Gürcüstan spikeri və XİN rəhbəri təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyində olublar
Dekabrın 26-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, xarici işlər naziri Maya Boçorişvili Azərbaycanın Gürcüstandakı səfirliyinə gələrək AZAL şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı veriblər.
Qonaqlar başsağlığı kitabına ürək sözlərini yazıb, Azərbaycan xalqının dərdinə şərik olduqlarını bildiriblər.
ZÜMRÜD