KÖHNƏ VERSİYA            

ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

Image

ABŞ Ermənistana gömrük və sərhəd mühafizəsi komandası göndərməsinin geosiyasi nəticələri geniş müzakirə predmetidir. Bu, Azərbaycanla sülh üçün də yeni problemlər yaradır.

Qeyd edək ki, prezident İlham Əliyev ötən ay “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Ermənistanla sülh sazişi üzrə böyük irəliləyiş əldə edildiyini bildirmiş, iki məsələdə razılqıla bağlı problemlərin qaldığını bildirmişdi. Həmin maddələr barədə dövlət başçısı qeyd etmişdi: “Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”. Dövlət başçısı razılaşdırlmayan maddələrin nədən ibarət olmasına da toxunaraq qeyd etmişdi: Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb”. Avropa müşahidəçilərinin sonra ABŞ sərhədçilərinin gətirlməsi Azərbaycanın sülh üçün şərtini pozur. Qeyd edək ki, Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirdiyi mülki monitorinq missiyasının fəaliyyət müddəti gələn ay başa çatır. Lakin həm Avropa İttifaqı, həm də Ermənistan missiyanın fəaliyyətinin növbəti dəfə uzadılmasına hazırlaşırlar. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin ofisi təşkilatın Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasında maraqlı olduqlarını bəyan edib. Bununla bağlı nümayəndiliyin ofisi bildirib: “Üzv ölkələr təklifi alqışlayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq orqanları ilə zəruri hüquqi aktlar müzakirə edilir. Şuranın yaxın günlərdə bununla bağlı qərar qəbul edəcəyi gözlənilir”. Azərbaycanın sözügedən məsələyə münasibəti birmənalıdır, ölkəmiz baş verənləri təhlükəsizliyinə və regionda sülhün bərqərar olmasına təhdid hesab edir. Xüsusən də o kontekstdə ki, missiya məhz Azərbaycanla şərti sərhəddə fəaliyyət göstərir, onun fəaliyyəti ölkəmizlə razılaşdırılmır.  Yerli telekanallara müsahibəsində bu fonda Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı sarsıdır: “Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər”.

