KÖHNƏ VERSİYA            

Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

Image

Qasım Hacıyev: "Orda yazılmışdı ki, "Qaraköpəktəpə abidəsindən "Ofelya Danelyanın aşkar etdiyi tunc əşyalar", başdan-başa saxtakarlıq idi"

Ermənilərin Ermitaj muzeyi (Sankt-Peterburqdakı Rusiya Dövlət İncəsənət və Mədəniyyət-Tarix Muzeyi) ilə diqqət çəkən əlaqələrinin olduğu gizlin deyil. İllərdir ki, bu muzey saxta erməni irsinin təbliği ilə məşğul olur. Qafqaz mədəniyyətinin, arxeogiyasının çox nadir incilərinin əksər hallarda ermənilərin adları ilə təqdim edilməsi halları bu muzeyə də xasdır. 

Bəzi tamaşaçılar deyirlər ki, Sankt Peterburqdakı Ermitaj muzeyinin məşhur Şərq zalında bəzi Azərbaycan nümunələri "erməni" adı ilə təqdim olunur. Hətta eneolit dövrünə aid olan Qaraköpəktəpə yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan bəzi eksponatlar hansısa bir erməni arxeoloqun "tapıntısı" kimi qeyd olunur. Halbuki, 1964-cü ildə arxeoloq Qüdrət İsmayılzadənin rəhbərliyi altında abidə ətrafında elmi tədqiqatlar başlayıb, geniş işlər görülüb, 80-ci ilə qədər davam edib. Ümumiyyətlə, ermənilər Ermitajda istədiklərini edirlər.

"Burda məqsəd o əşyaları imkan daxilində ermənilərin adı ilə göstərməkdir" 

Məsələ ilə bağlı vaxtilə Ermitaj muzeyini ziyarət etmiş, burdakı eksponatlarla yaxından tanış olan AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyevlə əlaqə saxladıq. Qasım Hacıyev “Bakı-Xəbər"ə şərhində bildirdi ki, ziyarətçilər Ermitajda da, dünyanın bəzi ölkələrindəki muzeylərdə də ermənilərin saxta təbliğatını görürlər.

"Azərbaycan arxeologiyası Cənubi Qafqazda Gürcüstan və Ermənistandan sonra fəaliyyətə başlayıb və müəyyən bir dövrdə sürətlə irəli gedib. Xüsusilə də keçən əsrin 60-70-ci illərində. Bu dövrdə ən çox da Qarabağdan başlanan arxeoloji tədqiqatlar sonradan Azərbaycanın digər yerlərində də davam etdirilib, o yerlərdə də çox güclü  maraqlı tədqiqatlar aparılıb, ortaya çox uğurlu nəticələr çıxarılıb. Əvvəllər bu ekspedisiyalara rus arxeoloqları başçılıq edirdi, sonra Azərbaycan arxeoloqları yetişdi. Böyük Azərbaycan arxeoloqlar ordusu ölkəmizi tədqiq etdi. O cümlədən də sizin qeyd etdiyiniz Qaraköpəktəpə abidəsi çox qiymətli abidələrdəndir. Qaraköpəktəpə abidəsi Füzuli rayonu ərazisində mövcud olmuş ən qədim yaşayış məskənlərindən biri olan tarixi arxeoloji abidələrimizdəndir. Bu abidədə keçən əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq mərhum professorumuz Qüdrət İsmayılzadə tədqiqat işlərinə başlamış və böyük stasionar ekspedisiya düzəldərək orda tədqiqatları davam etdirmişdi. Bu tədqiqatlar zamanı şəhər yaşayış tipində bir məskən aşkar edilmiş və orda  şəhər yaşayışına uyğun olan atefaktlar aşkar olunmuşdu.  Azərbaycanın bir çox muzeylərində bu atefaktlar nümayiş etdirilir. İnsanlarımız onları görür və tarixi ilə maraqlanır, öyrənir.

Amma təəssüflər olsun ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində olduğu kimi, bəzi vaxtı "mərkəzə getmə" adı ilə Azərbaycan arxeoloji materialları Moskvaya və indiki Sankt-Peterburqa  aparılırdı. Keçmiş Leninqraddakı Ermitaj muzeyi dünyanın ən böyük muzeylərindən biridir. Bizim arxeoloji materiallarımız Ermitajda nümayiş olunurdu. Amma bu barədə mənim öz şəxsi təəssüratım var ki, onu açıq demək istəyirəm. Keçən əsrin 80-ci illərinin ortalarında, konkret desək, 1986-cı ildə mən ovaxtkı Leninqrada, indiki Sankt-Peterburqa getmişdim. Məni ora Tarix İnstitutunun arxeologiya və etnoqrafiya sektorunun rəhbəri rəhmətlik Arif Abbasov göndərmişdi. Arif Abbasovun göstərişi, məsləhəti və köməkliyi ilə Leninqradda olarkən Ermitaja da getdim və xahiş etdim ki, məni muzeyin Şərq zalına aparsınlar. Şərq zalında Orta Asiyanın Daşkənd, Paykənd, Buxara, Aşqabad materiallarına baxdım, burda orta əsrlər dövrünə aid materiallar vardı. Orda fonda baxdım, materiallarla tanış oldum. Çox şeylə maraqlandım. O materiallar təkcə fondlarda saxlanmırdı, həm də nümayiş etdirilirdi. Yəni o dövrdə SSRİ xalqlarının nümayəndələri o muzeylərə gələndə o materiallara baxsınlar, hər bir xalq özünün tarixinin müxtəlif anlarını görüb təsəvvür etsin. O cümlədən bilirsiz ki, qədim tunc, eneolit, dəmir dövrün əvvəllərinə aid nümunələr günümüzə qədər gəlib çıxıb. Bu nümunələr harda tapılarsa çox qiymətli sayılır.

