KÖHNƏ VERSİYA            

Deputat Rəşad Mahmudov ölkədə tibb təhsilinin səviyyəsi barədə düzmü deyir...

Image

İlqar Hüseynli: "Rəşad Mahmudovun fikirlərində müəyyən haqlı məqamlar var, amma sırf bakalavr təhsili, nəzəri bilik almaq baxımından Azərbaycan Tibb Universiteti heç də zəif deyil"

Ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov "Azərbaycan müəllimi”nə müsahibəsində ölkənin tibb təhsili ilə bağlı qalmaqallı açıqlama verib. 

“Təhsildə xaricdə təcrübə qazanmaq vacibdir. Bu gün ölkəmiz bu yoldan geniş istifadə edir. Hər il onlarla, yüzlərlə gəncin xaricdə təhsilinə böyük vəsait xərclənir. Birmənalı olaraq bunun faydasını görəcəyimizi düşünürəm. Ancaq xaricə göndərilən kadrların ölkəyə qayıtması üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır. Xaricə gedənlərin sayının çoxluğundan deyil, onların qayıtmamağından ehtiyatlanmalıyıq. Hədəfimiz xaricə gedənlər üçün bütün imkanları yaratmaq olmalıdır ki, onlar qayıtsınlar”.

Onun sözlərinə görə, tibb təhsilində problemlər təhsilalanların təcrübə qazana bilməmələri ilə məhdudlaşmır. Hətta tibb üzrə təhsil səviyyələrində belə boşluqlar var:

“Bu boşluq isə bakalavr və ondan sonrakı davamlı tibb təhsilinin mexanizmlərində ədalətsizliyə gətirib çıxarır. Müqayisəli analiz edəndə bu ədalətsizlik daha aydın görünür. Məsələn, qarşıma alternativlər qoyulsa, övladımın Türkiyə, Almaniya, yoxsa Azərbaycanda təhsil alması ilə bağlı qərarı heç düşünmədən verər, ölkəmizdə tibb təhsili almasını istəmərəm. Çünki bakalavriat, magistratura və doktorantura səviyyəsinin qanunvericiliklə tənzimlənən mexanizmi beynəlxalq mexanizmlə müqayisədə təzadlıdır və Azərbaycanda tibb təhsili alanlar bir addım geridə qalırlar”.

Professorun fikrincə, UNİSEF-in qəbul etdiyi beynəlxalq standartlara görə, 8 mərhələdən ibarət tibb təhsilinin sonuncu səviyyəsi doktoranturadır və bu, təhsil sistemlərində bütün istiqamətlər üzrə son mərhələdir:

“VI mərhələ bakalavriat, VII magistratura, VIII səviyyə isə doktoranturadır. Qərb, Türkiyə daxil olmaqla Avropa təhsil sistemində 6 illik tibb təhsili alan şəxs VII mərhələni bitirmiş sayılır. Yəni həmin ölkələrin qanunvericiliyinə görə, bakalavr və magistraturanı bitirən şəxslər VII təhsil səviyyəsindədirlər. Hətta ABŞ başda olmaqla, bir çox ölkələrdə 4 illik tibb təhsili həkim olmaq üçün yetərli sayılır. Məsələn, paramedikal, tibblə əlaqəli bir çox sahəyə getmək istəyirsənsə, 4 illik təhsil yetərlidir. Sonrakı 2 ili də təhsil alırsansa, VII mərhələ bitir. Bundan sonra doktorantura və ya ona ekvivalent olan beynəlxalq səviyyələrdən keçirsən. Hər 100 nəfərdən 10-15 nəfəri paralel olaraq elmi tibblə də məşğul olur. Buna görə ayrıca zaman sərf etməyə ehtiyac yoxdur. Almaniyada 6 illik tibb təhsili aldıqdan sonra 4-5 illik yüksək ixtisaslaşma ilə birlikdə elmi işlərini yaza, müdafiəsini edə bilirlər. Türkiyədə rezidenturanın ekvivalenti olan uzmanlıq doktoranturanı əvəz edir, yəni tələbə VIII mərhələni bitirmiş kimi qəbul olunur.