Belə bir vaxtda ABŞ sərhədçilərinin də Ermənistanda yerləşdirilməsi sülh üçün əlavə təhdiddir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan ABŞ ilə ölkəsi arasında “Strateji tərəfdaşlıq haqqında” sazişin imzalanmasını tənqid edərək, bunu mümkün nəticələri nəzərə almayan tələsik addım adlandırıb: “Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasəti avantüra məntiqinə əsaslanır və ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradır”. Rusiyalı politoloq Sergey Markedonov qeyd edir ki, Ermənistanın Aİ-yə daxil olması layihəsi ətrafında mübahisələr səngiməmiş, Vaşinqtondan yeni xəbərlər gəlib: “ABŞ-ın paytaxtında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb. Bu hadisə ilə bağlı qiymətləndirmələrin dairəsi genişdir. Sənədin imzalanması bir tərəfdən İrəvanın Moskvadan uzaqlaşmasının açıq siqnalı və ya simvolu kimi təqdim olunur, digər tərəfdən isə xartiyanın effektivliyinə şübhə yaradır. Axı Amerika tərəfindən imza atan bir həftədən az müddət sonra öz postunu yeni liderə təhvil verəcək administrasiya nümayəndəsidir. Nizamnamənin mətnini diqqətlə nəzərdən keçirsəniz, onun deklarativ xarakterini asanlıqla aşkar edə bilərsiniz. Sənəd iqtisadiyyat, təhlükəsizlik, müdafiə, demokratiya, inklüzivlik və insanlar arasında əlaqələr kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əksər bəndlər artıq icra olunur, bir çoxu ideoloji yüklüdür. Guya ki, 14 yanvar 2025-ci il tarixindən etibarən diaspor faktorunu nəzərə alan inklüzivlik və ya insanlar arasında əlaqələr birbaşa açılır! Eyni zamanda, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi diqqət yetiriləcək bir düsturdur - hətta açıq-aşkar deklarativ xarakter daşımasına və ABŞ-dan Ermənistana heç bir aydın zəmanətin olmamasına baxmayaraq. Ermənistanın keçmiş və indiki siyasi elitaları bir-birinə kəskin müxalifətdədir. Lakin onları bir şey birləşdirir: xarici siyasətdə quldurluq prinsipinə sadiqlik. Güclüyə söykənmək! Dünən Rusiyada belə hesab olunurdu, bu gün ABŞ. İcazə verin, dərhal deyim ki, kiçik bir ölkə üçün belə davranışda utancverici heç nə yoxdur. Ancaq bəzi nüansları başa düşmək vacibdir. Nə Moskva, nə də Vaşinqton bu gün və ya sabah Ermənistanla Azərbaycan arasında tam və yekun seçim edəcək. Xartiya 2025-də ABŞ-ı Türkiyədən uzaqlaşdırmayacaq. Əksinə, ABŞ Azərbaycan-İsrail əməkdaşlığını diqqətlə bəsləyəcək və əzizləyəcək, Ankaranı, xüsusən də Moskva ilə fikir ayrılıqları zamanı dəstəkləyəcək, çünki Rusiyanı Avrasiyadan sıxışdırmaq daha ucuz başa gəlir. Deməli, Amerikanın yardımı ilə İrəvan üçün gözlənilən irəliləyiş baş verməyəcək. Axı “demokratiya” və “inklüzivliyi” “regionda sülh” naminə qonşulara güzəştə getməklə dəstəkləmək olar. Təbii ki, Amerikanın moderasiyası ilə və Avrasiyada Rusiyanın təsirini azaltmaqla! Və sonuncu tezis. Bu gün Ermənistanda həm siyasətçi, həm də ictimai xadimlər bir fikri təkrarlamağı xoşlayır: Rusiya effektiv təminatçı deyil, Moskva öhdəsindən gəlmədi, kömək etmədi. Belə arqumentləri qəbul etsək belə, təbii sual yaranır. Yanvarın 9-da ABŞ-ın Gürcüstanla strateji xartiya imzalamasından 16 il keçir. “Demokratiya” və “inklüzivlik” haqqında tezislər orda da var idi. Bu, Tiflisə Abxaziya və Cənubi Osetiyanı qaytarmağa kömək etdimi? Ritorik sualdır. Eyni zamanda, 2009-cu ildə ABŞ Gürcüstanla Abxaziya arasında tarazlığın yaradılması zərurəti ilə üzləşmədi. Orada simpatiyalar bütünlüklə, o zaman Tiflisdə yerləşən “demokratiya mayağı”nın tərəfində idi. Amma həm Qərb, həm də Rusiya həm keçmişdə, həm də indi yaranan bütün münaqişələri tərəzidə çəkərək türk tandemi ilə Ermənistanın maraqları arasında manevr etmək məcburiyyətindədir. 2024-cü ildə amerikalılar özləri Gürcüstanla müqaviləni “dondurdu”. Motiv? Tiflisin xarici siyasət kursuna yenidən baxılması. Bəs bu, ABŞ-ın strateji xartiyasının, birincisi, əsasən instrumental xarakter daşıdığı, ikincisi, praktiki olaraq faydalı şeylərdən daha çox bəyannamələrin yer aldığı üçün baş vermədimi?”

Samirə SƏFƏROVA







VİDEO

"Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"... - VİDEO

Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

SON XƏBƏRLƏR

09.02.2025 | 21:53
ABŞ 10 min PKK terrorçusunu Suriyadan çıxarır - bu dəfə İraqı terror yuvasına çevirəcəklər…

09.02.2025 | 20:44
Mask “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu bağlamağa çağırdı

09.02.2025 | 19:26
Trampın Ukraynada atəşkəs planı sızdı - ukraynalılar şokda... Qərb Kiyevi satır…

09.02.2025 | 18:25
İsrailin qəzzalıların sürgünü ilə bağlı yeni planı ortaya çıxdı - ABŞ mediasından qalmaqallı iddia…

09.02.2025 | 17:38
"Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"... - VİDEO

09.02.2025 | 17:21
“Telegram”da vətəndaşı aldadaraq onun 2 minini ələ keçirən şəxs yaxalandı

09.02.2025 | 16:58
Misir və BƏƏ Netanyahuya xəbərdarlıq etdi - Səudiyyə bizim üçün qırmızı xəttdir, heç kim ona toxuna bilməz…

09.02.2025 | 16:03
Tramp Putinlə danışdığını açıqladı - ancaq “neçə dəfə” sualına cavab vermədi…

09.02.2025 | 15:16
Rusiyada daha bir müəmmalı ölüm - Putinə müxalif məşhur musiqiçi evinə polis basqını zamanı 10-cu mərtəbədən aşağı düşdü

09.02.2025 | 14:53
QAİ beynəlxalq təşkilatları Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırdı

09.02.2025 | 00:28
Üç Cənubi Qafqaz ölkəsinin Rusiyaya qarşı İTTİFAQ qurması uzaqda deyil - "Çörəyi sahibini tanımayan itin qabağına atanda sonu belə olar"...

