Şənbə günü, 28 Dekabr 2024
KÖHNƏ VERSİYA            

ABŞ Ermənistanı silahlandıran 3-cü ölkə olmasını niyə etiraf etmir...

Image

İbrahim Rüstəmli: “Azərbaycan da bu hadisələri ciddi izləyən, təhlükəni görən bir dövlət kimi, öz müdafiə qüdrətini artırmaq məqsədilə çox ciddi addımlar atır”    

Ermənistanın çox sürətli şəkildə silahlandırılması və burda Fransa, Hindistan və ABŞ-ın xüsusi canfəşanlıq göstərməsi, bu ölkəni yeni müharibəyə həvəsləndirməsi göz önündədir. Açıq şəkildə Fransa və Hindistan Ermənistanı silahlandırır, ABŞ isə bunu hələlik gizlin edir, bu əməlini etiraf etmir. 

Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bu məsələlərdən də danışıb: “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır. Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, - hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, - ABŞ isə bunu etiraf etmir. Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik”.

Prezident eyni zamanda “ biz adekvat tədbirlər görməyə məcbur idik. 2025-ci ildə növbəti hərbi büdcəmiz rekord büdcə olacaq. Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik”-deyə ölkə başçısı vurğulayıb.

Prezident açıq şəkildə bəyan etdi ki, ölkəmizi buna vadar etdilər. 

“ABŞ-ın bu məsələdə isə mövqeyi artıq çox mürəkkəb...”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın 44 günlük Vətən savaşında qələbə əldə etməsi Cənubi Qafqazda yeni geosiyasi reallıqların meydana çıxması ilə nəticələndi, parametrlər, coğrafiyalar dəyişdi, ölkəmizin 30 il işğalda qalan əraziləri düşmən qüvvələrdən büsbütün təmizləndi. İ.Rüstəmli qeyd etdi ki, eyni zamanda Azərbaycanın gələcək perspektivlər, xüsusilə “Zəngəzur dəhlizi” ilə bağlı planlarının reallaşması üçün əsaslı zəmin yarandı. “Bilirsiz ki, 44 günlük Vətən savaşında Ermənistan hər gün ən azı üç dəfə Rusiyaya müraciət edirdi. Bu müraciətlərdə əsas yeri KTMT bu hərbi əməliyyatlara müdaxiləsi məsələsi tuturdu və xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putindən dəfələrlə yardım istəmişdi, telefondan aslı vəziyyətdə qalmışdı. Bunların sonunda Rusiya prezidenti Vladimir Putin Paşinyan, Paşinyanın simasında Ermənistanı dəstəkləyən digər dövlətlərə konkret şəkildə mesaj verdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq ictimiayyət, dünya dövlətləri tərəfindən tanınmış hüquqi əraziləri çərçivəsində həyata keçirilir, əgər hərbi əməliyyatlar Ermənistan ərazisinə etap olunarsa onda KTMT bu məsələyə müdaxilə edə bilər. Bununla da Rusiyanın 44 günlük Vətən savaşına, o cümlədən də Azərbaycanın mövqeyinə, eyni zamanda ərazi bütüövlüyünə bağlı fikirləri, mövqeləri  tam şəkildə ortaya qoyuldu. Bundan sonra Ermənistan təbii olaraq yeni havadarlar axtarmaq məqsədilə hərəkətə keçdi. 