Azərbaycanda isə qanunvericilik adı belə bəlli olmayan bu mərhələni VII mərhələ olaraq qəbul edir. 6 illik tibb təhsili baza təhsili sayılır, amma buradan birbaşa VIII səviyyəyə adlaya bilməz, tələbə rezidentura təhsili almalıdır. Onda soruşuram, rezidenturanı bitirən doktorant olmaq üçün nə etməlidir, yenidən 4 il oxumalıdır? Oxuyacaqsa, 6 il baza təhsili, 5 il rezidentura, daha 4 il doktorantura səviyyəsində təhsil almaq o deməkdir ki, 15 il təhsil almalıdır, halbuki, dünyada 11-12 ildən çox tibb təhsili yoxdur. Hesab edirəm ki, dəyişikliklərə qanunvericilik yönündən başlamalıyıq. Bunu Milli Məclisdə də gündəmə gətirmişəm”.

Məntiqlə onun bu sözlərinə nazirlik, Tibb Universitetinin rəhbərliyi,  Prezident Administrasiyasının müvafiq şöbələri dərhal reaksiya verməli idilər. Ancaq sükut gördük. Niyə? Onlar da deputatla razılşırlarmı?

Digər tərəfdən, demirik ki, tibb təhsilinin səviyyəsi əladır və sair. Amma tibbi təhsillə bağlı əgər ciddi bir irad varsa, deputatın belə bir bəyanatla çıxış etməsi bir az anlaşılan deyil. Çünki tibbi təhsildə prinsipial və həlledici metodiki yanlışlıqlar varsa, onun düzəldilməsi elə ilk növbədə həm də deputatların işidir. Deputatlar niyə indiyə qədər bu istiqamətdə müəyyən addımlar atmayıblar, təkliflər verməyiblər? Elə Rəşad Mahmudov niyə zamanında bu istiqamətdə bir təkliflə çıxış etməyib?

"Amma bilmirəm deputat indiki məqamda niyə bu məsələni gündəmə gətirib?"

Ekspert İlqar Hüseynli "Bakı-Xəbər" ə şərhində bildirdi ki, Rəşad Mahmudovun fikirləri ilə tanışdır, iki gündür bu məsələ gündəmə gəlib. İ.Hüseynli vurğuladı ki, burda məsələyə iki kontekstdən yanaşmaq lazımdır. "Əvvəla, Azərbaycanın universitetləri öz sıralanması ilə götürəndə dünya reytinq cədvəllərində demək olar ki, mükəmməl yerə sahib deyillər. O cümlədən də Azərbaycan Dövlət Tibb Universiteti. Əgər dünya universitetləri reytinqinə fikir versək, təbii ki, o reytinqdə yerimiz belə görünmür. Bu çox ciddi məsələdir. Sözsüz ki, burda müəllim-professor heyəti, o cümlədən maddi-texniki baza və sair nəzərdə tutulur. Məsələn, biz daha çox nəyə üstünlük veririk? Biz uşaqlarımızın Türkiyədə tibb təhsili almasına üstünlük veririk. Əgər fikir vermisizsə, Türkiyədə tibb təhsili verən universitetlərin özlərinin ayrıca təcrübə klinikaları var. Məsələn, Hacettəpə universitetin tibb alanında özünün ayrıca klinikası var. Eləcə də digər universitetlərdə də bu cürdür. Tələbələr öz oxuduqları ali məktəblərin klinikalarında təcrübə keçirlər. Bizdəki kimi TƏBİB-in, Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda deyil, öz universitetləribdə praktik dərslərə cəlb olunurlar. Dünyanın inkişaf etmiş ölkələrində belədir. Amma Azərbaycanda heç bir universitetimizin tibb alanında özünün ayrıca klinikası, maddi-texniki bazası yoxdur. Bu bir. İkincisi, övladlarımız 6 il tibb təhsili alandan sonra rezidentura ilə bağlı müraciət edirlər. Dörd illik rezidentura onlara nə verir? Həmin dörd il müddətində yenə ayrı-ayrı müəssisələrdə təcrübə keçirlər. Son illər Tibb Universitetinin Cərrahiyyə və Tədris Terapevtik Korpusları inşa olunub, istifadəyə verilib. Bu da rezidentura təhsili alan tələbələrimiz üçün yetərli deyil. Burda da ciddi təzadlar var. Düşünürəm ki, Rəşad Mahmudovun fikirlərində müəyyən haqlı məqamlar var, amma sırf bakalavr təhsili, nəzəri bilik almaq baxımından Azərbaycan Tibb Universiteti heç də zəif deyil.

