KÖHNƏ VERSİYA            

Qərbin Ermənistanı silahlandırmasının yeni məqamları ortaya çıxıb...

Image

Məlum olduğu kimi, Yunanıstan Ermənistana S-300 və bu ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən Rusiya istehsalı daha iki sistemi təhvil vermək və onları İsrail sistemləri ilə əvəz etmək niyyətindədir. 

Belə ki, yunanlar Ermənistana Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemləri də verəcək. “Enikos.gr” portalının yazdığına görə, Yunanıstan Silahlı Qüvvələri Rusiya silah sistemlərini öz arsenalından çıxarmaq və köhnə sistemləri radikal şəkildə yeni Qərb texnologiyaları ilə əvəz etməyi hədəfləyir. Nəşr vurğulayıb ki, əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah başqa alternativləri nəzərdən keçirir.

Məsələyə Rusiyadan da reaksiya verilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Afinaya Rusiya silahlarının Rusiyanın razılığı olmadan təkrar ixracını qadağan edən ikitərəfli sazişlər var. O vurğulayıb ki, Afina məsələ barədə Moskvaya məlumat verməyib. Beləliklə, görünən odur ki, Ermənistnın getdikcə daha çox sayda ölkə tərəfindən silahlandırlması prosesi davam edir. Bu hal Azərbaycanla sülh prosesinə xələl gətirir, Cənubi Qafqazda düşmənçilik ritorikasının artmasına gətirib çıxarır. Bunlar o fonda yaşanır ki, həm Ermənistan, həm də Azərbaycanın dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyünü tanıdıqlarını dəfələrlə bəyan ediblər. Qarabağ problemi tam və qəti şəkildə birdəfəlik həll edilib. Belə vəziyyətdə himayədarlarının diqtəsi ilə hərəkət edən Ermənistan sülhü təhlükəyə atır. Ümumiyyətlə, daim özünə himayədar axtaran İrəvan Bakı ilə diplomatik manevrlər üçün təkbaşına qərar vermir. Ermənistan  himayədarları, xüsusən bölgədə qeyri-stabillik yaratmağı qarşısına məqsəd qoyan Fransa ilə koordinasiyalı addımlar atır. Son dövrlər Fransanın və daha bir neçə Avropa ölkəsinin dəstəyi ilə militarizasiya, silahlanma yolu tutan Ermənistan Cənubi Qafqazda davamlı sülh yerinə, yeni potensial münaqişə ocağı yaratmaq yolunu tutub. Paralel olaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkə konstitusiyasinda Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən Müstəqillik Aktına istinadın aradan qaldırılması və Minsk qrupunun fəaliyyətinin dayandırılması üçün Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməsi ilə bağlı rəsmi Bakının çağırışlarına hələ də adekvat reaksiya verməməsi də sülh üçün təhlükədir.

Mövcud şəraitdə Yunanıstanın addımları da erməni tərəfini radikalizmə, düşmənçiliyə sövq edir. Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar Yunanıstanın Ermənistana silahlar verməsini şərh edərkən qeyd edib: “Yunanıstan, eləcə də Fransa Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeləri səbəbindən hər zaman Ermənistanı dəstəkləyiblər. İndi də yunanlar Rusiya istehsalı olan silahları Ermənistana təqdim etmək istəyirlər.  Ağar  açılamasında Afinanın da regionda geopolitik maraqları olan dövlətlər kimi özünü apardığını bildirib: “Digər tərəfdən, həm Fransa, həm Hindistan və İran, həmçinin Avropa Birliyi və ABŞ-ın regionda maraqları var. Bu dövlətlər Ermənistandan öz maraqları naminə istifadə edərək “geopolitik reallıq” yaratmağa, Azərbaycan və Türkiyəni təzyiq altında saxlamağa, Ermənistan vasitəsilə bir təsir gücü formalaşdırmağa çalışırlar”. Ekspertin sözlərinə görə, bu növ silahlar İkinci Qarabağ müharibəsində ermənilər üçün heç bir fayda vermədi: “Ermənistana verilən silahlar İkinci Qarabağ müharibəsi zamanı onlarda var idi. Bilirsiniz ki, Qarabağ müharibəsində ilk olaraq Osa-AK sistemləri sıradan çıxarıldı. Daha sonra “Tor”, “Buk” və S-300 sistemlərinin məhv edildiyini gördük. Ermənistanın hava hücumundan müdafiə sistemi ciddi şəkildə zədələndi. İndi bu itkiləri kompensasiya etmək məqsədilə Yunanıstanın əlindəki köhnə silahları Ermənistana verib, özü üçün İsrail və Qərb istehsalı olan yeni silahlar almağa çalışdığı müşahidə edilir”. Ağar qeyd edib ki, Yunanıstan və Fransanın Ermənistanı silahlandırması cavabsız qalmayacaq: “Azərbaycan bu prosesləri yaxından izləyir və qiymətləndirir. Bu silahların zərərsizləşdirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Yalnız bu silahlar deyil, Ermənistanın müxtəlif kateqoriyalardakı yeni silahları dövriyyəyə buraxması Azərbaycanda əlavə tədbirlərin görülməsinə səbəb olur. Elə prezident İlham Əliyevin göstərişi ilə müdafiə büdcəsi daha da artırılıb. Bu baxımdan, Ermənistanın yeni silahlarına qarşı Azərbaycan mövcud və effektivliyini sübut etmiş silahlarla yanaşı, yeni təşəbbüslər irəli sürə bilər”. Görünən odur ki, Ermənistan himayədar ölkələrin təsiri altında sülh danışıqları prosesindən geri çəkilməyə, prosesin təbii axarına süni maneələr yaratmağa çalışır. Azərbaycan isə regionda yeni hərbi münaqişədə maraqlı deyil, əksinə, önəmli iqtisadi layihələrin həyata keçirilməsi üçün regionda dayanıqlı sülhə, sabitliyə ehtiyac duyur. Amma ölkə istənilən təhdidi də aradan qaldırmağa tam hazırdır. Bunun ermənistanda da nəzərə alınması olduqca mühümdür.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