Ermənistan həmişə vassal dövlət olub, o ya rus dilində, ya fransız dilində, ingilis dilində, ya hindistanlıların dili ilə danışıb. Hər halda Ermənistan öz siyasi kursu və sabit mövqeyi olan ölkə deyil. Təbii, Ermənistan əli Rusiyadan üzüləndən sonra  Amerikaya, Fransaya və bir sıra Qərb dövlətlərinə müraciət etdi. Avropada onun ən böyük havadarı Fransadır və Fransa da erməni lobbisinin böyük dominantlıq təşkil etdiyi bir ölkədir, tarixən onları ciddi, iqtisadi, siyasi, mənəvi əlaqələr bağlayıb. Sırada ikinci yerdə Hindistan dayanır. Hindistan da bilirsiz ki, Azərbaycana qarşı Pakistanla bağlı mövqeyini ortaya qoyan dövlətdir, Pakistan Azərbaycanın ən yaxın silahdaşı, hərbi-siyasi müttəfiqidir. Bu baxımdan, Hindistanın da mövqeyi başa düşüləndir. Üçüncü yerdə ABŞ dayanır və ABŞ-ın bu məsələdə isə mövqeyi artıq çox mürəkkəb konstruksiyalı, çox mürəkkəb fiqurasiyalı bir mövqedir. Yəni Amerikanın Cənubi Qafqaza sızması və bununla da öz əzəli və əbədi rəqibini, yəni Rusiya imperiyasını nəzarət altında saxlaması məsələsi bir qədər asanlaşdı. Azərbaycandan, qismən də Gürcüstandan fərqli olaraq Ermənistan Cənubi Qafqazın ən zəif bəndi kimi həm münbit mühit, həm də öz siyasi mövqeyi və deyərdim ki, doktrinası olmayan bir dövlət olaraq ABŞ-ın Cənubi Qafqaza sızmasında əsas tramplin rolunu oynadı. Bəli, bu gün söhbət məhz bu məsələ üzərində dayanmalıdır ki, ABŞ Ermənistana silah-sursat daşıyır, hətta onların xüsusi təyinatlılarının bir qismi Ermənistan hərbiçilərinə təlimlər keçir və sair. Bütün bunlar Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlamış işğalçı bir dövlətə yardım məqsədilə edilirsə, bu həm də Azərbaycana qarşı hər hansı bir təhdid, təcavüz elementini özündə ehtiva edir. Əlbəttə, bu məsələdə Azərbaycan birinci sırada dayanmır. ABŞ-ın əsas məqsədi okeanın o tayından Rusiyanı izləməkdənsə Ermənistandan bu dövləti müşahidə etmək, nəzarətdə saxlamaq böyük əhəmiyyət daşıyır. Yəni nə Fransa, nə Hindistan, nə Amerika əslində Ermənistan üçün çalışan, Ermənistana ürəyi yanan dövlətlər siyahısında deyillər. Siyasətdə dostluq yoxdur, ancaq maraqlar var. Bu mənada ABŞ-ın da, Fransanın da, Hindistanın da maraqları onunla nəticələnir ki, adını çəkdiyim və çəkmədiyim dövlətlər 44 günlük Vətən savaşında bütün kommunikasiya sistemləri sıradan çıxarılan Ermənistan ordusunun yenidən özünə gəlməsi, formalaşması və öz müdafiə qüdrətini artırması üçün çalışması gözləniləndir. Bunun da arxasında Rusiya-Avropa, Rusiya-Qərb qarşıdurması dayanır”.

Cənubi Qafqazda ən böyük mövqe savaşının getdiyini deyən İ.Rüstəmli bildirdi ki, bu mövqe savaşında Fransanın da, Hindistanın da, ABŞ-ın da öz maraqları var. Onun sözlərinə görə, əsas maraq da Rusiyanı daha yaxından, daha ciddi şəkildə izləmək, onun əsas hədəflərini sıradan çıxarmaq, onu zəiflətmək və nəzarət altına almaqdır. “Bu mənada Azərbaycan da bu hadisələri ciddi izləyən, təhlükəni görən bir dövlət kimi, öz müdafiə qüdrətini artırmaq məqsədilə çox ciddi addımlar atır”.

