KÖHNƏ VERSİYA            

Ermənistanın KTMT-dən çıxışı başlanır...

Image

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ümumdünya Erməni Sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı dedikləri qurumla İrəvan arasında uçurumun daha da dərinləşməsinin təsdiqi oldu. Eyni zamanda belə hesab edilir ki, əslində, Paşinyan faktiki ölkəsinin KTMT-dən çıxmağa başlamasının anonsunu verib. 

Xatırladaq ki, Paşinyanın deməsinə görə, Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub. Paşinyan vurğulayıb ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır. O, həmçinin bəyan edib ki, ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edir ki, Ermənistanın baş nazirinin KTMT-dən  ölkəsinin suverenliyinə təhlükə olması ilə bağlı bəyanatları sağlam düşüncəyə ziddir: “Mənə elə gəlir ki, onun bəyanatları sağlam düşüncə və reallıqla ziddiyyət təşkil edir. Çünki əgər sizi, xüsusən də milli təhlükəsizliyinizi nəsə “təhdid edir”sə, Ermənistanın KTMT-də   qalmaq barədə danışmasının mənası nədir?! Təşkilatda hələ də qalırlarsa, deməli, bunda hansısa məqsədəuyğunluq görürlər. Onlar eyni zamanda KTMT-nin “Ermənistandan çəkildiyini” də bildiriblər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir”. Rusiyanın digər dairələrində də Paşinyanın dedikləri süngü ilə qarşılanıb. Ermənipərəstliyi ilə ad çıxaran  Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Ermənistan hökumətinin başçısı Rusiyaya meydan oxuyur. Deputatın sözlərinə görə, Paşinyan təxminən eyni şeyi illər əvvəl heç kim onu ciddi siyasi fiqur hesab etməyəndə də deyib: “O, marjinal jurnalist idi və hətta bundan sonra da təkid edirdi ki, Ermənistan Rusiyaya diqqət yetirməyi dayandırsın, KTMT-dən çıxsın, Gümrüdəki bazanı ləğv etsin və sair. Bunu o, az adamın dinlədiyi bir müxalifətçi kimi demişdi. Onun 2018-ci ildə baş nazir olması ilə qısa müddət ərzində yalançı dostluq vədləri oldu və indi o, özünə qayıdıb”. Zatulin hesab edir ki, Paşinyanın tənqidi ona eyni tonda cavab verməməyə üstünlük verən Rusiyaya “birmənalı çağırış”dır. O xatırladıb ki, KTMT Ermənistanı hələ də assosiasiyanın üzvü hesab edir və onunla əməkdaşlığı davam etdirir: “Lakin biz başımızı quma gömməməliyik, amma Paşinyan Ermənistanı görün nəyə doğru aparır? Əhəmiyyətli olan Paşinyanın bütün dünya ermənilərinə təsiridir, sanki “əsas erməni”, bəzilərinin hesab etdiyi kimi, bizə meydan oxuyur, iddia edir ki, biz Ermənistana qarşı sui-qəsd edirik”. Deputat bildirib ki, KTMT haqqında danışarkən, Paşinyan Rusiyanı hədəf alıb: “Çünki hamı başa düşür ki, KTMT Rusiya üçün müdafiə məkanında özünüifadə formasıdır. O, açıq şəkildə Rusiyaya qarşı çıxır, onun Ermənistanda və Qafqazda təsirinin minimal olmasını təmin etməyə çalışır. Xüsusilə hərbi əməliyyatlar apardığımız, Qərblə qarşı-qarşıya qaldığımız vaxtda. Hər asqırana reaksiya verməyimizin əleyhinəyəm. Paşinyan hökumətinin və özünün mahiyyəti barədə daxili nəticə çıxarmaq lazımdır”.