SON XƏBƏRLƏR

11.01.2025 | 16:45
Avropanın Azərbaycanda “beyin yuyan” layihələri fiaskoya uğradı...

11.01.2025 | 16:12
Bakıda mağazalarında saxta əskinaslarla alış-veriş edən şəxs saxlanıldı

11.01.2025 | 15:47
Ermənistan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət edəcək

11.01.2025 | 15:30
Siyəzəndə polis əməliyyat keçirdi, 4 nəfər saxlandı

11.01.2025 | 15:08
Gürcüstanın XİN rəhbəri Bakıya gəlir...

11.01.2025 | 14:36
Masallıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs tutuldu

11.01.2025 | 14:05
Prezident İlham Əliyev Şahin Bağırovu ordenlə təltif etdi

11.01.2025 | 13:24
Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparacaq...

11.01.2025 | 13:10
Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçdi

11.01.2025 | 10:20
Hər gün Britaniyada 50 insan xəstəxanada növbə gözləyərkən ölür - ŞOK FAKT

11.01.2025 | 10:10
"Bu, təkcə Ukraynaya kömək etməyəcək" - Zelenski Rusiyanın dondurulmuş aktivləri barədə çağırış etdi

11.01.2025 | 10:00
Azərbacan XİN-dən ABŞ-a başsağlığı mesajı

11.01.2025 | 10:00
"Survivor"ın qalibi idi, bütün var-dövləti bir anda yanıb kül oldu...

11.01.2025 | 09:27
Bank kreditləri "davranış modelləri" əsasında veriləcək - "sosial şəbəkədə fəalsınız?"...

11.01.2025 | 09:20
Ukraynaya 30 min yeni dron yollayacaq - Britaniyadan QƏRAR

11.01.2025 | 09:13
Ərdoğan Birol Akgünü Azərbaycana səfir təyin etdi

11.01.2025 | 09:10
Fatih Terim yeni komandasında məğlubiyyətlə başladı

11.01.2025 | 09:00
Tramp prezidentliyinin ilk günündə 100-dən çox sərəncam imzlayacaq - İDDİA

11.01.2025 | 08:42
Prezidentin Bakıda göstərdiyi 10 ərazi haraları əhatə edir...

10.01.2025 | 22:28
İnsana sevinc və kədər limiti ayrılıb - Limitə qənaət edənlər çox yaşayırlar

10.01.2025 | 21:45
"Bu, başlanğıcdır..."

10.01.2025 | 21:41
Paşinyanın yeni 11 "təşəbbüsü" sülhə yox, imitasiyaya xidmət edir- 2- si "elə ",4- ü "belə", 3- ü "orda", 2- si "burda".....

10.01.2025 | 21:17
Makron Fransa siyasətində təsadüfi adam imiş - bioqrafiyasına baxın...

10.01.2025 | 21:02
Qərbi azərbaycanlıların qayıdışı yeni fazaya keçdi... - MÜSAHİBƏ

10.01.2025 | 20:46
Yeni dünya düzəni - Azərbaycan balansı saxlayacaq, ya blok seçəcək?...