Hazırda Azərbaycanın 30-dan artıq ölkə ilə hərbi sahədə bir, iki, daha çoxtərəfli əlaqələr qurduğunu deyən İ.Rüstəmli bildirdi ki, bu əməkdaşlığın arxasında ölkəmizin öz müdafiə qüdrətini qoruması və gücləndirməsi durur. “Təbii ki, Azərbaycan öz müdafiə qüdrətini artırmaq məqsədilə zaman-zaman dünyanın inkişaf etmiş ölkələrinə məxsus ordularla bir, iki və daha çoxtərəfli hərbi əlaqələr qurub. Bu ölkələrin sırasında ilk yerdə Azərbaycanın ən böyük strateji müttəfiqi Türkiyədir. Bilirsiz ki, son dövrlərdə Türkiyə silahlı qüvvələrinin inkişafı istiqamətində çox ciddi addımlar atılıb. Bu, ilk növbədə Türkiyə hərbi sənayesinin inkişafı ilə bağlıdır. Uçan pilotsuz aparatların, sensor xarakterli aparatların və digərlərinin  istehsalında Türkiyə dünyada öncül yerlərdən birini tutur. Müasir hərbi döyüşlər gedir, indi ağır texnikaların, xüsusilə insan amilinin bu döyüşlərdə fəaliyyəti maksimum ixtisara salınıb. Bu mənada, Azərbaycan həqiqətən də, başda Türkiyə olmaqla, digər dünya dövlətləri ilə çox ciddi əlaqələr qurmaqla o dövlətlərin ən müasir silahları ilə maraqlanır və o silahların ölkənin cəbbəxanasına daxil olması üçün ciddi addımlar atır. Siz xatırlayırsınızsa, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı sonuncu çıxışlarından birində xüsusi vurğulamışdı ki, biz nəinki XXI əsrin, hətta XXII əsrin müharibəsinə hazır olmalıyıq. Bu sözün arxasında ciddi məqamlar dayanır. Yəni bir dövlət başçısının timsalında belə bir mesajın verilməsi sıradan bir məsələ deyil. Azərbaycan bu cür həmlələrə, bu cür cəhdlərə, bu cür təcavüz xarakterli hallara qarşı alternativ kontr-cavablar, qabaqlayıcı tədbirlər həyata keçirəcək. Mən elə bilirəm ki, Ermənistan son dövrlər öz himayədarlarının köməyi ilə silahlanmasına baxmayaraq yenidən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir cəhd göstərərsə, 44 günlük Vətən savaşında aldığı zərbədən ikiqat artıq zərbə alacaq” - deyə İ.Rüstəmli vurğuladı. 

İradə SARIYEVA







VİDEO

SON XƏBƏRLƏR

28.12.2024 | 09:34
Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub - YENİLƏNƏCƏK

28.12.2024 | 09:30
İctimai fəal Şahin Əhmədov Rusiya hava məkanındakı son vəziyyət barədə yazır

28.12.2024 | 09:25
Mərc oyunlarının məskəni Tik-Toka köçürüldü...

28.12.2024 | 09:20
"Fənərbağça" və "Barselona"dan məğlubiyyət

28.12.2024 | 09:10
Fransa portalı azərbaycanlı pilotlardan yazdı - "həqiqi möcüzə göstərdilər"

28.12.2024 | 09:05
Suriya hadisələri Türkiyə - Rusiya münasibətlərini soyutdu, Slovakiya meydana düşdü...

28.12.2024 | 09:00
Kürdəmirdə 2 avtomobil toqquşub, bir sürücü ölüb

28.12.2024 | 08:41
Ünvanlı yardımın məbləği və yardım alanların sayı çoxaldı...

27.12.2024 | 23:11
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov təyyarəmizin necə vurulduğunu bilir...

27.12.2024 | 22:53
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub

27.12.2024 | 22:40
Türkiyə Azərbaycana təyyarə faciəsinin araşdırılması üçün nümayəndə heyəti göndərdi

27.12.2024 | 22:27
Türkiyə səfirliyinin nümayəndələri təyyarə qəzası qurbanlarının xatirəsini yad etdi

27.12.2024 | 21:50
Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

27.12.2024 | 21:23
Mexaniki qaz sayğaclarının yenidən qaytarılmasında marağı olanlar var...

