzrə yığma komandanın baş məşqçisi Fərid Tağızadə olduğunu deyən İ.Xəlilov "mən psixioloji və maddi cəhətdən sıxıntı çəkəndə Fərid Tağızadə həmişə yanımda olub, bir növ mənə qardaşlıq edib. Sözün əsl mənasında mənə qardaş olub. İdman sahəsində ən böyük dəstəyi məhz ondan görmüşəm. Hazırda məşqlərə bir az ara vermişik, istirahətlə məşğuluq, belə deyək, çempionluğun dadını çıxarmağa başlamışıq (gülür). Bir aydan sonra hər şeyi unudub, paralimpiya çempionluğunu yaddan çıxarıb yenidən bütöv gücümüzlə növbəti qələbələrə hazırlaşacağıq. Ən böyük hədəfim də bütün qazandığım uğurları ikiyə qata çevirməkdir. Yəni gələn il keçiriləcək dünya çempionatında yenidən dünya çempionu olmaq istəyirəm. Ən böyük arzum Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarıda yenidən qızıl medal qazanmaqdır" - deyə bildirdi. 

"Taekvondo İmammədin Xəlilov üçün nədir" – sualına gəlincə, müsahibimiz "taekvondo mənim həyatımda olmasaydı hardasa bir evin küncündə oturmuş, hər şeydən küsmüş bir insan olacaqdım. Parataekvondo məni həyata bağlayan bir amildir. Elə burdan digər uşaqlara, mənim kimi fiziki məhdudiyyətli uşağı olan ailələrə səslənirəm ki, heç nədən çəkinməsinlər, uşaqlarını hansısa idman növünə, yaxud başqa bir sahəyə qoymaqdan qorxmasınlar, uşaqlarının sərbəst böyüməsinə, onların cəmiyyətə qarışmasına çalışsınlar. Çünki bəzi ailələr var ki, həqiqətən də uşaqlarını əl üstündə saxlamaq istəyirlər, onu etməsinlər. Allah eləməsin, hansısa bir qəzada valideyn uşağın yanında olmaya bilər və buna görə də uşaq heç vaxt istədiyi səviyyəyə çata bilməyəcək. Ona görə də uşaqlarını nəyəsə başlatmaqdan qorxmasınlar. Uşaqları onları gələcəkdə uğura aparacaq nələrləsə məşğul olsunlar. Düzdür, əvvəlcə çətin, əziyyətli  olacaq. Amma iradələrinə güvənsinlər. Əzmlə, ləyaqətlə, şərəflə Azərbaycanımızın bayrağını qaldırmağı özlərinə hədəf bilsinlər. İnişallah, o hədəfə çatacaqlar!" - deyə bildirdi.

İ.Xəlilovu yuxa ürəkli, vətənpərvər bir insan kimi də tanıdıq. İdman uğurlarına sevindiyimiz parataekvondoçumuz həm idmanda, həm də həyatda qarşılaşdığı çətinliklərdən, uğura aparan yolda ona dəstək olanlardan danışdı, əzmlə, inadla çalışdığını, daha çox zirvələr fəth etmək arzusunda olduğunu dilə gətirdi. fiziki məhdudiyyətli uşaqların aiələrinə səsləndi. İ.Xəlilovun uğurlu həyat hekayəsindən ən çox pay fiziki məhdudiyyətli balalarımıza düşür, paralimpiya çempionumuz o uşaqlara həm örnək, həm də onların gerçək idealıdır. İmamməddin göstərdi ki, insanın əzmi, özünə inamı, hədəfə çatmaq üçün verdiyi mücadilə fiziki əngəli də unutdurur...Paralimpiya çempionumuzun həyat öygüsü bütün uşaqlara, gənclərə bir örnəkdir...

İradə SARIYEVA




VİDEO

SON XƏBƏRLƏR

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

08.07.2025 / 19:17
Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

08.07.2025 / 19:10
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və hüquqi varislər ifadə verdi - FOTO

08.07.2025 / 19:03
BRICS Rusiyanın tərəfində Ukrayna müharibəsinə rəsmən qoşuldu...

