KÖHNƏ VERSİYA            

Sentyabrda antiterror keçirilməsəydi, separatizmin kökünü 10 ilə də kəsmək olmazdı - faktlara baxın...

Image

İbrahim Rüstəmli: “Antiterror əməliyyatı keçirilməsəydi Azərbaycan çox ciddi problemlərlə üzləşəcəkdi”

Azərbaycan ordusu bir il əvvəl həyata keçirdiyi lokal antiterror tədbirləri ilə Qarabağda separatçıların kökünü kəsdi, separatçıların qanlı yuvasını dağıtdı, terrorçuları zərəsizləşdirdi. 

2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatlarının məntiqi nəticəsi ərazilərimizdə suverenliyimizin bərpası oldu. Azərbaycan bununla həm hərbi, həm də siyasi, diplomatik cəhətdən növbəti qələbəyə imza atdı. 

Müdafiə Nazirliyi bir il bundan əvvəl antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan səbəblərin daha bir neçəsi açıqlayıb. 

Bildirilib ki, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus Yer-Hava raket sistemləri üçün 12 HHM vasitəsi, 30-dək radioelektron mübarizə vasitəsi və 6 radiolokasiya sistemi aşkar edilmişdi.

Bundan başqa, 17 silah-sursat və yanacaq anbarı, 70-dən artıq polimer tipli yeraltı sığınacaq, 45 daimi dislokasiya və komanda məntəqəsi, 11111 təlim və tədris mərkəzi aşkar edilmişdi.

Qeyd edək ki, dünən açıqlanan səbəblərə əsasən, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus 500-dən artıq döyüş mövqeyinin hazırlandığı müəyyən edilmişdi.

Müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyin hazırlandığı aşkarlanmışdı.

Təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə minalar basdırılmışdı.

480 km-dək təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə 200-dən artıq müşahidə kamerası quraşdırılmışdı.

Bu məlumatdan açıq görsənir ki, 2019-cu ilin sentyabrına qədər ermənilər Xankəndi ətrafında, onların nəzarətində qalan yerlərdə nələr yaradıblarmış. Yüzlərlə atəş nöqtəsi, yüzlərlə təlim məntəqələri, yüzlərlə döyüş sahələri, atəş sahələri, silah-sursat anbarları yaradıbmışlar, eyni zamanda  minlərlə əlavə minalar basdırıbmışlar, yeraltı sığınacaqlar qurubmuşlar, radiolokasiya sistemləri yaradıbmışlar, radiodivdrsiya sistemləri, raket hücum sistemləri yerləşdiriblərmiş. 

Əlbəttə, əgər antiterror tədbirləri ilə bunlar məhv edilməsəydi və ermənilər bu prosesi axıra qədər çatdıra bilsəydi Azərbaycan dövlətinin işini nə qədər çətinə sala bilərdilər. Sentyabrda antiterror əməliyyatı keçirilməsəydi, separatizmin kökünü 10 ilə də kəsmək mümkün olmazdı. 

“Azərbaycanın antiterror əməliyyatı keçirməsi zamanında və yerində görülmüş tədbirlərin biri və bəlkə də birincisi idi” 

