KÖHNƏ VERSİYA            

Bakalavr ləğv edilir - yeni ikipilləli ali təhsil nə qədər perspektivlidir?..

Image

Məlum olduğu kimi, Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni təhsil sisteminə keçəcək. Belə ki, ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq - ali və ixtisaslaşdırılmış ali təhsil. 

Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq. Beləliklə, ölkədə təhsil müddətinin vaxtı uzadılır. Bu sistem vasitəsilə insanlar sadəcə diplom almaq üçün oxumayacaq, əsas məqsəd seçdiyi sahə üzrə ixtisaslaşmaq olacaq. Azərbaycan təhsilində də hazırda əsas problemlərdən biri abituriyentlərin sadəcə “ali təhsil”i olsun deyə maraq dairələrinə və bacarıqlarına uyğun olmayan ixtisaslara yönəlib, univeristeti bitirəndən sonra işsiz qalmalarıdır. Rusiyada tətbiq edilən yeni qaydanın ölkəmizdə də tətbiq edilməsi müzakirə olunur. Maraqlıdır, Azərbaycan  yeni təhsil modelinə keçə bilər?

Kamran Əsədov: “Azərbaycanda 5 illik təhsil sisteminə keçid mümkün ola bilər, lakin bu, ciddi planlama və genişmiqyaslı islahatlar tələb edir”

Təhsil üzrə ekspert Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyanın bakalavriat və magistratura pillələrini ləğv edərək 5 illik inteqrasiya olunmuş təhsilə keçidi yalnız təhsil islahatı deyil, həm də ölkənin təhsil siyasətində mühüm bir dönüş nöqtəsidir: “Xatırladım ki, Bolonya sistemi Azərbaycanda 2005-ci ildən tətbiq edilir. Bu sistemin əsas məqsədi Azərbaycanın ali təhsilini Avropa standartlarına uyğunlaşdırmaq, tələbə mobilliyini artırmaq və məzunların iş bazarında rəqabət qabiliyyətini yüksəltmək idi. Lakin 18 ildən sonra sistemin effektivliyi hələ də müzakirə mövzusudur. Bolonya sistemi tələbələrin daha sərbəst təhsil almalarını və geniş kredit seçimləri vasitəsilə öz tədris planlarını formalaşdırmalarını nəzərdə tuturdu. Lakin bu sistem Azərbaycanda tam tətbiq edilərkən bir çox struktur problemləri üzə çıxdı. Bolonya sisteminin tətbiqi nəticəsində tələbələrin məzuniyyət göstəricilərində əhəmiyyətli artım müşahidə olunmayıb. Belə ki, 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat pilləsini bitirən tələbələrin yalnız 65%-i dərhal iş tapa bilib, bu da məzunların böyük bir hissəsinin ya iş bazarına uyğunlaşa bilmədiyini, ya da ali təhsil sisteminin real ehtiyaclarla uzlaşmadığını göstərir. Magistratura pilləsi üzrə isə daha böyük bir problem var, yəni qəbul olunan tələbələrin yalnız 40%-i proqramlarını müvəffəqiyyətlə başa çatdırır. Bu rəqəmlər Azərbaycanın Bolonya sistemində ciddi problemlər yaşadığını təsdiqləyir”. 