Yəni tələbələr nəzəri cəhətdən sırf bakalavr təhsili alarkən onlara yüksək səviyyədə bilik verən professor-müəllim heyəti tamamilə formalaşıb. Bunu tamamilə inkar etmək də doğru deyil, amma artıq bakalavr pilləsindən sonrakı mərhələ üçün tamamilə Rəşad Mahmudovun fikirləri ilə razıyam. Bu acı reallıqdır, istəsək də, istəməsək də bunu qəbul etmək lazımdır. Əlaqədar qurumlar, bu sahə ilə birbaşa əlaqəsi olanlar düşünməlidirlər ki, bu sistemi yeniləmək üçün nə etməliyik? Nədən başlayaq?"

İ.Hüseynli hesab edir ki, dünyanın tibb alanında olan bütün təhsil sistemlərinin ölkəmizdə tətbiqinə zərurət yaranıb, bizim sistemin yenilənməsinə ehtiyac var. "Məsələn, bildiyim qədər, Qarabağ Universitetində belə bir təşəbbüs başlayıb, Amerikadan gələn və o ölkədə çalışan bizim tibb doktorları artıq Mayo Klinikin standartlarına uyğun tibb fakültəsi, tibb bölümü yaratmağı planlaşdırırlar. Əgər bu olacaqsa, Qarabağ Universitetində bununla çox gözəl bir təcrübənin və ənənənin əsasını qoymuş olacaq.

 Başqa məsələyə gələk, rezidenturaya qəbul olan tələbələr çox az əməkhaqqı alırlar, onlara 300-400 manat əməkhaqqı verilir. Amma Türkiyədə uzmanlığa daxil olan uzman doktorlar 80-100 min türk lirəsi maaş alırlar, bu da bizim pulla təxminən 4 min manata yaxın edir. Bütün bunlar hamısı nəzərə alınmalıdır. Nəyə görə bizim Tibb Universitetini bitirən tələbələr ölkədən gedirlər, Almaniya və başqa ölkələrə can atırlar? Əvvəla, orda tibb uzmanı olaraq yaradılan imkanlar, klinik şəraitlər daha yaxşıdır, onlar mükəmməl həkim olmağa artıq imkanlar əldə edirlər, həm də mükəmməl maaşla təmin olunurlar. Bütün bunlar hansı kompleks yanaşma tələb edir, bütövlükdə bu məsələ həll edilməli, problem çözülməlidir. Biz rezdentlırimizi də yetişdirməliyik, onların ölkədə daha mükəmməl təcrübə, bilik qazanması üçün klinik, praktik imkanları genişləndirmək üçün şərait yaratmalıyıq. Eyni zamanda onların dolanışığının yaxınlaşması üçün  rezdentləri normal əməkhaqqı ilə təmin etməliyik. Bu problemi həll etmək üçün hərəkətə keçmək lazımdır". 

İ.Hüseynli qeyd etdi ki, bu sahədə olan problemləri uzun müddətdir ekspertlər dilə gətirir, amma indiyə qədər nə Milli Məclisdən, nə də dövlət qurumlarından reaksiya verilmir. Millət vəkilinin indi bu məsələ ilə bağlı danışmasının suallar yaratdığını deyən İ.Hüseynli hesab edir ki, bunun da səbəbini o özü yaxşı bilər. "Rəşad Mahmudovun niyə zamanında bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etməməsinə və indi danışmasına gəlincə, bu artıq onun özünün şəxsi problemləridir. Bəli, biz ekspertlər bu məsələləri zaman-zaman kifayət qədər səsləndirmişik, heç vaxt nə Milli Məclisdən, nə dövlət qurumlarından bizim dediklərimizə dəstək gəlməyib. Amma bilmirəm, deputat indiki məqamda niyə bu məsələni gündəmə gətirib? Səbəbini deyə bilmərəm,  bu hansısa bir daxili çəkişmənin təzahürüdür, yoxsa ümumən Rəşad Mahmudov indi belə çıxış etməyi məqbul hesab edib. Belədirsə, bu başqa məsələdir" - deyə ekspert qeyd etdi.

Bununla belə, İ.Hüseynli hesab edir ki, rəsmi dövlət qurumları, Tibb Universiteti bu barədə geniş açıqlama verməlidir, çünki reaksiyasızlıq daha çox suallar yaradır. 

