KÖHNƏ VERSİYA            

ABŞ-la strateji saziş Ermənistanı məhv edir...

Image

ABŞ-la imzalanan strateji tərəfdaşlıq xartiyası Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda, rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı İrəvanın  mövqeyinə ciddi təsir göstərəcək. 

Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. 

ABŞ dövlət katibi Entoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. Proseslər ölkəmizdə də diqqətlə izlənilir. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə “Turan”a bildirib ki, Ermənistanla ABŞ arasında bu xartiyanın imzalanması bir az gülünc görünür: “ABŞ-ın hazırkı administrasiyası Ağ Evi artıq tərk edir və onların gələcəkdə Amerikanın siyasətini həyata keçirmək imkanı olmayacaq. Ermənistanla bu sazişi imzalamaqla bu administrasiya erməni diasporuna son borcunu ödəyir”. Deputat ümid edir ki, gələcəkdə ABŞ siyasəti məhz bu ölkənin milli maraqlarına uyğun həyata keçiriləcək: “Azərbaycan da ABŞ-ın gələcək administrasiyası ilə normal, qarşılıqlı maraqlar üzərində siyasətini formalaşdıra bilər. Blinkenin Mirzoyanla imzaladığı xartiyanı isə Amerikanın imicinə zərbə gətirən sənəd kimi xarakterizə etmək olar”. Sənədin mətninə baxdıqda görmək olar ki, müdafiə və təhlükəsizlik sahəsindəki ikitərəfli əməkdaşlığa xüsusi bölmə həsr edilib. Entoni Blinken də çıxışı zamanı Ermənistanın sərhəd keçid və gömrük buraxılış məntəqələrinin təhlükəsizliyi ilə bağlı məsələləri gündəmə gətirdi. Burada xatırladaq  ki, yanvarın 1-dək Ermənistanın bütün sərhəd keçid məntəqələri Rusiyanın nəzarətində idi. Həmin tarixdə isə İran-Ermənistan sərhəd keçid məntəqələrindən Rusiya sərhədçiləri çıxarılıb. Beləliklə, bu iş Ermənistan Milli Təhlükəsizlik xidmətinə həvalə edilib. Ancaq ABŞ-Ermənistan razılaşması onu deməyə əsas verir ki, bundan sonra böyük ehtimalla sərhəd keçid məntəqəsində proseslər ABŞ-nin xüsusi nümayəndələrinin birbaşa və ya dolayı yolla iştirakı ilə tənzimlənəcək. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin  qeyd edir ki, İrəvanın digər ölkələrlə müxtəlif əməkdaşlıq sənədlərinin imzalanması Ermənistan və erməni xalqı üçün mürəkkəb nəticələrə səbəb ola bilər: “Qorxuram ki, erməni nümayəndələrinin hər kəslə və hər şeydə əməkdaşlığa dair müxtəlif növ sənədlər imzalamaqda sürətli fəaliyyəti bu ölkə və onun xalqı üçün gözlənilməz və mürəkkəb nəticələr verə bilər”. Karasinin sözlərinə görə, bu sənədlərin hansı ciddiliklə hazırlanması və Ermənistanın artıq digər tərəfdaşlar və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğunluğu suallar yaradır: “Bu, ən azı, Aİİ və KTMT-yə aiddir. Tarix göstərir ki, siyasətdə ehtiras çox vaxt gözlənilməz nəticələr verir”.

