Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...
Britaniya mətbuatı devrilmiş Suriya lider Bəşər Əsədə qarşı sui-qəsdin olduğunu iddia edib. Bəşər Əsəd ötən il dekabrın 8-dən Putinin himayəsi altında Moskvada yaşayır.
Rusiyada keçmiş baş casus tərəfindən idarə edildiyi iddia edilən internet hesabı olan General SVR, Rusiya prezidenti Putinin himayəsində olan Əsədin vəziyyətinin bazar günü pisləşdiyini yazıb. “The Sun” qəzeti yazıb ki, Əsədi zəhərlə öldürməyə cəhd edilib.
Xəbərdə 59 yaşlı Əsədin tibbi yardım istədiyi və “şiddətli öskürək və boğulma” başladığı iddia edilir. Bildirilir ki, bundan sonra dərhal həkim çağırılıb.
Mənbə bildirib ki, Əsədə sui-qəsd cəhdinin edildiyini düşünmək üçün hər cür əsas var.
Əsədin hazırda evdə müalicə olunduğu və vəziyyətinin stabilləşdiyi bildirilir.
İngiltərənin “Ekspress” qəzeti də Əsəddən götürülən testlərdə onun bədənində zəhərli maddəyə məruz qalma izlərinin tapıldığını və məsələ ilə bağlı araşdırma başlandığını iddia edib.
Hadisə ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
TAHİR