Afaq Məsuda Prezidentin fərdi təqaüdü veriləcək
Prezident İlham Əliyev Afaq Məsuda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.