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 23:15
Türkiyə hərbçiləri sərhəddə Azərbaycan hərbçilərin belə qarşıladı - “Bir ürək, bir bilək, bir yumruq”...

16.01.2025 | 22:51
Gülzar İbrahimovanın Binəqədidəki 102 saylı məktəbin şagirdləri ilə görüşü keçirildi - FOTO

16.01.2025 | 22:19
Azərbaycan yox, Ermənistan narahat olmalıdır - niyə?

16.01.2025 | 21:14
Lavrov Əsədin çökməsində Rusiyanın məsuliyyətini danmaq istədi, lakin...

16.01.2025 | 20:59
Rusiya hələ də təyyarə cinayətini ört-basdır edir...

16.01.2025 | 20:43
Amerika İrəvanın Zəngəzur dəhlizinə aid mövqeyini rəsmən dəstəklədi...

16.01.2025 | 20:27
Putin Pezeşkianla İrəvan-Vaşinqton sazişini müzakirə edəcək...

16.01.2025 | 20:12
Rus biznesmenlər Ermənistanı tərk edir - erməni sahibkarların üsyanı başladı...

16.01.2025 | 19:58
ABŞ təcavüzkar Ermənistana “hərbi atomun” qapılarını açdı

16.01.2025 | 19:44
SOCAR-ın baş rəhbərliyi 6 ayda 850 min manat qazanıb - qəribə nədir?

16.01.2025 | 19:31
Paşinyan baş əməliyyatçı generalı Azərbaycanla iş üzrə Komissiyaya daxil etdi...

16.01.2025 | 19:30
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş videoçarxlar hazırlandı

16.01.2025 | 19:16
ABŞ-la strateji saziş Ermənistanı məhv edir...

16.01.2025 | 19:02
Qayıdış - Hələlik Şərqi Zəngəzura və Qarabağa, Qərbi Azərbaycan qabaqdadır...

16.01.2025 | 18:47
Bakalavr ləğv edilir - yeni ikipilləli ali təhsil nə qədər perspektivlidir?..

16.01.2025 | 18:33
Məktəbdə şagirdlərə mobil telefon qadağan edildi...

16.01.2025 | 18:19
Rusiya və KTMT İrəvan-Vaşinqton sazişinə niyə belə qorxaq reaksiya verdi...

16.01.2025 | 18:18
"USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu" - XİN rəhbəri

16.01.2025 | 18:08
"Son zamanlar ölkəmizin daxili işlərinə müdaxilədə bir sıra cəhdlər gördük" - Gürcüstan XİN rəhbəri

16.01.2025 | 18:05
Deputat Rəşad Mahmudov ölkədə tibb təhsilinin səviyyəsi barədə düzmü deyir...

16.01.2025 | 18:02
Azərbaycan və Ermənistan Gürcüstandan İranadək sərhədin delimitasiyası barədə razılığa gəldi - RƏSMİ

16.01.2025 | 17:52
Paşinyan konstitusiya dəyişikliyi siyasətini dəyişdi - maraqlı səbəblər var...

16.01.2025 | 17:46
“20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsidir” - Vüqar Rəhimzadə

16.01.2025 | 17:44
Zaxarova Rusiya səfirinin Ermənistan XİN-ə çağırılmasına çox yumşaq reaksiya verdi...

16.01.2025 | 17:38
Dövlət qulluqçusu olmayan bir dövlət işçisinə minimum 400, digərinə 1150 manat maaş?..

16.01.2025 | 17:33
"Ermənistanın genişmiqyaslı silahlanması bizdə ciddi narahatlıq doğurur" - Azərbaycan XİN

16.01.2025 | 17:25
Azərbaycan idmançıları Makronun saxta medallarını üzünə vurmağa hazırlaşır...

16.01.2025 | 17:12
ABŞ-Ermənistan sazişi İrana da təhlükədir - molla rejimi hələ susur...

16.01.2025 | 17:00
Polşadan Rusiyaya şok ittiham - bütün dünyada aviaşirkətlərə hücum planlaşdırırlar...

16.01.2025 | 16:47
Göytürklərin (VI-VIII əsrlər) inancları - Yunus OĞUZ yazır

16.01.2025 | 16:30
Zelenski Rusiya ilə danışıqlar masasına oturmaq üçün təhlükəsizlik zəmanəti istədi...

16.01.2025 | 16:27
Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri ilə görüşdü...

