“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...
Dünyəvi və Dini-Sakral İntibah Mədəniyyətinin təşəkkül tapdığı və Üç qovşağında yerləşən Naxçıvan diyarına qarşı XVII-XVIII əsrlərdən başlayaraq (əvvəlki dövrlərdə gizli- pərdəarxası xəyanətlər, təcavüzlər nəzərə alınmaqla) geniş miqyasda açılan fars-rus siyasi-hərbi qüvvələri cəbhəsinə dinsiz hay kilsəsi də qoşulmaqla (daha əvvəlki əsrlərdə təxribatçı əməlləri gözardı edilərsə), ibtidai insan-hay sürüsünün həm də “milli-mənəvi dəyərlərinin/xislətinin” ifadəçisi kimi çıxış etmişlər.
Tarixən Türk-Müsəlman etnomilli İttifaq Birliyinin Bütöv Azərbaycan hüdudlarında əski coğrafi məkan və inzibati-ərazi vahidi olan Naxçıvan diyarının işğalı məqsədini qarşısına qoyan hay kilsəsinin Ərəb Xilafəti dövrü (VII əsrin I yarıs-X əsrin sonu) bu mənada xüsusi maraq doğurur. Çünki, bu mərhələdə hay kilsəsinin mürtəce əməlləri “dini-sakral” mahiyyət daşımaqla yanaşı, eyni zamanda ictimai-siyasi xəyanət yürütmək məqsədi də kəsb etmişdir.
Bu baxımdan, Naxçıvan diyarında, Ərəb xilafəti dövründə hay kilsəsinin xəyanətkar və hiyləgər mövqeyi, şeytani/iblisanə xisləti...barədə A.K.Şaqinyanın “Naxçıvan Ərəb xilafəti tərkibində” məqaləsində (“Şərq.Afrika-Asiya cəmiyyəti: Tarix və müasirlik” jurnalı, 3-cü sayı, 2012-ci il, 109-114-cü səhifələr) vacib qeydlərə yer verilmişdir.
Orta əsrlər dövrünün aralıq mərhələsində (VII-XI əsrlər) və Azərbaycanın Sasanilər imperiyasının süqutundan sonra (VII əsrin I yarısı) müstəqillik qazanmış Albaniya-Naxçıvan-Arran dövlətinə qarşı (Araz çayından şimal əraziləri) Yaxın və Orta Şərq bölgəsində formalaşan Ərəb xilafətinin siyasi-hərbi təsir dairələri sırasında əsas giriş qapısı olan Naxçıvan bölgəsini qarşı hərbi yürüşlərdə fürsəti fövtə verməyən hay kilsəsi (Elia Arqişentsi, 704-717-ci illərdə baş keşiş olub, İovannes III Odznetsi, 717-728-ci illər, I David Aramonetsi, 728-741-ci illər, I Trdat Otmusetsi, 741-764-cü illər...) xəlifələr II Mərvən ibn Muhammadla (684-750), Ömər ibn Əbdüləzizlə (682-720), sərkərdələr əl-Valid ibn Ukbanla, Salman ibn Rabi əl-Baxili (572-653) ilə...əlaqə yarada bilmişlər və aşağıdakı bir sıra məqsədlərinə nail olmaq istəmişlər:
- müqəddəs “Bibliya”da adı çəkilən Nuh peyğəmbərin irsinə (“Dünyanın su altında qalması” dini-mistik əfsanənin izləri rast gəlinən Naxçıvan diyarı daxil) şərik çıxmaqla (baxmayaraq ki, bu müqəddəs Kitabda dinsiz haylar haqqında heç bir məlumat yoxdur) “qədim Xristian xalqı” kimi saxta tarixlərinin qorunub saxlanılmasına və bunun üçün “coğrafi məkan hüdudları”na yiyələnməyi;
Haşiyə. Ərəb və Bizans imperiyaları arasında əlaqələr yaradan hay kilsəsinin Azərbaycan hüdudlarında mövqeyi barədə ərəb tarixçisi Əbu Muhammad Əhməd ibn Əcəmi əl-Kufinin (851-926) III cildlik “Kitab əl-futux” (“Fəthlər kitabı”) əsərində məlumatlara yer vermişdir.
