KÖHNƏ VERSİYA            

Gürcüstan-Qərb münasibətləri qırılma nöqtəsinə çatdı...

Image

Bu günlərdə ABŞ insan haqlarının pozulmasında iştirak etdiyi iddia edilən dörd Gürcüstan vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Dövlət Departamentinin yaydığı məlumatdan məlum olur ki, sanksiya siyahısına Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə departamentinin rəhbəri Zviad Xarazişvili, onun müavinlərindən biri və "ciddi insan hüquqları pozuntularında iştirak etdiyi iddia edilən iki məmur" daxildir.

Bundan əlavə, bəyanatda qeyd olunduğu kimi, Birləşmiş Ştatlar yüksək vəzifəli məmurlar, sahibkarlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və qanunvericilər daxil olmaqla, 60-dan çox Gürcüstan vətəndaşı və onların ailə üzvləri üçün viza məhdudiyyətləri tətbiq edir. Sanksiya siyahısına daxil edilmək ABŞ-dəki aktivlərin dondurulması və ABŞ vətəndaşları və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın Gürcüstan rəsmilərinə qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən deyib ki, Amerika Gürcüstanda dəyərsiz müxalifətin olduğunu görür və müxtəlif yollarla onları hərəkətə gətirməyə çalışır: “Birləşmiş Ştatlar bununla Gürcüstanda demokratiyanı zəiflətmək istəyir”. O bildirib ki, ABŞ-ın bu qərarı ölkədə qarşıdan gələn parlament seçkilərinə müdaxilə etmək və müxalifətə dəstək vermək istəyi ilə bağlıdır: “Bu qərarı elan etmək, şübhəsiz ki, onun seçkilərlə bağlı olduğu qənaətini yaradır, çünki onlar bizim tamamilə dəyərsiz müxalifətimiz olduğunu görürlər”. Parlamentin spikeri vurğulayıb ki, “hakim qüvvəyə qarşı səsləndirilən saxta ittihamlar” ictimaiyyətə heç bir təsir göstərməyəcək. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze isə bildirib ki, Gürcüstan hakimiyyəti böyük dövlətlərin Gürcüstandan, Ukraynada olduğu kimi, öz maraqları üçün istifadə etməsinə imkan verməyəcək: “Biz ölkəmizin suverenliyini müdafiə edəcəyik. Böyük dövlətlərin öz maraqları naminə uzun tarixə malik kiçik ölkəmizi Ukrayna kimi istifadə edib çətin vəziyyətə salmasına imkan verməyəcəyik”. Baş nazir İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki səfiri Robin Dunniqanla görüşü zamanı qeyd edib ki, ABŞ Gürcüstan vətəndaşlarına sanksiyalar tətbiq etməklə, kritik həddə daha da yaxınlaşıb. O əlavə edib ki, ABŞ seçkilər öncəsi müxalifətin şanslarını artırmaq istəyir, lakin bu addımlar əks effekt verir, çünki sanksiyalar hakim partiyanı qorxutmayacaq. Bu arada o da bəlli olub ki, Tiflisin cəzalandırılması üçün Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılması məsələsini faktiki olaraq razılaşdırıb.

Məlumata görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlikləri ilə məsləhətləşmələr və razılaşmalar mərhələsi artıq başa çatıb, lakin yekun qərar Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olacaq. Ölkədə demokratik prinsiplər, o cümlədən azad seçkilər prinsipi sahəsində vəziyyət pisləşərsə, Aİ müvafiq qərar qəbul edə bilər. Qeyd olunub ki, vizanın liberallaşdırılmasının dayandırılması Aİ-yə üzv dövlətlər arasında tam konsensus tələb etməyən qərardır. Buna da münasibət bildirən İrakli Kobaxidze vurğulayır ki, Qərbin bizə etdiyi sadəcə ucuz şantajdır: “Onlar insanlara mesaj vermək istəyirlər ki, “Vahid Milli Hərəkat” adlı qanlı rejim hakimiyyətə qayıdacaq. Bu, sadəcə ucuz şantajın bir göstəricisidir. “Gürcü Arzusu" partiyası bu şantaja 26 oktyabrda keçiriləcək seçkilərdə cavab verəcək". Ancaq belə gğrünür ki, Gürcüstandan gələn xəbərdarlıqlara baxmayaraq, Qərb bu ölkə ilə təzyiq dilində danışmaqda israrlıdır. ABŞ-ın Gürcüstandakı səfiri bu fonda qeyd edir ki, “Gürcü arzusu” hökuməti Gürcüstanı təcrid edir: “Gürcüstan hakimiyyətinin hərəkətləri, son antidemokratik hərəkətlər, ABŞ və Qərb haqqında dezinformasiyalar və baş nazirin bəyanatları - bunların heç biri nə Gürcüstana, nə də gürcü xalqına kömək edir. Gürcüstanı Qərbdən, Avropadan və ABŞ-dan daha da təcrid edən hərəkətlər və bəyanatlar gürcü xalqının maraqlarına uyğun deyil”. O vurğulayıb ki, gürcü xalqının böyük əksəriyyəti gələcəklərinin Avropa və Qərblə olduğunu bəyan edib və Gürcüstanı təcrid edən hərəkət və bəyanatlar bu məqsədə xidmət etmir: “Bir daha demək istəyirəm ki, gürcü xalqının Avroatlantik inteqrasiyasının dünyada ABŞ-dan güclü tərəfdarı yoxdur. Biz gürcü xalqını dəstəkləməyə davam edəcəyik və Gürcüstanın Aİ-nin üzvü olaraq daha güclü, iqtisadi cəhətdən daha çiçəklənən ölkə olmasına kömək etməyə davam edəcəyik. Gürcüstanı ABŞ-dan təcrid etməyə çalışan bəyanatların heç kimə faydası yoxdur”. Bunlar fonunda “Kavkazskiy uzel” nəşri yazır ki, Qərb təzyiqlərini artırsa, Rusiya və Gürcüstanın yaxınlaşmasını gözləmək olar: “Gürcüstanın Türkiyə və Azərbaycanla da yaxşı münasibətləri var. Çinlə strateji əməkdaşlıq formalaşıb. Deməli, ölkəni hansısa yazıq birisi kimi təqdim etməyə ehtiyac yoxdur. Münasibətlərin nəzərdən keçirilməsi o deməkdir ki, ABŞ-ın səhvsizliyi kultuna etiraz edilir. Gürcülər özlərini aldatmır ki, Amerika hər şeyə qadir və həmişə haqlıdır. Gürcüstan Qərblə dostluq etmək istəyir və olacaq, amma zəngin ağalar qarşısında kasıb qohum kimi deyil. Ən azından, “Gürcü arzusu” öz seçicilərinə məhz bunu çatdırmaq istəyir”.

Nahid SALAYEV







VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

26.12.2024 | 09:00
FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031