O cümlədən, mən Ermitajda eneolit dövrünə aid olan Qaraköpəktəpə abidəsindən aşkar edilmiş materialları da rəfdə gördüm. Bununla çox maraqlandım. Gördüm ki, materialın yerləşdiyi rəfin üzərinə böyük hərflərlə Qaraköpəktəpə yazılıb, amma orda Azərbaycan sözü yoxdur. Deməli, sıra ilə Cənubi Qafqaz respublikalarının eksponatları nümayiş etdirilir, sıranın axırına yaxın da Qaraköpəktəpə abidəsinin adı qeyd edilib. Sevincək yaxınlaşıb gördüm ki, orda tunc əşyalar, bəzək nümunələri, xırda məişət əşyaları nümayiş etdirilir. Amma  ordakı yazını oxuyanda şok oldum. Gördüm ki, Qüdrət İsmayılzadənin tapıntısı, zəhməti, əməyi saxtakarlıqla erməni arxeolqun adına təqdim edilirdi. Orda yazılmışdı ki, "Qaraköpəktəpə abidəsindən Ofelya Danelyanın aşkar etdiyi tunc əşyalar", başdan-başa saxtakarlıq idi. Təsəvvür edin ki, mən onda necə oldum. Bu necə obyektivlik, bu necə ədalətlilikdir? Bu o dövrün bərabərhüquqlu respublikalar səviyyəsinə uyğun gəlmirdi. Qaraköpəktəpə abidəsinin tədqiqatçısı Qüdrət İsmayılzadə idi. O vaxt elmlər namizədi idi, sonra elmlər doktoru, professor oldu. Amma mən gördüyüm dövrdə Ofelya Danelyan laborant idi, sonra da kiçik elmi işçi səviyyəsinə qədər gəldi. Burda məqsəd o əşyaları imkan daxilində ermənilərin adı ilə göstərməkdi.

Belə epizodlar çoxdur. Əvəllər abidələrin yanında imkan düşən kimi erməni fotoqrafları peyda olurdu. Qəribədir, o dövrdə elmi-tədqiqat institutlarında erməni fotoqrafları vardı və onlar belə məsələlərdə çox canfəşanlıq edirdilər. Saqqallı erməni fotoqrafları abidənin şəklini qoyub aşağısına öz adını yazırdı. Yəni filan fotoqraf bu şəkli çəkib. Bunlar hamısı təbliğat idi.

Moskvanın yeritdiyi ayrıseçkilik siyasəti idi. Bu həm həyatımızda, həm tariximizdə, həm də arxeolgiyamızda özünü göstərirdi.

Mən o vaxt bilirdim ki, Ermitajın direktoru Boris Borisoviç Piotrovskinin arvadı Repsima Mixailovna Canpoladyan olduğuna görə onun və ətraflarında olan erməni tədqiqatçılarının təşəbbüsü ilə o təbliğatı da o cür aparırdılar. Hətta o vaxt mən təəccüblə soruşdum ki, bu niyə belə olur? Onda bir nəfər şərqşünas dedi ki, Ermitajın Şərq zalı dediyiniz zal ən çox bizim böyüyümüzün (Boris Borisoviç Piotrovskinin nəzərdə tuturdu-Q.H) qohumlarının "zalıdır", siz ordan özünüzə aid çox şey tapa bilməzsiniz. Doğrudan da Ermitajda Ermənistana, saxtalaşdırılmış Urartu, Van çarlığına, onların tarixinə aid əşyalar nümayiş etdirilirdi. Yəni bunu onlar erməni dövləti kimi qələmə vermək üçün nümayiş etdirirdilər. Amma sözsüz ki, Azərbaycana gələndə ayrıseçkilik siyasəti davam edirdi. Bu məsələlər uzun müddət bizi narahat edirdi, amma indi bu həqiqətlər hamısı üzə çıxır, yazılır, deyilir, həqiqət öz yerini tutur" - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

14.01.2025 | 18:26
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edilib

14.01.2025 | 18:18
Orduda radikal dinçilik meyllərinin yayılmasına qarşı daha bir tədbir görüldü...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031