Hesab olunur  ki, məsələnin Ermənistan və Rusiyanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığına təsirsiz ötüşməsi mümkün deyil. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu fonda qeyd edir: “Bu, bir qədər qəribə sənəddir. Adətən hər hansı administrasiya öz səlahiyyət müddətinin sonuna bir həftə qalmış mühüm siyasi sənədlərin qəbulundan çəkinir. Onun sözlərinə görə, bu sənədin qəbulu ermənilər üçün problem yarada bilər. Bununla bağlı “axar.az” portalına açıqlamasında ekspert bildirir: “Görünən odur ki, demokratlar administrasiyası erməni lobbisinin təsiri altında bu sənədi qəbul edib. Daha dəqiq desək, Bayden administrasiyasına bu sənədin qəbul edilməsi üçün təzyiq göstərilib. Bu da erməni lobbisinin Tramp administrasiyasının belə bir sənədə razılıq verməyəcəyindən narahat olduğunu göstərir. Bunun erməni tərəfi üçün problemlər yaradacağı ehtimal olunur, çünki belə bir addımın atılması Tramp administrasiyası tərəfindən xoş qarşılanmaya bilər. Üstəlik, sənədin real icra mexanizmləri və göstəriciləri sual altındadır”. Politoloq ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcəyi ilə bağlı məsələyə də münasibət bildirib: “ABŞ müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq edib. Xüsusilə Xəzəryanı ölkələrlə sərhədlərin müasir avadanlıqlarla təmin edilməsi layihələrində Azərbaycanla uzunmüddətli əməkdaşlıq mövcuddur. Uzun illər Ermənistan belə əməkdaşlıqdan məhrum olub. Bunun səbəbi Ermənistanın KTMT-yə üzv olması və Rusiyanın hərbi müttəfiqi sayılmasıdır. Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik və müştərək hərbi birləşmələr barədə sənədlər mövcuddur. Bundan əlavə, onların hava müdafiəsi sistemi də Moskvadan idarə olunur. İndi isə Bayden administrasiyası Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq qurmaq niyyətindədir. Ancaq bu əməkdaşlığın reallaşması çətin görünür. Çünki Ermənistanın təhlükəsizlik və hərbi infrastrukturu Rusiya ilə sıx bağlıdır”. Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan və ABŞ arasında buna bənzər əməkdaşlıq illər öncədən mövcuddur: “ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində uzun müddətdir davam edən əməkdaşlıq mövcuddur. Hər il iki ölkə arasında təhlükəsizlik dialoqu keçirilir və sərhəd təhlükəsizliyi sahəsində birgə layihələr icra olunur. Azərbaycan bu sahədə ABŞ-dan maliyyə dəstəyi alıb. Erməni tərəfi həmişə bu əməkdaşlığa qarşı çıxıb və onu tənqid edib. Bayden administrasiyası dövründə bu əməkdaşlığa əvvəlki kimi önəm verilməsə də, Tramp administrasiyası və onun siyasəti ABŞ-ın milli maraqlarına uyğun olaraq bu əlaqələri bərpa edə bilər. Çünki ABŞ-ın milli maraqları Mərkəzi Asiya ilə geniş siyasi əlaqələri ehtiva edir və bu əlaqələrin icrası Azərbaycansız mümkün deyil”.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 23:15
Türkiyə hərbçiləri Azərbaycan hərbçilərini sərhəddə belə qarşıladı - “Bir ürək, bir bilək, bir yumruq”...

16.01.2025 | 22:51
Gülzar İbrahimovanın Binəqədidəki 102 saylı məktəbin şagirdləri ilə görüşü keçirildi - FOTO

16.01.2025 | 22:19
Azərbaycan yox, Ermənistan narahat olmalıdır - niyə?

16.01.2025 | 21:14
Lavrov Əsədin çökməsində Rusiyanın məsuliyyətini danmaq istədi, lakin...

16.01.2025 | 20:59
Rusiya hələ də təyyarə cinayətini ört-basdır edir...

16.01.2025 | 20:43
Amerika İrəvanın Zəngəzur dəhlizinə aid mövqeyini rəsmən dəstəklədi...

16.01.2025 | 20:27
Putin Pezeşkianla İrəvan-Vaşinqton sazişini müzakirə edəcək...

16.01.2025 | 20:12
Rus biznesmenlər Ermənistanı tərk edir - erməni sahibkarların üsyanı başladı...

16.01.2025 | 19:58
ABŞ təcavüzkar Ermənistana “hərbi atomun” qapılarını açdı

16.01.2025 | 19:44
SOCAR-ın baş rəhbərliyi 6 ayda 850 min manat qazanıb - qəribə nədir?

16.01.2025 | 19:31
Paşinyan baş əməliyyatçı generalı Azərbaycanla iş üzrə Komissiyaya daxil etdi...

16.01.2025 | 19:30
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş videoçarxlar hazırlandı

16.01.2025 | 19:16
ABŞ-la strateji saziş Ermənistanı məhv edir...

16.01.2025 | 19:02
Qayıdış - Hələlik Şərqi Zəngəzura və Qarabağa, Qərbi Azərbaycan qabaqdadır...

16.01.2025 | 18:47
Bakalavr ləğv edilir - yeni ikipilləli ali təhsil nə qədər perspektivlidir?..

16.01.2025 | 18:33
Məktəbdə şagirdlərə mobil telefon qadağan edildi...

16.01.2025 | 18:19
Rusiya və KTMT İrəvan-Vaşinqton sazişinə niyə belə qorxaq reaksiya verdi...

16.01.2025 | 18:18
"USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu" - XİN rəhbəri

16.01.2025 | 18:08
"Son zamanlar ölkəmizin daxili işlərinə müdaxilədə bir sıra cəhdlər gördük" - Gürcüstan XİN rəhbəri

16.01.2025 | 18:05
Deputat Rəşad Mahmudov ölkədə tibb təhsilinin səviyyəsi barədə düzmü deyir...

16.01.2025 | 18:02
Azərbaycan və Ermənistan Gürcüstandan İranadək sərhədin delimitasiyası barədə razılığa gəldi - RƏSMİ

16.01.2025 | 17:52
Paşinyan konstitusiya dəyişikliyi siyasətini dəyişdi - maraqlı səbəblər var...

16.01.2025 | 17:46
“20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir” - Vüqar Rəhimzadə

16.01.2025 | 17:44
Zaxarova Rusiya səfirinin Ermənistan XİN-ə çağırılmasına çox yumşaq reaksiya verdi...

16.01.2025 | 17:38
Dövlət qulluqçusu olmayan bir dövlət işçisinə minimum 400, digərinə 1150 manat maaş?..

16.01.2025 | 17:33
"Ermənistanın genişmiqyaslı silahlanması bizdə ciddi narahatlıq doğurur" - Azərbaycan XİN

16.01.2025 | 17:25
Azərbaycan idmançıları Makronun saxta medallarını üzünə vurmağa hazırlaşır...

16.01.2025 | 17:12
ABŞ-Ermənistan sazişi İrana da təhlükədir - molla rejimi hələ susur...

16.01.2025 | 17:00
Polşadan Rusiyaya şok ittiham - bütün dünyada aviaşirkətlərə hücum planlaşdırırlar...

16.01.2025 | 16:47
Göytürklərin (VI-VIII əsrlər) inancları - Yunus OĞUZ yazır

16.01.2025 | 16:30
Zelenski Rusiya ilə danışıqlar masasına oturmaq üçün təhlükəsizlik zəmanəti istədi...

16.01.2025 | 16:27
Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri ilə görüşdü...

16.01.2025 | 15:50
“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16.01.2025 | 15:23
Ukraynada 6 minlik briqada döyüş bölgəsinə çatmadan dağıldı - fərarilik...

16.01.2025 | 14:50
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini həbs edildi

16.01.2025 | 14:29
Qazaxıstan rəsmiləri AZAL təyyarəsinin qəza səbəbləri ilə bağlı versiyaları şərh etməkdən imtina etdi

16.01.2025 | 14:23
Qroznıda fırlanan təyyarəmizə raketlə vurulduqları niyə öncədən deyilməyib?- açıqlanmış qara qutu məlumatlarında hələ "qara məqamlar" var...

16.01.2025 | 14:20
Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş keçirilib

16.01.2025 | 14:17
16 ədədi məhəbbət rəmzidir - İlin 16-cı gününə sözardı

16.01.2025 | 14:15
Yevlaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olundu

16.01.2025 | 13:55
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

16.01.2025 | 13:41
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

16.01.2025 | 13:36
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək...

16.01.2025 | 13:32
Azərbaycan Qəzzada atəşkəs razılaşmasını alqışladı...

16.01.2025 | 13:26
“Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edildi - FƏRMAN

16.01.2025 | 13:23
Afaq Məsuda Prezidentin fərdi təqaüdü veriləcək

16.01.2025 | 13:18
Paytaxtda restoranda soyğunçuluq edən şəxs yaxalandı - FOTO

16.01.2025 | 13:15
TDT-yə üzv ölkələrin gömrük xidməti rəhbərlərinin 10-cu iclasının protokolu imzalandı

16.01.2025 | 13:10
Россия и Иран - создаётся опасная коалиция - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.01.2025 | 12:56
Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclasında iştirak edib - FOTO

16.01.2025 | 12:00
Prezident İlham Əliyev Cenni Consonu qəbul edib

16.01.2025 | 11:21
Məhkəmə keçmiş icra başçısının oğlunun öldürən şəxsin müraciətini rədd etdi

16.01.2025 | 11:17
İsrail Qəzzanı bombaladı, 9 fələstinli öldü...

16.01.2025 | 11:05
COP29-da qəbul edilmiş qərarlar tam şəkildə yerinə yetirilməlidir - Qutteresdən qəti mövqe

16.01.2025 | 11:03
İranın başının üstünü təhlükə aldı - CANLI

16.01.2025 | 11:00
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16.01.2025 | 10:45
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi - FOTO

16.01.2025 | 10:31
Fransa millisinin üzvü "Yuventus"a keçib

16.01.2025 | 10:20
Ötən gün 60 cinayətin üstü açılıb

16.01.2025 | 10:20
Adil Kərimli Kayrat Sarıbayla görüşüb

16.01.2025 | 10:10
Biləsuvarda “Mercedes" piyadanı vuraraq öldürüb

16.01.2025 | 10:05
Şəmkirdə ev yanıb

16.01.2025 | 10:00
"Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir" - İcmadan SƏRT BƏYANAT

16.01.2025 | 10:00
Bu 3 qəsəbədə qaz olmayacaq- XƏBƏRDARLIQ

16.01.2025 | 09:45
Kir Starmer gözlənilmədən Kiyevə gəldi - "100 illik tərəfdaşlıq" imzalanacaq

16.01.2025 | 09:30
Türkiyədən Suriyaya uçuşlar başlayır - həftədə üç reys

16.01.2025 | 09:26
Tikinti üzrə peşə təhsilində tələbə sayı narahatlıq yaradır…

16.01.2025 | 09:20
Co Bayden dövrü bitdi - xalqa vida müraciəti edib

16.01.2025 | 09:10
"Bu razılaşmanı alqışlayırıq" - Ərdoğandan AÇIQLAMA

16.01.2025 | 09:10
Daha 32 ailə Cəbrayıl şəhərinə köçürüldü

16.01.2025 | 09:05
Tiktok bazar günü bu ölkədə tamamilə QADAĞAN edilir...

16.01.2025 | 09:00
Zelenski Trampla görüşə hazırlaşır - “Əlbəttə, inoqurasiyadan sonra"

16.01.2025 | 08:40
Plastik cərrahların efirlərə çıxışı qadağan olundu - reaksiyalar…

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031