- Ərəb xilafəti Ordusu Araz çayının Culfa nahiyəsi ərazisindən keçməsindən istifadə edən hay kilsəsi Aramus kəndində qərargah yaratmaqla dini-icma üstünlüyünü qorumaq naminə Xilafətlə hrəbi-kəşfiyyat və iqtisadi-ticarət əlaqələrinin yaradılmasına;
- ilk növbədə Naxçıvan bölgəsində İskit/Skif, Sak/Alban...mədəniyyəti mərhələlərinə aid tarixi-maddi nümunələrin (Şərur nahiyəsində, Culfa və Naxçıvan şəhərlərində, Ordubad-Qazandağ-Mehri hüdudlarında...), gil və qayaüstü yazılı lövhələrin, qəbir abidələrin epiqrafik yazılarını “erməni”ləşdirilməsi niyyətlərinə;
Haşiyə. 1977-ci ildə İrəvan şəhərində çap edilən “Ərəb Xilafəti dövründə Ermənistan” kitabında (İrəvan Dövlət Universitetinin professoru A.N.Ter-Qevondyan, 1928-1988) qeyd olunub ki, Ərəblərin Araz çayından şimalda olduğu dövrdə və hərbi yürüşlərin salnaməsində “erməni”lərlə bağlı yalnız şifahi məlumatlar əsasında bilgilər toplamışlar, haylara aid tarixi-maddi abidələrə, yazılı irs nümunələrinə rast gəlinməyib, yalnız Qafqaz Albaniyasının tarixi məlumatları ilə kifayətləniblər...
Daha sonra, - Ərəb xilafəti ordusu ilə əlaqə yaradaraq Bizans imperiyasına qarşı mübarizədə hay kilsəsi ilk növbədə Cənubi Qafqazda mövqeyi güclənən İslam dövlətinin etibarını qazanmaqla Qafqaz Albaniyasına yönəlik məkrli niyyətinin icrasına;
- yerli müqavimət hərakatına qarşı bölgədə dayaq məntəqələri yaratmaqla bölgə və ona bitişik olan ərazilər üzrə hərbi-siyasi qüvvələrinin əlaqələndirilməsinə və Xilafət Ordusu rəhbərliyi tərəfindən bir sıra səlahiyyətlərin qazanılmasına, hay kilsəsinin mövqeyinin, gücləndirilməsinə, olmayan tarixləri üçün “yeni səhifəl”ərin açılmasına;
Culfa şəhəri və Əlincaçan çayının mənsəb hissəsindən bölgəyə daxil olan Xilafət ordusuna yerli müdafiə və istehkam məntəqələri, təzhizat yolları barədəkəşfiyyat məlumatları və fiziki qüvvə təminatı ilə yarıyan A.Baqratuni əvəzində Ordubad-Zəngəzur hüdudlarının idarəedilməsində irəli çəkilmişdir (V.Vartanyan “IX-XI əsrlərdə Vaspurakan çarlığının sərhədləri”, İrəvan şəhəri, 1969).
...və nəticədə Qafqaz Albaniyası/Azərbaycanın Naxçıvan-Zəngəzur bölgəsində güclü müqavimətlə qarşılaşan ərəb ordusunun tərkibində yer alan quldur A.Baqratuni (820-891) dəstələri Naxçıvan, Culfa. Ordubad və Mehri nahiyələrində amansız qətllərin, qarətlərin, dağıntıların...törədilməsində, minlərlə ailələrin əsir kimi köçürülməsinə bais olmuşlar.
Ərəb tarixçisi Xəlifə ibn Həyyat (776-854) hay kilsəsinin hiyləgərliyi, A.Baqratininin xilafət ordusuna qarşı xəyanətkarlığı barədə yazmışdır.
Mehranilər sülaləsinin (Türkdilli Sabirlər şəcərəsinin xələfləri) bölgədə hakimliyinə, Cavanşir hakimiyyətinin yarımmüstəqil davam etməsinə qarşı da (I Müaviyə ibn Əbu Sufyan (603-680) və Əməvilər dövründə) hay kilsəsinin mövqeyi (Ovannes III Odznetsinin (650-729) baş keşişliyi illərində) az təsir etməmişdir.
Ümumiyyətlə, əvvəlki dövrlərdə olduğu kimi, Əməvilər hakimiyyəti illərində (661-750) də hay kilsəsi Dəməşq xəlifələrinin mövqeyindən xeyli dərəcədə öz maraqları naminə istifadə edə bilmişlər. Belə ki, 652-ci ildə T.Rştuni Şam valisi əmir Müaviyə ilə görüşərək Naxçıvan və Zəngəzur bölgəsində 15 min xilafət ordusunun təchizatını üzərinə götürmüş, eləcə də, Qafqaz Albaniyasına (həmçinin, Bizans dövlətinə qarşı da) qarşı hücumlarda iştirak etməyə canlı qüvvə təklif etmiş və müqavilə bağlanılmışdır.