08.02.2025 | 22:30
Orxan Cəfərovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal!

08.02.2025 | 21:56
ABŞ rus iş adamlarının pullarının “ovuna” çıxan qrupun fəaliyyətini dayandırır...

08.02.2025 | 21:11
USAID-in maliyyələşdirdiyi nəhəng media qurumları da çökür – BBC həyəcan təbili çalır...

08.02.2025 | 19:28
Rusiya təyyarə qəzası ilə bağlı Azərbaycanın tələblərindən yayınır - işi bir il gecikdirmək planı... - VİDEO

08.02.2025 | 19:15
Rəhimli bələdiyyəsinə seçkilərin protokollarının surətinin saxtalaşdırıldığı ortaya çıxdı - "İşin başında Uzunboyad bələdiyyəsinin sədri dayanır"

08.02.2025 | 17:15
Rusiyada hazırkı antiazərbaycan aqressiyanın 2 səbəbi var...

08.02.2025 | 16:59
Ukrayna müharibəsilə bağlı sülh masası qurulur – Tramp ilk olaraq Zelenski ilə görüşəcək...

08.02.2025 | 15:54
Azərbaycan diasporu ilə bağlı gecikmiş tələb - Rusiyada çoxdan ləğv edilib...

08.02.2025 | 15:00
Sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq edən şəxs saxlandı

08.02.2025 | 14:44
Kirayəşin yaşadığı evi soydu - 3000 manatlıq oğurluq...

08.02.2025 | 14:28
"Xarici agentliklər və xaricdən maliyyələşən QHT-lər ölkədə dörd dəfə inqilab etmək istəyiblər" - Kobaxidze

08.02.2025 | 14:12
Xankəndi polisi orta məktəbdə maarifləndirici tədbir keçirdi - FOTO

08.02.2025 | 13:50
Azərbaycanın hərbi dənizçiləri "AMAN-25" çoxmillətli təlimində iştirak edir - FOTO

08.02.2025 | 13:36
Polis Oğuzda əməliyyat keçirdi - 3 nəfər saxlandı, 8 kq narkotik aşkarladı

08.02.2025 | 13:22
Sabah Bakıda qar yağacaq

08.02.2025 | 12:46
Rusiya ilə 2022- ci il Müttəfiqlik sənədinə yenidən baxıla bilər...

08.02.2025 | 11:22
Çağatay Ulusoy bu serialda "mafiya başçısı" olacaq

08.02.2025 | 11:16
"Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub" - MN açıqlama yaydı

08.02.2025 | 10:30
“Kənddən şəhərə” həftəsonu yarmarkası açılıb

08.02.2025 | 10:00
Dünən cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

08.02.2025 | 09:26
Xoruz banlayan orta məktəb görübsüz?... Sabirabadda deyirlər var...

08.02.2025 | 08:42
Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

07.02.2025 | 23:45
Rusiya deputatı Putinlə İlham Rəhimovun dostluğunu da heçə saydı... - VİDEO

07.02.2025 | 22:15
Paşinyanı Ceyms Devid Venslə görüşünə görə peşiman etdilər... - VİDEO

07.02.2025 | 21:35
Azərbaycan-Ermənistan sərhədində itkin düşmüş şəxslərlə bağlı görüş keçirildi...

07.02.2025 | 21:28
“Gürcü Arzusu”nun tərəfdarları bölündü" - radikal müxalifət sıradan çıxarılır...

07.02.2025 | 21:19
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - FOTO

07.02.2025 | 21:15
“Zəngəzur dəhlizi ilə bağlı heç kimlə sövdələşməyə getmərik” - səfir aqressivləşdi...

07.02.2025 | 21:01
Paşinyanın "soyqırım" siyasətindən geri çəkilməsi Zaxarovanı təəccübləndirdi...

07.02.2025 | 20:47
Zəngəzur dəhlizi, ya Araz dəhlizi... İranın qorxusu...

07.02.2025 | 20:34
İnternetdə "əcəl oyunları" uşaqlar üçün çox təhlükəli olmağa başlayır - ilk fakt...

07.02.2025 | 20:20
"ABŞ Azərbaycandan yana olacaq" - bu bir soyuq geosiyasi hesablamadır...

