Yaponiyadan 2025-ci il üçün rekord büdcə - 731 milyard dollar!
Yaponiya hökuməti 2025-ci maliyyə ili üçün (2025-ci ilin aprelində başlayır) 115,54 trilyon iyen (təxminən 731,28 milyard dollar) məbləğində büdcə layihəsini təsdiqləyib. Bu barədə Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi bildirib.
Büdcə layihəsi müdafiə xərclərinin rekord həddə çatmasını nəzərdə tutur və ölkə tarixində ilk dəfə olaraq 8 trilyon iyeni (təxminən 50,6 milyard dollar) keçəcək. Hərbi büdcənin artırılması hökumətin müdafiə potensialının artırılması və hücum vasitələrinin silahlanmaya qəbul edilməsi strategiyası çərçivəsində həyata keçirilir.
Əhalinin yaşlanması ilə əlaqədar sosial təminat xərcləri rekord həddə – 38,3 trilyon iyenə (təxminən 242,9 milyard dollar) yüksələcək.
Mətləb Salahov