Ekspert hesab edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ali təhsilin əsas prinsiplərini müəyyən edir. Lakin qanunda göstərilən bəzi mexanizmlər, məsələn, tələbələrin mobilliyi, diplomların beynəlxalq səviyyədə tanınması və iş bazarına uyğun tədris proqramlarının hazırlanması kimi məsələlər tam həyata keçirilmir: “Bundan əlavə, işəgötürənlərin ali təhsil proqramlarının məzmununa təsir göstərə biləcəyi mexanizmlər zəif işləyir. Bu, universitetlərin iş bazarının real tələblərindən uzaqlaşmasına səbəb olur. Rusiyanın 5 illik təhsil sisteminə keçidi ilə müqayisədə, Azərbaycan hələlik ehtiyatlı davranır. Bu keçid Rusiya üçün də çətinliksiz olmayacaq, çünki sistemin uğuru onun tətbiqinə ayrılan resurslardan və strateji planlaşdırmadan asılıdır. Dünya təcrübəsi göstərir ki, təhsil sistemində radikal dəyişikliklər yalnız ölkənin spesifik ehtiyaclarına uyğun olduqda və geniş ictimai dəstək qazandıqda effektiv ola bilər. Almaniya Bolonya sistemini tətbiq edərkən onu öz spesifik ehtiyaclarına uyğunlaşdırdı. Azərbaycanda isə bu uyğunlaşma prosesi çox zəif həyata keçirildi və nəticədə sistem formal xarakter aldı. Universitetlər tələbələrin ixtisaslaşmasına deyil, əsasən nəzəri biliklərin ötürülməsinə fokuslandılar. Azərbaycanda 5 illik təhsil sisteminə keçid mümkün ola bilər, lakin bu, ciddi planlama və genişmiqyaslı islahatlar tələb edir. Əvvəlcə, təhsil proqramlarının yenidən nəzərdən keçirilməsi, yerli və beynəlxalq təcrübənin müqayisəli təhlili aparılmalıdır. 5 illik sistem tələbələrin həm nəzəri, həm də praktiki biliklərini dərinləşdirə bilər. Xüsusilə mühəndislik, tibb və pedaqoji ixtisaslar kimi sahələrdə bu, daha çox effekt verə bilər. Lakin bu keçidin uğurlu olması üçün bir neçə əsas məsələ həll edilməlidir.

İlk öncə deyim ki, təhsil proqramlarının iş bazarına uyğunlaşdırılması vacibdir. Hazırda tələbələr məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkirlər, çünki universitetlərdə tədris olunan biliklər müasir iş bazarının tələblərinə uyğun deyil. Təhsil proqramlarının işəgötürənlərin iştirakı ilə hazırlanması tələbələrin praktik bacarıqlarını artırmağa kömək edə bilər.  İkincisi, müəllim heyətinin hazırlığı və tədris metodlarının yenilənməsi zəruridir. Bolonya sistemində müəllimlərdən tələb olunan yeni yanaşmalar Azərbaycanda tam mənimsənilməyib. Əgər 5 illik sistemə keçid baş verərsə, bu, müəllimlər üçün daha böyük çağırışlar yaradacaq. Üçüncüsü, tələbələrin motivasiyasını artırmaq üçün sosial və iqtisadi dəstək mexanizmləri gücləndirilməlidir. Təhsil haqları, təqaüdlər və kredit sistemləri tələbələrin maddi problemlərini həll etmək üçün əsas mexanizmlər olmalıdır. Hazırda bu sahədəki çatışmazlıqlar bir çox tələbənin təhsilini yarımçıq qoymasına səbəb olur. Rusiyanın təcrübəsi və dünyanın digər uğurlu nümunələri Azərbaycanda təhsil sisteminin köklü islahatlarla yenidən qurula biləcəyini göstərir. Lakin bu proses yalnız məqsədli, elmi əsaslandırılmış və resurslarla dəstəklənmiş yanaşma ilə uğurlu ola bilər. Beş illik sistemin tətbiqi Azərbaycanın təhsil tarixində yeni bir səhifə aça bilər, lakin bu, hazırlıq tələb edir. Əks halda, növbəti sistem də özünü doğrultmaya bilər”. 

Elmin Nuri: “Bakalavrın ləğvi uğurlu addım deyil”

Təhsil eksperti Elmin Nuri hesab edir ki, bakalavrın ləğvi uğurlu addım deyil: “Rusiyada ali təhsillə bağlı verilən qərar təəccüb doğurur. Çünki dünyanın bir çox ölkəsi ali təhsil müddətinin qısaldılması, müəyyən ixtisaslarla bağlı fərqli təhsil müddətlərinin yaradılmasının tərəfdarıdır. Bir çox universitetlər var ki, müəyyən ixtisaslar üzrə 2-3 illik fəaliyyət göstərirlər. Ümumiyyətlə, təhsil müddəti ixtisasa görə dəyişilməlidir. Məsələn, bizdə fərqi yoxdur, hər bir ixtisasda 4 il oxumalısınız. Sadəcə tibb ixtisası fərqlidir. Digər ixtisas qrupları üzrə də təhsil müddəti fərqli təyin olunmalıdır. Hər ixtisasın özünün məzmun və formasına uyğun olaraq müddəti müəyyənləşdirilməlidir. Məsələn, jurnalistika ixtisası üçün 4 il oxumağa ehtiyac yoxdur, bunu 2 il də edə bilərlər. Amma elə ixtisaslar var ki, onun üçün 4 il də azdır”.