Məsələ ilə bağlı rus politoloq Stanislav Pritçin qeyd edir ki, indi Ermənistan hakimiyyətinin Rusiya ilə əlaqəli təşkilatlara və siyasətçilərə qarşı yeni təzyiq mərhələsini müşahidə etmək olar. Ekspert qeyd edir ki, bu, KTMT-yə üzvlüyün dondurulmasından sonra Moskva ilə əlaqənin kəsilməsinin yeni mərhələsi oldu. Pritçinin fikrincə, Paşinyan və komandası üçün oxşar mənzərə daxili siyasətdə çox faydalı ola bilər: ölkədə Rusiya ilə əməkdaşlığa yönəlmiş siyasətçilər var. Digər rusiyalı politoloq Vadim Muxanov qeyd edir ki, İrəvan tərəfindən KTMT çərçivəsində artıq aktiv fəaliyyət yoxdur. Üstəlik, onun sözlərinə görə, ümumilikdə indiki Ermənistan rəhbərliyinin siyasətində Rusiya istiqaməti prioritet olmaqdan çıxıb. Muxanovun fikrincə, rəsmi İrəvan Rusiyanın müttəfiqləri ilə deyil, Aİ və Qərblə münasibətləri inkişaf etdirməyə çalışır. Erməni politoloq Arman Qriqoryan isə qeyd edir ki, Paşinyan KTMT ilə yollarını qəti ayırmaq niyyətindədir və bu fonda belə bir açıqlama ilə çıxış edib: “Nikol Paşinyanın KTMT-nin ölkə üçün təhlükə yaratması ilə bağlı açıqlamaları onun tələsik və düşünmədən yürütdüyü siyasətə uyğundur. Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdıraraq Qərbə doğru strateji istiqamətləndirməyə yönəlmiş düşünülməmiş və ehtiyatsız siyasəti mənim diqqətimi yönəltdiyim və tənqid etdiyim məsələlərdən biri olub. Mən onun açıqlamalarını son dərəcə narahatedici hesab edirəm”. Digər erməni ekspert Avetis Babacanyan isə vurğulayır ki, əgər hansısa təşkilat Ermənistanın suverenliyinə və dövlətçiliyinə təhlükə yaradırsa, mövcudluğu bir yana qalsın, onu məhv etmək lazımdır: “Niyə Ermənistan hələ də təhlükəsizliyinə və dövlətçiliyinə təhdid olan bir təşkilatın üzvüdür – bu, Paşinyanın çox məxfi bir fiqur kimi sona qədər açıqlamayacağı dövlət sirridir”. O bildirib ki, Paşinyan həqiqətən hara gedəcəyinə qərar verə bilmir: “Şərq, yoxsa Qərb, Rusiya, yoxsa Aİ və ABŞ? O, KTMT və Aİİ üzvü olaraq qalmalıdır, yoxsa həmin strukturları tərk etməli, orada gözlənilmədiyini bilə-bilə Aİ və NATO-ya üz tutmalıdır? Paşinyan üçün şəxsiyyətin bu ikililiyinin sadə izahı var. O, ABŞ tərəfindən hakimiyyətə gətirilib və onun gücünün xarici dəstəkçisi ABŞ və Aİ-dir, lakin hakimiyyəti saxlamaq üçün pul da lazımdır və o pul Rusiya ilə ticarətdən gəlir. O pul olmasa, ölkədə elə bir üsyan inkişaf edəcək ki, heç bir Amerika dəstəyi onu xilas edə bilməyəcək. Hətta öz komanda yoldaşları da pulsuz ona xidmət etməyəcək. Odur ki, Paşinyan bir tərəfdən KTMT əleyhinə danışır, Qərbi özünə cəlb etməyə çalışır, digər tərəfdən Aİİ üzvü olmaqda davam edir, həmin strukturun üzvləri ilə sərfəli ticarət imkanlarını qoruyur, amma eyni zamanda Aİ üzvlüyündən bəhs edir. Ermənistanın Aİ-yə üzvlüyü yuxu deyil, xəyaldır, daha dəqiq desək, kabusdur. Beləliklə, Paşinyanın siyasi konsepsiyası belədir: KTMT-ni söyür, amma Aİİ çərçivəsində pul qazanır, Aİ-yə daxil olmaq istəyindən və Avropa dəyərlərinə sədaqətindən danışır, bunun müqabilində Qərbin onun diktator addımlarına laqeydliyini gözləyir. Ermənistan üçün nəticələr faciəli olsa da, Paşinyanın öz gücünü saxlamaqda uğuru göz qabağındadır”.

Samirə SƏFƏROVA







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031