Ukraynada vəzifəli şəxslərə “Telegram“dan istifadə qadağan olundu...
Ukraynada dövlət orqanlarının əməkdaşlarına və hərbi qulluqçulara “Telegram” mesencerindən rəsmi cihazlarda istifadə etmək qadağan olunub. Bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası “Facebook” sosial şəbəkəsində məlumat yayıb.
Şuradan bildiriblər ki, dövlət qulluqçularının, hərbçilərin, təhlükəsizlik və müdafiə sektoru işçilərinin, habelə mühüm infrastruktur sferası operatorlarının xidməti cihazlarında “Telegram”ın quraşdırılmasına və istifadəsinə qadağa qoyulub.
Kibertəhlükəsizlik üzrə milli koordinasiya mərkəzi bu qərarı mesencerin milli təhlükəsizliyə təhdid yarada biləcəyinə görə qəbul edib.
ZÜMRÜD