"Bu, məsuliyyətsiz seçimdir" - Notr-Dam kilsəsi barədə ŞOK İTTİHAM
Paris Notr-Dam kilsəsinin damının bərpası zamanı 460 ton qurğuşundan istifadə edilib. Bu barədə Fransa Həmkarlar İttifaqının ümumi əmək konfederasiyasının Paris bölməsinin baş katibi Benua Martin bəyan edib. "Fransızlar və şəhərin qonaqları bilməlidirlər: bərpa işləri zamanı kilsənin damı və qüllələri qurğuşunla örtülüb. Bərpa zamanı insan sağlamlığı üçün təhlükəli olan bu metaldan 460 tona yaxın istifadə edilib. Bu, məsuliyyətsiz seçimdir. Qurğuşun çox təhlükəlidir və həm yenidənqurmada iştirak edən işçilər, həm də ətraf ərazilərin sakinləri və kilsənin ziyarətçiləri üçün risk yaradır", - deyə o qeyd edib.
Mətləb