çərşənbə günü, 04 noyabr 2026
     

Eyyub Hüseynovla "Azestetik" şirkəti jurnalistlərin qarşısında münasibətlərini belə ayırd etdilər - kim qalib?

Image


Rəşad Qasımov: "Bizə qarşı irəli sürülən iddiaların heç biri öz təsdiqini tapmadı və əsassız olduğu sübut olundu"

Sentyabrın 20-də "Azestetik Group MMC" şirkətində mətbuat konfransı keçirildi. Şirkətin mətbuat katibi Elnarə Dərziyeva bildirdi ki, son dövrlər bəzi media orqanlarında, sosial şəbəkələrdə, Yotube kanalında "Azestetik Group MMC" ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb və "Publika.az" və digər bəzi saytlar qarşı tərəf kimi şirkətin mövqeyini öyrənməyiblər. 

E.Dərziyeva qeyd etdi ki, "Piblika.az"-da "Azestetik"in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər" başlıqlı yazıda Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun şirkətə qarşı əsaslandırılmamış iddiaları yer alıb, amma şirkətin mövqeyi öyrənilməyib. O qeyd etdi ki, mətbuatın əsas vəzifələrindən biri şikayəti hərtərəfli araşdırmaq, onu qarşı tərəfin mövqeyini öyrənmək şərtilə işıqlandırmaqdır. E.Dərziyevanın bildirdiyinə görə, təəssüf ki, bu şikayəti yayımlayan media qurumları şirkətin mövqeyini öyrənməyib.  O vurğuladı ki, E.Hüseynov şirkəti saxta məhsulları Azərbaycana gətirməkdə, avadanlıqlarda qanunsuz olaraq ciplərin yerləşdirilməsində, maliyyə saxtakarlığına yol verməkdə ittiham edib. "Bəzi media orqanlarında, yutub kanallarında  "Azestetik" şirkəti ilə bağlı həqiqətə uyğun olmayan fikirlər yayılıb. Burada bu iddialara aydınlıq gətiriləcək. 

Dəyərli "Publika.az" da yayılan məlumat ictimaiyyətdə çaşqınlıq yaratdı və çaşqınlıq həm də "Azestetik" şirkətinin imicinə xələl gətirdi, satışına mənfi təsir göstərdi. Bu təsiri göstərməkdə də davam edir. 

Bu yazı Eyyub müəllimə istinadən yazılıb, amma təəssüf ki, şirkətin mövqeyi öyrənilməyib".

Şirkətin direktoru Rəşad Qasımov isə bildirdi ki, bütün hallarda həqiqətin üzə çıxmasına tərəfdardır və 17 illik fəaliyyətlərini də qanunlar çərçivəsində davam etdiriblər, qanundan kənar hansısa bir fəaliyyətləri yoxdur.  E.Hüseynovun iddiasının əsasız olduğunu deyən R.Qasımov qeyd etdi ki, həqiqətin olduğu kimi çatdırılmasının tərəfdarıdır: "Amma təəssüflər olsun ki, haqqımızda səsləndirilən fikirlərin heç biri həqiqəti əks etdirmir. "Azərbaycanlıları öldürən cihazlar" nə deməkdir? Bu, araşdırmanın nəticəsdirsə indiyə qədər hansı bir ölüm halı qeydə alınıb ki, belə rahat şəkildə "Azestetik" şirətinə qarşı belə bir iddia irəli sürülür? Bu sualın cavabı varsa xahiş edirəm cavab verin. Bu bizim üçün kifayət qədər ağır ittihamdır. Biz sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Eyyub müəllimi şirkətlə tanış etdik. Dünyanın 24 ölkəsindən 40-a yaxın şirkətin Azərbaycanda rəsmi nümayəndəsiyik. Burada söhbət Azərbaycanı 24 ölkədə təmsil etməkdən gedir. Nəzərinizə çatdırmaq istəyirəm ki, 17 illik fəaliyyətimizdə hələ bir dəfə də olsun nə ölüm halı qeydə alınıb, nə də başqa hal baş verib". 

Şirkət rəsmisi bildirdi ki, E.Hüseynovun iddialarını sübut edən faktlar varsa, onu açıqlasın. 

AİB sədri bildirdi ki, o şirkətlə bağlı bu fikirləri ona göndərilən şikayətlərə əsasən bildirib və şikayətçilərin fikirlərinə əsaslanıb, ona müraciət edənlərin məktublarını dövlət qurumlarına yönəldib. O vurğuladı ki, dövlət qurumlarından aldığı cavab onu qane etməyib, çünki rəsmi cavablarda şirkətlə bağlı qeyd olunan nöqsanlar öz əksini tapmayıb. 