Günel CƏLİLOVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 23:15
Türkiyə hərbçiləri sərhəddə Azərbaycan hərbçilərin belə qarşıladı - “Bir ürək, bir bilək, bir yumruq”...

16.01.2025 | 22:51
Gülzar İbrahimovanın Binəqədidəki 102 saylı məktəbin şagirdləri ilə görüşü keçirildi - FOTO

16.01.2025 | 22:19
Azərbaycan yox, Ermənistan narahat olmalıdır - niyə?

16.01.2025 | 21:14
Lavrov Əsədin çökməsində Rusiyanın məsuliyyətini danmaq istədi, lakin...

16.01.2025 | 20:59
Rusiya hələ də təyyarə cinayətini ört-basdır edir...

16.01.2025 | 20:43
Amerika İrəvanın Zəngəzur dəhlizinə aid mövqeyini rəsmən dəstəklədi...

16.01.2025 | 20:27
Putin Pezeşkianla İrəvan-Vaşinqton sazişini müzakirə edəcək...

16.01.2025 | 20:12
Rus biznesmenlər Ermənistanı tərk edir - erməni sahibkarların üsyanı başladı...

16.01.2025 | 19:58
ABŞ təcavüzkar Ermənistana “hərbi atomun” qapılarını açdı

16.01.2025 | 19:44
SOCAR-ın baş rəhbərliyi 6 ayda 850 min manat qazanıb - qəribə nədir?

16.01.2025 | 19:31
Paşinyan baş əməliyyatçı generalı Azərbaycanla iş üzrə Komissiyaya daxil etdi...

16.01.2025 | 19:30
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş videoçarxlar hazırlandı

16.01.2025 | 19:16
ABŞ-la strateji saziş Ermənistanı məhv edir...

16.01.2025 | 19:02
Qayıdış - Hələlik Şərqi Zəngəzura və Qarabağa, Qərbi Azərbaycan qabaqdadır...

16.01.2025 | 18:47
Bakalavr ləğv edilir - yeni ikipilləli ali təhsil nə qədər perspektivlidir?..

16.01.2025 | 18:33
Məktəbdə şagirdlərə mobil telefon qadağan edildi...

16.01.2025 | 18:19
Rusiya və KTMT İrəvan-Vaşinqton sazişinə niyə belə qorxaq reaksiya verdi...

16.01.2025 | 18:18
"USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu" - XİN rəhbəri

16.01.2025 | 18:08
"Son zamanlar ölkəmizin daxili işlərinə müdaxilədə bir sıra cəhdlər gördük" - Gürcüstan XİN rəhbəri

16.01.2025 | 18:05
Deputat Rəşad Mahmudov ölkədə tibb təhsilinin səviyyəsi barədə düzmü deyir...

16.01.2025 | 18:02
Azərbaycan və Ermənistan Gürcüstandan İranadək sərhədin delimitasiyası barədə razılığa gəldi - RƏSMİ

16.01.2025 | 17:52
Paşinyan konstitusiya dəyişikliyi siyasətini dəyişdi - maraqlı səbəblər var...

16.01.2025 | 17:46
“20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir” - Vüqar Rəhimzadə

16.01.2025 | 17:44
Zaxarova Rusiya səfirinin Ermənistan XİN-ə çağırılmasına çox yumşaq reaksiya verdi...

16.01.2025 | 17:38
Dövlət qulluqçusu olmayan bir dövlət işçisinə minimum 400, digərinə 1150 manat maaş?..

16.01.2025 | 17:33
"Ermənistanın genişmiqyaslı silahlanması bizdə ciddi narahatlıq doğurur" - Azərbaycan XİN

16.01.2025 | 17:25
Azərbaycan idmançıları Makronun saxta medallarını üzünə vurmağa hazırlaşır...

16.01.2025 | 17:12
ABŞ-Ermənistan sazişi İrana da təhlükədir - molla rejimi hələ susur...

16.01.2025 | 17:00
Polşadan Rusiyaya şok ittiham - bütün dünyada aviaşirkətlərə hücum planlaşdırırlar...

16.01.2025 | 16:47
Göytürklərin (VI-VIII əsrlər) inancları - Yunus OĞUZ yazır

16.01.2025 | 16:30
Zelenski Rusiya ilə danışıqlar masasına oturmaq üçün təhlükəsizlik zəmanəti istədi...