10.01.2025 | 20:31
Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

10.01.2025 | 20:16
İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

10.01.2025 | 20:02
Qloballaşma prosesi bitdi - Azərbaycan növbəti dövrə hazırlaşır...

10.01.2025 | 19:47
ABŞ və Avropa Bakı-İrəvan normallaşma prosesindən çıxarıldı - niyə və nə vaxtadək?

10.01.2025 | 19:33
Ermənistanın Avroittifaqa birləşmə prosesi başladı - Rusiya hələ sadəcə "söz oynadır"...

10.01.2025 | 19:18
Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

10.01.2025 | 19:04
Medvedyev İrəvandan cavabını aldı - "Bizi Ukrayna ilə hədələmə"...

10.01.2025 | 18:49
Azərbaycan Türkiyənin yeni Suriya əməliyyatına hansı səviyyədə dəstək verəcək?..

10.01.2025 | 18:35
Nəqliyyatda yeni texnologiyalar - Prezident mətbuatın dəstəyini vacib saydı...

10.01.2025 | 18:21
Ermənilər Naxçıvanla sərhəddə yeni istehkamları nə məqsədlə tikir?..

10.01.2025 | 18:07
Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

10.01.2025 | 17:53
İran Azərbaycanla səfirlik terroru məsələsini hələ də uzadır...

10.01.2025 | 17:40
Fransa Azərbaycanla təmaslara yalnız bir şərtlə başlaya bilər - Prezident dedi...

10.01.2025 | 17:35
Gömrükçülər ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkarlayıb

10.01.2025 | 17:27
Zəif liderin ölkəsi güclü ola bilməz - Əliyevin dünyaya daha bir mesajı...

10.01.2025 | 17:14
Media savadlılığı və siyasi mədəniyyət davranışları...

10.01.2025 | 17:02
İranlı generaldan şok Suriya etirafı - çox pis məğlub olduq, ruslar bizi aldatdı…

10.01.2025 | 16:55
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi iqtisadi siyasətimizin əsasıdır” - Vüqar Rəhimzadə

10.01.2025 | 16:52
BMU-İNHA İDP və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb

10.01.2025 | 16:45
Rus qazı iki ölkəni üz-üzə qoydu - Slovakiyanın baş naziri Zelenskini hədələdi…

10.01.2025 | 16:33
“GERMAN HOSPİTAL”da əməliyyat otağında ad günü keçirənlərlə bağlı qərar verildi...

10.01.2025 | 16:26
Moskva İrəvana “əba altından zopa” göstərdi - Ermənistan Aİİ-dən çıxsa…

10.01.2025 | 16:17
Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR

10.01.2025 | 16:11
Zelenski qərbli müttəfiqlərinə çağırış etdi - Ukraynaya qoşun göndərin...

10.01.2025 | 15:56
Sahibkarlıq subyektlərinə 10 milyon manatadək kredit veriləcək

10.01.2025 | 15:50
Polisə tabe olmayan sürücü həbs edildi

10.01.2025 | 15:37
İxrac pulunu ölkəyə qaytarmayan daha bir neçə vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edildi...

10.01.2025 | 15:22
Bələdiyyə üzvlüyünə namizədlərin siyahısı açıqlandı

10.01.2025 | 15:14
Küveytin yeni səfiri Prezident İlham Əliyevin qəbulunda... - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:10
Prezident İlham Əliyev Litvanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO/YENİLƏNDİ

10.01.2025 | 15:09
Sumqayıt və Abşeronda oğurluq edən 3 nəfər yaxalandı

10.01.2025 | 14:51
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun binası boşaldıldı...

10.01.2025 | 14:48
“Rəqəmsal ekologiya” informasiya sistemi yaradıldı - FƏRMAN

10.01.2025 | 14:46
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi

10.01.2025 | 14:22
Ermənistandakı Aİ missiyasının müddəti 2 il uzadıla bilər

10.01.2025 | 14:08
"Azərbaycan və Ermənistan arasında sülh regionda yeni fürsətlər yaradacaq" - Hakan Fidan

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 13:53
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

10.01.2025 | 13:45
Belçikalıların Kralı Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

10.01.2025 | 13:27
Bakıda fermadan xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlandı

10.01.2025 | 13:17
Prezident İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

10.01.2025 | 13:03
Россия-Армения, дикий развод! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.01.2025 | 12:55
Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş təsdiqləndi

10.01.2025 | 12:50
Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10.01.2025 | 12:47
Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi - SƏRƏNCAM

10.01.2025 | 12:30
Xaçmazda narkotik əməliyyatı: iki nəfər saxlandı

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
Qərb Ermənistana təzə vəzifə verdi - CANLI

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031