E.Hüseynova jurnalistlərin ünvanladığı "bu şirkətin gətirdiyi məhsulların saxta olduğunu nəyə əsasən deyirsiz? Əlinizdə ekspertizanın rəyi varmı? Siz nüfuzlu insansınız, sizin hər bir açıqlamanız ölkədə əks –səda doğurur. Bu baxımdan, "Azestetik"in işində bu halların olduğunu necə müəyyən etdiniz" sualına cavab verən E.Hüseynov bildirdi ki, bunu sırf ona rəsmən daxil olan şikayətlərə əsasən deyib və əlində heç bir ekspertiza rəyi yoxdur. "Mən bunu istehlakçıların  bizim təşkilata ünvanladıqları şikayətlərə əsasən demişəm. O müraciətləri dövlət qurumlarına da ünvanlamışam, amma dövlət qurumlarının cavabı qaneedici olmadı"-deyə E.Hüseynov bildirdi. 

Şirkətin direktoru R.Qasımov bildirdi ki, Eyyub Hüseynov ağsaqqaldır və ona hər kəs böyük hörmətlə yanaşır, gərək, o şikayəti araşdırıb, şirkətin mövqeyi ilə tanış olub sonra bu barədə mətbuata açıqlama verərərdi. O qeyd etdi ki, E.Hüseynov dediklərini heç bir sənədlə təqdim edə bilmədi. "Bizim haqqımızda deyilənlərlə bağlı qanuni şəkildə tələb qoyduq ki, dediklərini əsaslandırsın. Üç məsələyə toxunulmuşdu. Onlardan biri saxta məhsulların Azərbaycana gətirilməsi mövzusu idi ki, bununla bağlı heç bir sübut göstərilmədi. Yəni iddiaların həqiqətə uyğun olmadığı təsdiqləndi, deyilənlərin yalan olduğu üzə çıxdı. İkinci iddia satdığımız avadanlıqlarda çiplərin qanunuz olaraq quraşdırılması ilə bağlıdır ki, halbuki, qanunsuz olması ilə bağlı hər hansı bir qanundan çıxarış, yaxud bir müədda bizə göstərilmədi. Üçüncü məsələ isə, guya biz maliyyə saxtakarlığına yol veririk, şirkətin cari hesabına bağlı olan kart hesablarından köçürülən pulları şəxsi kartıma köçürdürəm. Burada heç bir mənimsəmə halından söhbət gedə bilməz. Bir də orda iddia irəli sürülmüşdü ki, guya biz kiminsə əmtəə nişanından qanunsuz olaraq istifadə etmişik. Bunun da heç bir əsası yoxdur. Biz üç ildir ki, həmin   əmtəə nişanından Azərbaycanda istifadə edirik. O əmtəə nişanının qeydiyyatı ilə bağlı bir az gecikmişdik, amma sonradan ilkinlik sənədlərini əsas gətirərək Əqli Mülkiyyət Agentliyinin Apeliyasiya Şurasına müraciət etdik. İlkinliyi əsas götürərək o əmttə nişanını qanunsuz əldə edən şirkətin adından o əmtəə nişanını ləğv etdilər. İndi o əmtəə nişanı bizim şirkətin adınadır. Biz heç bir vaxt qanunsuz fəaliyyətlə məşğul olmamışıq, fəaliyyətimiz qanun çərçivəsindədir. Bizə qarşı irəli sürülən iddiaların heç biri öz təsdiqini tapmadı və əsassız olduğu sübut olundu"-deyə R.Qasımov bildirdi.

Mətbuat konfrasında bildirildi ki, əsassız şikayət edənlər məhsulun aylıq kredit ödənişini gecikdirənlərdir və müqaviləyə əsasən gecikdirmə baş verərsə, şirkət satdığı cihazların işləkliyini dondurur. Cihazlara qoyulan ciplərin də sırf bu məqsədlə qoyulduğu və müştəri ödənişi tam həyata keçirdikdən sonra isə cipin çıxarıldığını, ona təmizlik kağızı verildiyi qeyd edildi. Mətbuat konfransında o da qeyd edildi ki, ciplərin kimisə izləmək məqsədilə qoyulduğu iddiası da tamamilə əsassızdır. Kreditə satılan məhsulun üzərinə bu ciplərin yerləşdirilməsi qanundan kənar hal deyil, çünki məhsulun pulu ödənilənə qədər o şirkətin mülkiyyəti hesab olunur. 

Məlumat verildi ki, şirkətin müraciəti əsasında  əsassız şikayətlər edən, iddiaları yayan müştərilərlə bağlı cinayət işi açılıb. "Məhkəmə yolu ilə şikayətçilərin iddialarının əsassız olduğu sübut olunub. Şirkətə borclu qalanların hamısının borcunu ödəməsi ilə bağlı məhkəmə qərarı var, onlar borclarını ödəyəcəklər. Digər tərəfdən də onların mətbuatda şirkətlə bağlı yaydıqları şayiələrlə əlaqədar olaraq da 147 və 148-ci maddələrlə başqa bir məhkəmə prosesi gedir. Bunlardan maddi təzminat ödəmələri tələb olunur. 

Həmçinin də şirkət əleyhinə mətbuatda gedən məlumatların silinməsi, təkzib olunması da məhkəmə qərarında əksini tapıb" - deyə mətbuat konfransında bildirildi. 

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