27.12.2024 | 21:09
Putin "30 milyon(?) Suriya kürdünə dövlət" istəyir...

27.12.2024 | 20:54
“Arsax erməni qartalı” - saxta xalçaşünaslığa yeni ornament uydurdular...

27.12.2024 | 20:40
Zelenski Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 20:39
Əsədin tör-töküntüləri Suriyanı İraqın gününə salmağı hədəfləyir...

27.12.2024 | 20:25
Britaniya Əsma Əsədin Suriyada qanlı cinayətlərinin ortağına çevrilə bilər...

27.12.2024 | 20:15
Təyyarə qəzasında həlak olan digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək

27.12.2024 | 20:12
Bakı 2020-ci il helikopter səhvinə görə üzr istəmişdi, indi eyni hərəkəti Moskvadan gözləyir...

27.12.2024 | 20:03
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirildi - FOTO

27.12.2024 | 19:58
ATƏT-in Minsk qrupu sülhə qarşı daha ciddi əngələ çevrildi...

27.12.2024 | 19:45
Tramp Baydenin son qərarlarını ləğv edəcək - "Monro doktrinasına" qayıdış...

27.12.2024 | 19:31
Əkin sahələrini kəsib pambığa veririk - pambıq isə hər il azalır, niyə?

27.12.2024 | 19:17
İrəvanda Paşinyan-kilsə ssenarisi yenidən başladı - keşiş Baqrat yeni rolda...

27.12.2024 | 19:04
Paşinyan müharibə qızışdıran katolikosu 2-ci dəfə İTV efirinə buraxmadı...

27.12.2024 | 18:51
Bakıda saxta estetik cərrah əməliyyatı - Səhiyyə Nazirliyinin şöbə müdiri həbs olundu...

27.12.2024 | 18:47
Azərbaycanda 2-ci katolik kilsəsi tikilir...

27.12.2024 | 18:33
Rusiya ən yüksək səviyyələrdə Ukrayna ilə gələn il sülh danışıqlarına hazırlaşır - rəsmi...

27.12.2024 | 18:20
Xaricdən Azərbaycana pul köçürmələri az qala 1 milyard azaldı...

27.12.2024 | 18:15
Rəşad Nəbiyev qəzaya uğrayan təyyarə ilə bağlı Rusiyanın iddiasını rədd etdi - partlayış səsləri kənardan gəlib...

27.12.2024 | 18:06
Təyyarə qəzasından əvvəl bəzi Qroznı məmurları açıq cinayətə yol verdilər...

27.12.2024 | 17:56
İordaniya Kralı Prezident İlham Əliyevə başsağlığı verib

27.12.2024 | 17:53
Makronun Ukrayna mövzusunda Rusiya ilə separatçı xəyanətini açdılar...

27.12.2024 | 17:47
"Yeni Klinika" təyyarə qəzasında yaralananların vəziyyətini açıqladı...

27.12.2024 | 17:46
Nazirlik saxta estetik cərrahlarla bağlı hərəkətə keçdi - Xüsusi Təftiş Komissiyası yaradıldı, sənədlər yoxlanacaq...

27.12.2024 | 17:34
Azərbaycanın dəmiryol daşımaları xeyli azalıb - halbuki şərtlər dəyişməyib...

27.12.2024 | 17:33
"Minalardan Üzümlüklərə: Müharibədən Sonra Azərbaycanda Bərpa Səyləri"-Forbes Yazır...

27.12.2024 | 17:30
Sahibə Qafarova Qazaxıstan parlamentinin sədri ilə danışdı...

27.12.2024 | 17:25
"Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub" - Nazir

27.12.2024 | 17:25
"Gənc Bələdçi" layihəsi yekunlaşıb

27.12.2024 | 17:20
Təyyarə qəzasının qurbanlarına milli hüzn - cəmiyyətimizin mənəvi güc göstəricisi...

