Konsertdə qaçırılan keçmiş futbolçunu polis azad edib
Futbol üzrə Braziliya millisinin və İspaniyanın "Valensiya" klubunun keçmiş futbolçusu, musiqi konsertində qaçırılan Marselinyo Karioko mülki polis tərəfindən azad edilərək sərbəst buraxılıb. Bu barədə “Globo” xəbər yayıb.
Futbolçu dekabrın 17-də yoxa çıxıb. Mətbuat onun konserti bir qadınla tərk etdiyini xəbər verib. Sonra onun avtomobili hadisə yerindən 25 km aralıda tapılıb. Daha sonra cinayətkarlar onun ailəsi ilə əlaqə saxlayıblar. Onlar futbolçunun sərbəst buraxılması üçün 18 min dollar tələb ediblər. Bu işlə əlaqədar 1 nəfər şübhəli bilinərək həbs edilib. Karioko sosial şəbəkələrdə yayımlanan videomüraciətində konsertdə münasibət qurduğu qadının ərinin adam oğurluğunda əli olduğunu bildirib.
Mətləb