16.01.2025 | 16:27
Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri ilə görüşdü...

16.01.2025 | 15:50
“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16.01.2025 | 15:23
Ukraynada 6 minlik briqada döyüş bölgəsinə çatmadan dağıldı - fərarilik...

16.01.2025 | 14:50
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini həbs edildi

16.01.2025 | 14:29
Qazaxıstan rəsmiləri AZAL təyyarəsinin qəza səbəbləri ilə bağlı versiyaları şərh etməkdən imtina etdi

16.01.2025 | 14:23
Qroznıda fırlanan təyyarəmizə raketlə vurulduqları niyə öncədən deyilməyib?- açıqlanmış qara qutu məlumatlarında hələ "qara məqamlar" var...

16.01.2025 | 14:20
Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş keçirilib

16.01.2025 | 14:17
16 ədədi məhəbbət rəmzidir - İlin 16-cı gününə sözardı

16.01.2025 | 14:15
Yevlaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olundu

16.01.2025 | 13:55
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

16.01.2025 | 13:41
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

16.01.2025 | 13:36
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək...

16.01.2025 | 13:32
Azərbaycan Qəzzada atəşkəs razılaşmasını alqışladı...

16.01.2025 | 13:26
“Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edildi - FƏRMAN

16.01.2025 | 13:23
Afaq Məsuda Prezidentin fərdi təqaüdü veriləcək

16.01.2025 | 13:18
Paytaxtda restoranda soyğunçuluq edən şəxs yaxalandı - FOTO

16.01.2025 | 13:15
TDT-yə üzv ölkələrin gömrük xidməti rəhbərlərinin 10-cu iclasının protokolu imzalandı

16.01.2025 | 13:10
Россия и Иран - создаётся опасная коалиция - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.01.2025 | 12:56
Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclasında iştirak edib - FOTO

16.01.2025 | 12:00
Prezident İlham Əliyev Cenni Consonu qəbul edib

16.01.2025 | 11:21
Məhkəmə keçmiş icra başçısının oğlunun öldürən şəxsin müraciətini rədd etdi

16.01.2025 | 11:17
İsrail Qəzzanı bombaladı, 9 fələstinli öldü...

16.01.2025 | 11:05
COP29-da qəbul edilmiş qərarlar tam şəkildə yerinə yetirilməlidir - Qutteresdən qəti mövqe

16.01.2025 | 11:03
İranın başının üstünü təhlükə aldı - CANLI

16.01.2025 | 11:00
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16.01.2025 | 10:45
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi - FOTO

16.01.2025 | 10:31
Fransa millisinin üzvü "Yuventus"a keçib

16.01.2025 | 10:20
Ötən gün 60 cinayətin üstü açılıb

16.01.2025 | 10:20
Adil Kərimli Kayrat Sarıbayla görüşüb

16.01.2025 | 10:10
Biləsuvarda “Mercedes" piyadanı vuraraq öldürüb

16.01.2025 | 10:05
Şəmkirdə ev yanıb

16.01.2025 | 10:00
"Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir" - İcmadan SƏRT BƏYANAT

16.01.2025 | 10:00
Bu 3 qəsəbədə qaz olmayacaq- XƏBƏRDARLIQ

16.01.2025 | 09:45
Kir Starmer gözlənilmədən Kiyevə gəldi - "100 illik tərəfdaşlıq" imzalanacaq

16.01.2025 | 09:30
Türkiyədən Suriyaya uçuşlar başlayır - həftədə üç reys

16.01.2025 | 09:26
Tikinti üzrə peşə təhsilində tələbə sayı narahatlıq yaradır…

16.01.2025 | 09:20
Co Bayden dövrü bitdi - xalqa vida müraciəti edib

16.01.2025 | 09:10
"Bu razılaşmanı alqışlayırıq" - Ərdoğandan AÇIQLAMA

16.01.2025 | 09:10
Daha 32 ailə Cəbrayıl şəhərinə köçürüldü

16.01.2025 | 09:05
Tiktok bazar günü bu ölkədə tamamilə QADAĞAN edilir...

16.01.2025 | 09:00
Zelenski Trampla görüşə hazırlaşır - “Əlbəttə, inoqurasiyadan sonra"

16.01.2025 | 08:40
Plastik cərrahların efirlərə çıxışı qadağan olundu - reaksiyalar…

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031