Bələdiyyə üzvlüyünə namizədlərin sənədlərinin təqdim edilməsi müddəti açıqlandı
Bələdiyyə seçkiləri ilə bağlı Təqvim planı layihəsi artıq hazırdır. Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki, namizədin qeydə alınması üçün zəruri sənədlərin təqdim edilməsi müddəti dekabrın 10-da başlayıb, dekabrın 30-dək davam edəcək.
A.Muxtarova deyib ki, bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqatın başlanması prosesi isə 2025-ci ilin yanvarın 6-dan başlayacaq və yanvarın 28-i 00:00-da dayandırılacaq. O bildirib ki, yanvarın 19-na qədər seçki bülletenləri hazırlanacaq.
Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.