Aktauda qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”su da tapıldı
“Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı yerdə daha bir “qara qutu” tapılıb.
Bunu Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.
O, bildirib ki, iki uçuş məlumatları qeydiyyat cihazı tapılıb və onlar əlavə ekspertiza üçün Hava Məkanında Qəzaların Araşdırılması İdarəsinə göndəriləcək.
ZÜMRÜD