KÖHNƏ VERSİYA            

İran prezidenti 1979-dan sonra ilk dəfə bunu etdi - şiələrin başının üstündən...

Image

Sədrəddin Soltan: “Bu, sünni təriqətinə şərait yaradılması deyil, bu, kürd etnik qrupunun İran hakimiyyətinə qarşı mübarizəsini önləmək üçün atılmış addımdır”

İranın yeni Prezidenti Məsud Pezeşkian sentyabrın 18-də sünni müsəlman azlığın nümayəndəsini Kürdüstan vilayətinin qubernatoru vəzifəsinə təyin edib.

Bu barədə  IRNA agentliyi məlumat yayıb. Agentlik xəbər verir ki,  Araş Zərehtan ölkənin qərb vilayətinin başçısı təyin edilib. Bu barədə agentliyə İran hökumətinin sözçüsü Fatimə Muhacerani məlumat verib.

Araş Zərehtan 1979-cu il İslam inqilabının ilk günlərindən bəri şiələrin çoxluq təşkil etdiyi ölkədə regional qubernator təyin edilən ilk sünnidir. Qırx səkkiz yaşlı siyasətçi 2020-ci ildən Pave şəhərinin deputatıdır. Sünnilər rəsmi dövlət dini şiəlik olan İran əhalisinin təxminən 10 faizini təşkil edir. Onlar inqilabdan sonra çox nadir hallarda əsas hakimiyyət vəzifələrinə təyin olunublar.

Pezeşkian seçki kampaniyası zamanı etnik və dini azlıqların, xüsusilə də sünni kürdlərin mühüm vəzifələrdə təmsil olunmamasını tənqid edib. O, avqust ayında sünni azlığın başqa bir üzvünü – Əbdülkərim Hüseynzadəni vitse-prezident vəzifəsinə təyin edib.

1979-cu ildən bəri ilk dəfə şiələrin çox olduğu yerə sünni qubernator təyin edilib. Nə baş verir? Bu, İranda məzhəblərarası savaşı dayandırmaq məqsədi daşıyır? Məsələnin mahiyyətində nə dayanır?

“Hesab edirəm ki, bəhs etdiyim əyalətdə baş verən hadisələr Tehran hakimiyyətini...” 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran konstitutsiyasına əsasən, başlıca üstünlük şiələrin Cəfəri məzhəbinin nümayəndələrinə verilir. “İran özünü din, məzhəb azadlığının təmin olunduğu ölkələrdən saysa da, bu ölkədə fərqli dinlərin, zərdüştlərin, bəhailərin hüquqları daim tapdanıb, eləcə də sünni təriqətinin ayrı-ayrı məzhəblərinin nümayəndələrinin. Məsələn, ölkənin Pakistan və Əfqanıstanla həmsərhəddə yaşayan sünni bəlucların hüquqları tapdanıb və bu gün də tapdanmaqdadır. İranda sünnilərə aid olan etnik qruplardan birini də kürdlər təşkil edir. Kürdlərin də arasında şiələr az deyil, eləcə də ərəblərin bir hissəsi də sünnidir və sair. İddia olunurdu ki, guya kürdlərə, kürd etnik qrupunun sünii təriqətinin nümayəndələrinə İranda vəzifə verilmir. Bu o qədər də inandırıcı deyil. Məsələn, etnik qrupun sünni nümayəndələri İran parlamentində təmsil olunurlar. Amma onu bəluclar haqqında söyləmək mümkün deyil. Yəni bu, sünni təriqətinə şərait yaradılması deyil, bu, kürd etnik qrupunun İran hakimiyyətinə qarşı mübarizəsini önləmək üçün atılmış addımdır. Burada məqsəd, təriqət məsələsindən daha çox, kürdlərin hakimiyyətdə iştirakının təmin olunmasıdır. 

Pezeşkian elan etmişdi ki, onun hökuməti koalision deyil, milli birlik hökumətidir. Yəni İran əhalisinin bütün etnik qruplarından ibarət nümayəndələrin təmsil olunduğu hökumətdir. Bu baxımdan, həmin Kürdüstan əyalətindən təyin olunan qubernator daha çox etnik mənsubiyyətinə görə o vəzifəyə layiq görülüb. Kürdlər İran hakimiyyəti ilə həmişə bərabər işləyiblər, yaxın olublar. Bunun da əsas səbəblərindən biri İran hakimiyyətinə qarşı kürd müxalifətini neytrallaşdırmaq istəyi olub. Bununla belə, təriqət mənsubiyyətindən, sünni və şiəliyindən asılı olmayaraq, Kürdüstanda və Qərbi Azərbaycandakı kürd etnik qrupunun təmsilçiləri Güney Azərbaycan torpaqlarına iddialı çıxışlar edirlər. Kürdüstan əyalətində türklər də yaşayır və bununla belə, həmin kürd ziyalıları, hətta vəzifəli şəxsləri də zaman-zaman Qərbi Azərbaycan torpaqlarına iddialı çıxışlar ediblər. Hətta “Urmiya kürd şəhəridir” deyə təbliğat da aparırlar. Məsələn, Türkiyədə tanınmış və Azərbaycanda bir çoxlarının yanlışcasına sevdiyi Məhsun Qırmızıgülün “Urmiya kürd şəhəridir” adlı mahnısı var və onu o, həmişə oxuyur. Azərbaycan Respublikasında və Güney Azərbaycanda Məhsun Qırmızıgülün Güney Azərbaycana qarşı bu haqsız davranışını, təəssüf ki, nəzərə almırlar. Bəlkə də bir çoxunun bundan heç xəbəri yoxdur. Məhsun Qırmızıgülün Azərbaycan Respublikasında təbliğ olunması Güney Azərbaycan türklərinə, onların mübarizələrinə qarşı sayğısızlıqdır”. 

S.Soltan Kürdüstan əyalətinə kürd etnik qrup nümayəndəsinin təyin olunmasının perspektivdə Güney Azərbaycan türkləri üçün ziyanın da ola biləcəyini qeyd edir. S.Soltanın sözlərinə görə, çünki bir zamanlar keçmiş Dağlıq Qarabağ ərazisinəki bəzi rayonlara erməni  etnik qrupunun nümayəndələrini vəzifəyə gətirdilər, Azərbaycanın iri şəhərlərində ermənilərə, erməni xanımlara müxtəlif vəzifələr verdilər və bu da nəticədə 1988-ci,1989-cu illərdə başlayan proseslərdə Azərbaycana qarşı hadisələrə çevrildi. “Ona görə də bu şəkildə kürdlərə üstünlük verilməsi perspektivdə həmin ərazilərdə, məsələn, Kürdüstandakı Güney Azərbaycan türkləri üçün   problem yarada bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Məsud Pezeşkian əski adı Soyuqbulaq olan Məhabad şəhərindəndir. Onun da kürd etnik qrupu ilə qarışığı var. Ehtimal etmək olar ki, bu qarışıq hissəsində də o etnik amil nəzərə alınıb. Digər hallarda İran hakimiyyəti və İran hakimiyyətinə müxalif olan qüvvələr Güney Azərbaycan türklərinin milli hərəkatını ənənəvi olaraq nəzərə almayıblar. Amma bəhs etdiyim etnik qrupu daim nəzərə alıblar, daim onunla hesablaşıblar. Hesab edirəm ki, bəhs etdiyim əyalətdə baş verən hadisələr Tehran hakimiyyətini həmin əyalətə bu etnik qrupun nümayəndəsini təyin etməsinə səbəb olub”-deyə S.Soltan qeyd etdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031