Biləsuvarda “Mercedes" piyadanı vuraraq öldürüb
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində qeydə alınıb. İmişli rayonu, Qızılkənd kənd sakini 1998-ci il təvəllüdlü Heydarlı Elçin Natiq oğlu idarə etdiyi “Mercedes" markalı avtomobil 1988-ci il təvəllüdlü Nurullayev Hörmət Nüsrət oğlunu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Cəbrayıl rayon polis şöbəsində cinayət işi başlanılıb.
Mətləb