İsrail Livanda "Hizbullah"ın 100-ə yaxın hədəfini vurub - Ordudan açıqlama
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna bir sıra irimiqyaslı zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb. Məlumata görə, iki saat ərzində "Hizbullah" hərəkatının 100-ə yaxın atıcı qurğusu və digər infrastruktur obyektləri hücuma məruz qalıb. Zərbələrin hədəfi olan raket buraxılış sistemlərində 1 000-ə yaxın mərmi olub və onlar İsrail ərazisinə atəş açmağa hazırlaşırmış.
Hərbi Hava Qüvvələrinin qırıcıları bu zərbələri Hərbi Kəşfiyyat İdarəsi və İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığı ilə koordinasiyalı şəkildə həyata keçirib.
Mətləb Salahov