Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi
İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertiza təyin edib. Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.
"Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks məhkəmə-tibbi ekspertizası təyin edilib.
İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur", - deyə Rusiya İstintaq Komitəsi bildirib.