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca ciddi bir məsələdir. “Azərbaycanın antiterror əməliyyatı keçirməsi zamanında və yerində görülmüş tədbirlərin biri və bəlkə də birincisi idi. Bilirsiz ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd zolağında Avropa İtifaqının orada 50-yə yaxın hərbi müşahidəçisi, əslində isə Avropanın casusu dolaşır. Bunların hamısı xüsusi xidmət orqanının əməkdaşları idilər. Eyni zamanda antiterror əməliyyatının gerçəkləşməsinə səbəb olan çox ciddi həyəcan siqnalları mövcud idi. Bizə çox ciddi problemlər yarada biləcək məsələlər barədə məlumatlar alırdıq. Bura, xüsusilə Fransanın təxminən 500 nəfərdən ibarət sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı məsələlər daxil idi. Fransa əslində bizim ərazilərimizə burnunu soxmaq istəyirdi. Əlbəttə, belə olduqda biz çox ciddi problemlər yaşayacaqdıq. Orda hazırlanan quldur dəstələrinin, fəaliyyət göstərən separatçıların, terrorçuların, revanşistlərin, eyni zamanda qurulan istehkam qurğuları, yaradılan silah anbarları, o anbarların silahla təminatı və sair faktlar vardı. Bunların da arxasında Avropanın və Qərbin bir sıra dövlətləri, o cümlədən də bu gün Ermənistanda müəyyən hərbi təlimlər keçirən və yaxınlıqları ilə yada qalan ABŞ-da vardı. Əlbəttə, burada baş aktor rolunu Fransa oynayırdı. Azərbaycanın antiterror əməliyyatı qabaqlayıcı bir tədbir idi, son dərəcə zərgər dəqiqliyi ilə hazırlanmışdı. Təsəvvür edin, 23 saatdan bir az artıq davam edən antiterror əməliyyatı zamanı orda yaşayan mülkü ermənilərin heç bir nəfərinin də burnu qanamamışdı. Yəni Azərbaycan bu antiterror əməliyyatını o qədər doğru, o qədər mükəmməl, o qədər yüksək səviyyədə zərgər dəqiqliyi ilə hazırlamışdı ki, burda digər güclərin, xüsusilə də Azərbaycana qarşı olan qüvvələrin hər hansı bəyanatı üçün bir yer qalmamışdı. Bu o qədər mükəmməl hazırlanmış əməliyyat idi ki, bu əməliyyat zamanı yalnız separatçı, revanşist, terrorçu ermənilərə məxsus istehkamlar, eyni zamanda istehkamlarda dayanan, o müdafiə qurğularının şəxsi heyəti, silah anbarları və sair məhv edildi. Əlbəttə, antiterror əməliyyatı keçirilməsəydi Azərbaycan çox ciddi problemlərlə üzləşəcəkdi. Bu problemin də arxasında bu gün müxtəlif hərbi nəqliyyat vasitələri ilə Ermənistana silah daşıyan, canlı qüvvə göndərən ABŞ, Ermənistanın təəssübünü çəkən Fransa hökuməti və sair gəlib orda məskən salacaqdılar. Biz antiterror əməliyyatını həyata keçirməklə bu cür yabançı qüvvələrin o zaman işğal altında olan ərazilərimizə daxil olmasına imkan vermədik. Ona görə də Azərbaycan Prezidenti dəfələrlə bu xüsusda ayrıca vurğulayıb, xüsusi notla məlumat verib ki, Qarabağ probelminin həllində Azərbaycan hər hansı bir üçüncü, yaxud yabançı dövlətlərin köməyinə ehtiyac duymur, Qarabağ məsələsi Azərbaycanın daxili problemidir və Azərbaycan o problemləri öz daxili resursları hesabına aradan qaldırmaq üçünb bütün imkanlara sahibdir”. 

İ.Rüstəmlinin sözlərinə görə, bu antiterror tədbirləri Fransanın, Amerikanın bəzi hərbi kontingentinin ya müşahidə missiyasında, ya da sülhməramlı qismində Azərbaycan ərazisinə, konkert olaraq həmin dövrdə ermənilərin kompakt yaşadığı Xankəndi şəhərinə daxil olmaq  niyyətinin qarşısını birdəfəlik aldı. O hesab edir ki, bu ölkələrin hərbi kontingenti ayrı-ayrı missiyalar şəklində Qarabağa daxil olsaydılar, bu bizim üçün çox ciddi problemlər yaradacaqdı. “Ona görə də Azərbaycanın antiterror əməliyyatını dövlətimizin hərb tarixində həyata keçirilmiş ən mükəmməl əməliyyatlardan biri kimi dəyərləndirirəm. Burada Azərbaycan hərbi qulluqçularının göstərdiyi xüsusi rəşadəti, qəhrəmanlığı və verilən tapşırığı son dərəcədə yüksək səviyyədə yerinə yetirməsi də öndə dayanan amillərdən biri və bəlkə də birincisi idi. Onlar dövlətimizin, Ali Baş Komandanın etimadını doğrultdular və verilən tapşırığı zərgər dəqiqliyi ilə həyata keçirdilər. Bunun da ən böyük əhəmiyyəti ondan ibarət idi ki, antiterror əməliyyatlarında bizim yalnız hərbi obyektləri, Azərbaycana qarşı silahlanmış güc nöqtələrini, mənbələrini, mərkəzlərini vurmağımız, heç bir mülki erməninin burnunun belə qanamaması yabançı qüvvələrin Azərbaycana qarşı hər hansı bir bəyanatının, növbəti təhdidinin qarşısını aldı, blokladı”-deyə İ. Rüstəmli bildirdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031