07.02.2025 | 20:07
Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini zədələyir - faktlar...

07.02.2025 | 20:03
Prezident və Birinci xanım “Gənclik” metrosu yaxınlığında yeni parkın açılışında iştirak ediblər - FOTO

07.02.2025 | 19:53
Yerli uşaq bezi istehsalı bərbad gündədir - idxal bez isə bir uşaq üçün ayda 50 manata başa gəlir...

07.02.2025 | 19:40
Təyyarəmizi vurandan 8 dəqiqə sonra "Kovyor" məlumatını yaydılar - Rusiyada plan nə imiş?..

07.02.2025 | 19:33
6200 jurnalistin neçəsi USAID-in sifarişi ilə Azərbaycana qarşı yazılar yazıb?..

07.02.2025 | 19:26
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi

07.02.2025 | 19:19
“Rus Evi” ilə bağlı qərar Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? - Narahatlıq var...

07.02.2025 | 19:12
XİN-də kollegiya iclası keçirildi, 2025-ci il üzrə əsas prioritetlər müzakirə olundu

07.02.2025 | 19:04
İran açıq etiraf etdi – “Zəngəzur dəhlizini istəməyən biz və Ermənistandır...”

07.02.2025 | 18:50
“Azərbaycan Rusiya ilə əlaqələri ictimai şəkildə gərginləşdirməyə bəhanə axtarır" - Zatulin...

07.02.2025 | 18:41
Nazir Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.02.2025 | 18:36
USAİD 10 min terrorçuya yemək alıb, yüzlərlə insanın cinsini dəyişdirib...

07.02.2025 | 18:23
Paşinyan eyni vaxtda ABŞ və İranla strateji tərəfdaşlıq sazişi imzalayır...

07.02.2025 | 18:18
"Rus evi"nə cavab - "İlham Rəhimovun əmlakını müsadirə edin..."

07.02.2025 | 18:13
“Rus Evi”nə cavab - “Azərbaycanlılar həbs edilsin” - VİDEO

07.02.2025 | 18:09
“İlkin hesabat qəzanın səbəblərini tam ifadə etmir” - təyyarəmizlə bağlı Rusiyadan kədərli reaksiya...

07.02.2025 | 17:55
Kollec diplomları getdikcə mənasız kağız parçasına çevrilir...

07.02.2025 | 17:43
Primakov “Rus Evi” gərginliyinin səbəbini Azərbaycanda görür…

07.02.2025 | 17:36
XII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum oldu

07.02.2025 | 17:31
Arıqladır, həm də öldürür - qəbul etdiyimiz "sibutramin" nədir...

07.02.2025 | 17:18
Azərbaycanda plüralizm praktikası - yad cərəyanlar ölkəyə sıza bilmədi...

07.02.2025 | 17:11
Veteran jurnalist Firidun Ağazadənin 75 illik yubileyi qeyd edilib

07.02.2025 | 17:06
Fələstinlilərin Qəzzadan sürgün edilməsilə bağlı hazırlıqlar başladı - Netanyahu Trampın planını əvvəlcədən bilirmiş...

07.02.2025 | 16:55
Bakıda 11 elektromobili soyan şəxs yaxalandı

07.02.2025 | 16:43
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE

07.02.2025 | 16:37
ABŞ Ukraynanın nüvə silahı istəyinə çox net cavab verdi – bu olmayacaq...

07.02.2025 | 16:26
Uğurla başlayan yeni dövr uğurla davam edir

07.02.2025 | 16:21
Zelenskidən Baltikyanı ölkələrə xəbərdarlıq - Putin Belarusu da müharibəyə sürükləyir...

07.02.2025 | 16:05
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqladı – ancaq bir problem var...

07.02.2025 | 16:01
ATMU Qarabağ Universiteti ilə əməkdaşlıq edəcək

07.02.2025 | 15:56
Samir Nuriyev yeni maliyyə nazirini kollektivə təqdim etdi - FOTO

07.02.2025 | 15:51
Samir Şərifova yeni vəzifələr verildi - FƏRMAN

07.02.2025 | 15:44
İran Ermənistanı problemlərdən çıxış yolu olaraq görür - “The Jerusalem Post” nəşri...

07.02.2025 | 15:40
Tramp administrasiyası Paşinyan və arvadının təklifini rədd etdi...

07.02.2025 | 15:39
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi - SƏRƏNCAM

07.02.2025 | 15:36
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edildi

07.02.2025 | 15:25
Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR...

XƏBƏR ARXİVİ

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728