16.01.2025 | 15:50
“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16.01.2025 | 15:23
Ukraynada 6 minlik briqada döyüş bölgəsinə çatmadan dağıldı - fərarilik...

16.01.2025 | 14:50
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini həbs edildi

16.01.2025 | 14:29
Qazaxıstan rəsmiləri AZAL təyyarəsinin qəza səbəbləri ilə bağlı versiyaları şərh etməkdən imtina etdi

16.01.2025 | 14:23
Qroznıda fırlanan təyyarəmizə raketlə vurulduqları niyə öncədən deyilməyib?- açıqlanmış qara qutu məlumatlarında hələ "qara məqamlar" var...

16.01.2025 | 14:20
Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş keçirilib

16.01.2025 | 14:17
16 ədədi məhəbbət rəmzidir - İlin 16-cı gününə sözardı

16.01.2025 | 14:15
Yevlaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olundu

16.01.2025 | 13:55
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

16.01.2025 | 13:41
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq

16.01.2025 | 13:36
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək...

16.01.2025 | 13:32
Azərbaycan Qəzzada atəşkəs razılaşmasını alqışladı...

16.01.2025 | 13:26
“Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiq edildi - FƏRMAN

16.01.2025 | 13:23
Afaq Məsuda Prezidentin fərdi təqaüdü veriləcək

16.01.2025 | 13:18
Paytaxtda restoranda soyğunçuluq edən şəxs yaxalandı - FOTO

16.01.2025 | 13:15
TDT-yə üzv ölkələrin gömrük xidməti rəhbərlərinin 10-cu iclasının protokolu imzalandı

16.01.2025 | 13:10
Россия и Иран - создаётся опасная коалиция - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

16.01.2025 | 12:56
Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin iclasında iştirak edib - FOTO

16.01.2025 | 12:00
Prezident İlham Əliyev Cenni Consonu qəbul edib

16.01.2025 | 11:21
Məhkəmə keçmiş icra başçısının oğlunun öldürən şəxsin müraciətini rədd etdi

16.01.2025 | 11:17
İsrail Qəzzanı bombaladı, 9 fələstinli öldü...

16.01.2025 | 11:05
COP29-da qəbul edilmiş qərarlar tam şəkildə yerinə yetirilməlidir - Qutteresdən qəti mövqe

16.01.2025 | 11:03
İranın başının üstünü təhlükə aldı - CANLI

16.01.2025 | 11:00
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16.01.2025 | 10:45
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda uşaqlara ustad dərsləri keçirildi - FOTO

16.01.2025 | 10:31
Fransa millisinin üzvü "Yuventus"a keçib

16.01.2025 | 10:20
Ötən gün 60 cinayətin üstü açılıb

16.01.2025 | 10:20
Adil Kərimli Kayrat Sarıbayla görüşüb

16.01.2025 | 10:10
Biləsuvarda “Mercedes" piyadanı vuraraq öldürüb

16.01.2025 | 10:05
Şəmkirdə ev yanıb

16.01.2025 | 10:00
"Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir" - İcmadan SƏRT BƏYANAT

16.01.2025 | 10:00
Bu 3 qəsəbədə qaz olmayacaq- XƏBƏRDARLIQ

16.01.2025 | 09:45
Kir Starmer gözlənilmədən Kiyevə gəldi - "100 illik tərəfdaşlıq" imzalanacaq

16.01.2025 | 09:30
Türkiyədən Suriyaya uçuşlar başlayır - həftədə üç reys

16.01.2025 | 09:26
Tikinti üzrə peşə təhsilində tələbə sayı narahatlıq yaradır…

16.01.2025 | 09:20
Co Bayden dövrü bitdi - xalqa vida müraciəti edib

16.01.2025 | 09:10
"Bu razılaşmanı alqışlayırıq" - Ərdoğandan AÇIQLAMA

16.01.2025 | 09:10
Daha 32 ailə Cəbrayıl şəhərinə köçürüldü

16.01.2025 | 09:05
Tiktok bazar günü bu ölkədə tamamilə QADAĞAN edilir...

16.01.2025 | 09:00
Zelenski Trampla görüşə hazırlaşır - “Əlbəttə, inoqurasiyadan sonra"

16.01.2025 | 08:40
Plastik cərrahların efirlərə çıxışı qadağan olundu - reaksiyalar…

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031