27.12.2024 | 17:15
Ukrayna təyyarə qəzasının ədalətli və qərəzsiz araşdırılmasına çağırdı...

27.12.2024 | 17:12
AZAL qəzaya uğrayan təyyarəyə kənar müdaxilə olduğunu təsdiqlədi - Rusiyanın 10 aeroportuna uçuşlar dayandırıldı

27.12.2024 | 17:04
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27.12.2024 | 17:00
Rusiya Belarus ərazisinə 10 “Oreşnik” raket kompleksi yerləşdirəcək...

27.12.2024 | 16:47
Sudanın Suveren Keçid Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

27.12.2024 | 16:44
Şəhid polis əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirildi

27.12.2024 | 16:33
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

27.12.2024 | 16:26
GUAM-ın Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 16:25
Nazarbayev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

27.12.2024 | 16:20
"AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədə məlumat Rusiyadan verilib" - Qazaxıstan

27.12.2024 | 16:16
“Azərbaycan Sənaye Korporasiyası” ləğv edildi - SƏRƏNCAM

27.12.2024 | 16:14
Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

27.12.2024 | 16:10
Bələdiyyələr də qrant ala biləcəklər - qanunda dəyişiklik edildi

27.12.2024 | 16:06
Aİİ sammitində Lukaşenko ilə Paşinyan arasında gərginlik - Sizi Minskə gətirə biləcək kimsə yoxdur?...

27.12.2024 | 15:51
Vüqar Rəhimzadə: Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər

27.12.2024 | 15:41
Nazir Vilayət Eyvazov polis orqanlarında xidmət etmək istəyən gənclərin növbəti sıra baxışını keçirdi - FOTO

27.12.2024 | 15:30
Göydə 2 dəfə partlayış oldu, saat yarım sonra yerə çırpıldıq -Təyyarə qəzasında yaralanan şəxs

27.12.2024 | 15:22
Vuçiç “Şimal axını” qaz kəmərinin bir ildən sonra işə salınacağını proqnozlaşdırır

27.12.2024 | 15:08
Sağ qalan AZAL-ın bələdçisindən EKSKLÜZİV müsahibə: hadisənin CANLI ŞAHİDİ DANIŞDI

27.12.2024 | 14:57
"Embraer" nümayəndələri təyyarə qəzasını araşdırmaq üçün Aktauya gəliblər...

27.12.2024 | 14:50
Yeni Suriya rəhbərliyi İrana qarşı 300 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır... - VİDEO

27.12.2024 | 14:36
İƏT-in Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 14:35
Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

27.12.2024 | 14:30
"AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma nəticələri açıqlanmadan hadisəni şərh etməyəcəyik" - Peskov

27.12.2024 | 14:18
Nazir təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirdi

27.12.2024 | 14:10
Ermənistan Xankəndində vəfat edən erməniəsilli şəxsin nəşini qəbul etmir...

27.12.2024 | 13:55
Prezident İlham Əliyev bir sıra qanunlara dəyişiklikləri təsdiqlədi

27.12.2024 | 13:50
Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb

27.12.2024 | 13:43
İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi

27.12.2024 | 13:38
Baş nazir Əli Əsədov Qazaxıstanın Azərbaycandakı səfirliyində olub - FOTO

27.12.2024 | 13:23
Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

27.12.2024 | 13:15
Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında qanunu təsdiqləndi

27.12.2024 | 13:03
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 12:52
Təyyarə qəzası ilə bağlı Baş Prokurorluğun əməkdaşları Qroznıdadır

27.12.2024 | 12:43
Nikaraqua Prezidenti və vitse-prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

27.12.2024 | 12:28
Pilotlar və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq...

27.12.2024 | 12:15
Qroznı hava limanı Azərbaycan təyyarəsi vurulduqdan 5 dəqiqə sonra bağlanıb - yeni təfərrüatlar...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031