08.07.2025 / 18:48
Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

08.07.2025 / 18:44
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

08.07.2025 / 18:35
Şəmkir, Göygöl və Gəncədə abadlıq nümunəsi: Regionların siması yenilənir

08.07.2025 / 18:23
3 bank Maliyyə Nazirliyinin 500 milyon manatını 7,5 faiz əlavəsilə necə qaytaracaq?..

08.07.2025 / 18:10
Azərbaycan kişilərində psixi pozğunluq qadınlardan 3 dəfə çoxdur...

08.07.2025 / 17:57
Erməni iranşünas Pezeşkiana şər atdı - İran susdu...

08.07.2025 / 17:44
Manat kreditləri niyə bu qədər bahalaşır?..

08.07.2025 / 17:34
CHP liderinin toxunulmazlığı ləğv edilə bilər - Türkiyə parlamentinə vəsatət təqdim edildi...

08.07.2025 / 17:15
Qonşu ölkələrdən İrana hücumda istifadə olunmayıb – Pezeşkian İranın Ermənistandakı səfirinin yalanını ifşa etdi

08.07.2025 / 16:56
Azərbaycan və İordaniya arasında fəlakət və böhranların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqləndi

08.07.2025 / 16:56
İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

08.07.2025 / 16:54
Diplomatik xidmət orqanlarının bir qrup əməkdaşına diplomatik rütbələr verildi

08.07.2025 / 16:53
Prezident İlham Əliyev Trampa başsağlığı verdi

08.07.2025 / 16:51
Türkiyənin Antalyada tarixi sualtı kəşfi - eramızdan əvvəl Yunan-Helenistik dövrünün sonları və...

08.07.2025 / 16:26
Tramp Ukrayna siyasətini dəyişir - ABŞ Kiyevə daha çox silah verəcək…

08.07.2025 / 16:07
Xəzər polisi əməliyyat keçirdi - qadın narkotacirin evindən 10 kq narkotik çıxdı...

08.07.2025 / 15:43
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib - FOTO/YENİLƏNDİ

08.07.2025 / 15:31
Yol polisi motosiklet sürücülərinin qayda pozuntularına qarşı nəzarəti gücləndirdi

08.07.2025 / 15:30
Ekranda nə var, cəmiyyətdə də o var

08.07.2025 / 15:16
"İrandan nüvə müzakirələrinə qayıtmağı tələb etməyin heç bir mənası yoxdur" – İranlı parlamentaridən ABŞ-a mesaj...

08.07.2025 / 15:03
Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif etdi

08.07.2025 / 14:22
Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

08.07.2025 / 14:08
"Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırıldı

08.07.2025 / 13:55
Xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alındı - DTX-dən növbəti əməliyyat...

08.07.2025 / 13:23
"Ümummilli Lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir" - Natiq Məmmədli

08.07.2025 / 13:12
С. Маркедонов, вместо сказок, научитесь смотреть на Россию со стороны! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2025 / 12:58
Cəbrayılda narkotik əməliyyatı - İki kiloqam marixuana və tiryək aşkarlandı

08.07.2025 / 12:46
Qanuna dəyişiklik edildi - polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir

08.07.2025 / 12:34
"Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır" - Əhməd İsmayılov

08.07.2025 / 12:18
"Yaranmış vəziyyətdən siyasi xal qazanmağa çalışanlar var" - rusiyalı deputat

08.07.2025 / 12:11
"Azərbaycanın lider mövqeyinin güclənməsi medianın gündəmini də zənginləşdirir"

08.07.2025 / 12:05
ABŞ-da təyyarə qəzası olub - 4 nəfər həlak olub

08.07.2025 / 12:00
Dağıstanda 100-dən çox şəxs sudan zəhərlənib

08.07.2025 / 11:40
Tanınmış iş adamının oğlu faciəvi şəkildə ölüb

08.07.2025 / 11:21
Türkiyədən Fransaya ETİRAZ - ölkədaxili hüququmuza hörmətlə yanaş"

08.07.2025 / 11:15
Milli Məclis iclas keçirir - 15 məsələ müzakirə olunur

08.07.2025 / 11:05
Zəngilanda 1 tona yaxın çətənə bitkisi məhv edilib - polis açıqlama yaydı

08.07.2025 / 11:04
Rusiya Azərbaycandan qisas almağa hazırlaşır. Amma nəyin? - CANLI

Belə müsabiqələr uşaq və gənclərə təsir edir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910