Naxçıvan-Ordubad-Zəngəzur bölgəsində Mehranilər/Qafqaz Albaniyası hakimiyyətinin siyasi və iqtisadi müstəqilliyinə qarşı hay kilsəsi bu məkrli niyyətinin nəticəsi olmuşdur ki, 719-cu ildə III Ovannes Şam (Dəməşq) şəhərində Əməvi xəlifəsi Ömər ibn Əbdüləzizlə (II Ömərlə, 681-720) görüşmüş, Qafqaz Albaniyasına qarşı mübarizədə təkliflərini təqdim edib, əvəzində isə hay kilsəsinin iqtisadi və ictimai müstəqilliyinin təmin edilməsi üçün xilafətdən rəsmi təminat almışdır.
Eyni məzmunlu/istəkli xahişlə (703-705-ci illərdə Bizans ordusu tərəfində döyüşən hay döyüşçülərinin əsir düşənlərinin azad edilməsi də daxil) hay kilsəsinin baş keşişləri (Şam şəhərində yaşayan) Saak III Dzoraportsi (677-703) və Eliya Arqişentsi (704-717) xəlifə I Validə (705-715) müraciət etmiş və müsbət cavab almışlar.
Təbii ki, hay kilsəsinin və toplumunun “etibarı”nı qazanmaq və hay sürüsündən istifadə etmək Qafqaz Albaniyasında güclü müqavimətlə qarşılaşan ərəb xilafəti üçün zəruri siyasi-hərbi-iqtisadi və milli-mənəvi təzyiq vasitəsi olmaqla, həm də Bizans hakiyyətinə zərbə amili rolunu oynamışdır.
Amma, bu xəyanət anlaşması Naxçıvan-Ordubad-Zəngəzur bölgəsinə bütün mənalarda güclü təsir izləri buraxmışdır, ilk öncə dinsiz hay kilsəsinin bölgənin zəngin dini-sakral, Alban mədəniyyəti irsinə qarşı əsassız iddiaları indi də davam etməkdədir.
Yuxarıda qeyd edilən məqsədlərin müzakirəsi, eləcə də digər məsələlər 717-728-ci illər ərzində hay keşişlərinin (Xark kilsəsindən Albeos, Ostaka məbədindən Tadzos, Saxok icmasından Mamikonyan, Tayk yerindən Sarkis, Basean tərəfdən İyesu...) diqqət mərkəzində olduğu kilsə “Xronikası”nda (Suriya ölkəsində Böyük Mixailin Yakovit kilsəsində saxlanılır) qeyd olunmuşdur.
İbtidai insan-hay süürsü və hay kilsəsinin axırıncı xəbis niyyətləri barədə bir az geniş. Məhz, Ərəb xilafətinin “hay sevgisi”nin nəticəsidir ki, Naxçıvan diyarındakı Xristianlığaqədərki və Qafqaz Albaniyasının dini-sakral mədəniyyət ocaqlarında uydurma hay məbədləri yaradılmış, sayı və məkan hüdudları məkrli niyyətlə genişləndirilmişdir.
Belə ki, Naxçıvan şəhəri yaxınlığındakı qədim insan yaşayış məskəni (e.ə.VII-I milliklərə aid) olan Gültəpə kəndində, Culfa şəhərində və Qax kəndində, Şahbuz nahiyəsinin Ağbulaq və Gömür, Ordubad nahiyəsinin Yuxarı Əylis və Nəsirvaz, Kəngərli nahiyəsi, Çalxanqala...kəndlərində IV-XII əsrlər tarixinin Türk-Müsəlman mədəniyyətinin dini-irfani irsinə iddia qaldıran hay kilsəsi məhz ərəb xilafəti dövrünün xiffəti çəkərək bu uydurma istəyə bulunmuşlar/bulanmışlar.
Eləcə də, Qərbi Zəngəzurda da, Qapıcıq-Qazandağ silsilələrinin məşhur müqəddəs ocaqlarına, Qapan-Gorus-Mehri nahiyələri və bir çox kəndlərinin Alban məbədləri, qayaüstü rəsm və yazı nümunələri, qəbirüstü epiqrafik və sənduqə naxışları... bu sayaq “erməni”ləşdirilmiş, həyasızcasına Türk-Müsəlman izinin silinməsinə cəhd göstərilmişdir.
Amma, dinsiz hay kilsəsi unudur ki, Haqq/İlahi yazısını şeytan xislətlilər yer üzündnk silmək, itirmək...iqtidarında və gücündə deyildir...xüsusilə...Türk-Müsəlman coğrafiyası hüdudlarında...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi