KÖHNƏ VERSİYA            

“Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edildi - FƏRMAN

Image

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, müəyyən edilib ki, bu Fərmanla təsdiq edilən Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

Konsepsiyada nəzərdə tutulmuş Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;

ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin (büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilən layihələr istisna olmaqla) maliyyələşdirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla) əsasında təmin edilir.

Nazirlər Kabineti dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etməli;

dövlət orqanları (qurumları) tərəfindən (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən formalaşdırılan dövlət müəssisələri istisna olmaqla) bu Fərmanda nəzərdə tutulmuş illik planın icrasına nəzarəti həyata keçirməli;

rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarlarını beş ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını, o cümlədən meyarlarını beş ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmana uyğun olaraq əldə etdiyi rüblük statistik məlumatların, fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər nəzərə alınmaqla, hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməli;

Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulan hallarda data əsaslı qərarların qəbul edilməsi və süni intellekt həllərinin tətbiqi istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tədbirlər görməli;

Konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən rəqəmsallaşdırmanın əlaqələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.

Dövlət orqanlarına (qurumlarına) tapşırılıb, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, Konsepsiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat təqdim etsinlər;

elektron xidmətlərdən istifadə ilə bağlı rüblük statistik məlumatların hər rübdən sonrakı ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər;

ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin icrasına dair illik planın hazırlanmasını, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəyi alınmaqla təsdiq olunmasını və yenilənməsini təmin etsinlər;

informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə son istifadəçi kompüterlərini Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulmuş, mərkəzləşdirilmiş antivirus mühafizə vasitəsi ilə, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan lisenziyalı əməliyyat sistemləri və ofis proqramları ilə təmin etsinlər.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 15:23
Ukraynada 6 minlik briqada döyüş bölgəsinə çatmadan dağıldı - fərarilik...

16.01.2025 | 14:50
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini həbs edildi

16.01.2025 | 14:29
Qazaxıstan rəsmiləri AZAL təyyarəsinin qəza səbəbləri ilə bağlı versiyaları şərh etməkdən imtina etdi

16.01.2025 | 14:23
Qroznıda fırlanan təyyarəmizə raketlə vurulduqları niyə öncədən deyilməyib?- açıqlanmış qara qutu məlumatlarında hələ "qara məqamlar" var...

16.01.2025 | 14:20
Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş keçirilib

16.01.2025 | 14:17
16 ədədi məhəbbət rəmzidir - İlin 16-cı gününə sözardı

16.01.2025 | 14:15
Yevlaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olundu

16.01.2025 | 13:55
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

16.01.2025 | 13:41
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

16.01.2025 | 13:36
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək...

16.01.2025 | 13:32
Azərbaycan Qəzzada atəşkəs razılaşmasını alqışladı...

16.01.2025 | 13:26
“Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edildi - FƏRMAN

16.01.2025 | 13:23
Afaq Məsuda Prezidentin fərdi təqaüdü veriləcək

16.01.2025 | 13:18
Paytaxtda restoranda soyğunçuluq edən şəxs yaxalandı - FOTO

16.01.2025 | 13:15
TDT-yə üzv ölkələrin gömrük xidməti rəhbərlərinin 10-cu iclasının protokolu imzalandı

16.01.2025 | 13:10
Россия и Иран - создаётся опасная коалиция - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.01.2025 | 12:56
Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclasında iştirak edib - FOTO

16.01.2025 | 12:00
Prezident İlham Əliyev Cenni Consonu qəbul edib

16.01.2025 | 11:21
Məhkəmə keçmiş icra başçısının oğlunun öldürən şəxsin müraciətini rədd etdi

16.01.2025 | 11:17
İsrail Qəzzanı bombaladı, 9 fələstinli öldü...

16.01.2025 | 11:05
COP29-da qəbul edilmiş qərarlar tam şəkildə yerinə yetirilməlidir - Qutteresdən qəti mövqe

16.01.2025 | 11:03
İranın başının üstünü təhlükə aldı - CANLI

16.01.2025 | 11:00
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16.01.2025 | 10:45
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi - FOTO

16.01.2025 | 10:31
Fransa millisinin üzvü "Yuventus"a keçib

16.01.2025 | 10:20
Ötən gün 60 cinayətin üstü açılıb

16.01.2025 | 10:20
Adil Kərimli Kayrat Sarıbayla görüşüb

16.01.2025 | 10:10
Biləsuvarda “Mercedes" piyadanı vuraraq öldürüb

16.01.2025 | 10:05
Şəmkirdə ev yanıb

16.01.2025 | 10:00
"Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir" - İcmadan SƏRT BƏYANAT

16.01.2025 | 10:00
Bu 3 qəsəbədə qaz olmayacaq- XƏBƏRDARLIQ

16.01.2025 | 09:45
Kir Starmer gözlənilmədən Kiyevə gəldi - "100 illik tərəfdaşlıq" imzalanacaq

16.01.2025 | 09:30
Türkiyədən Suriyaya uçuşlar başlayır - həftədə üç reys

16.01.2025 | 09:26
Tikinti üzrə peşə təhsilində tələbə sayı narahatlıq yaradır…

16.01.2025 | 09:20
Co Bayden dövrü bitdi - xalqa vida müraciəti edib

16.01.2025 | 09:10
"Bu razılaşmanı alqışlayırıq" - Ərdoğandan AÇIQLAMA

16.01.2025 | 09:10
Daha 32 ailə Cəbrayıl şəhərinə köçürüldü

16.01.2025 | 09:05
Tiktok bazar günü bu ölkədə tamamilə QADAĞAN edilir...

16.01.2025 | 09:00
Zelenski Trampla görüşə hazırlaşır - “Əlbəttə, inoqurasiyadan sonra"

16.01.2025 | 08:40
Plastik cərrahların efirlərə çıxışı qadağan olundu - reaksiyalar…

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031