Bazar ertəsi günü, 14 iyul 2025
     

Rusiya hələ də təyyarə cinayətini ört-basdır edir...

Image

Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin pilotları ilə aviadispetçerlər arasındakı söhbətin stenoqramı barədə yeni iddialar Rusiyanın yenə bu olayın əsl səbəblərini gizlətməkdə maraqlı olduğunu nümayiş etdirir. Qeyd edək ki,  söhbətin stenoqramı "Baza" teleqram kanalı tərəfindən yayılıb.

Buradan belə bəlli olur ki, "Embraer E190" Azərbaycan təyyarəsinin komandiri qəza baş verdikdən sonra müstəqil şəkildə Bakıya qayıtmaq qərarına gəlib, Rusiya dispetçerləri isə ona Rusiya ərazisinə eniş üçün bir neçə variant təklif ediblər. Stenoqramda deyilir ki, ekipaj əvvəlcə Qroznıya enməyə hazır olsa da, sonra bundan imtina edərək "Bakıya gedirik" deyib.  Dərc edilmiş stenoqramda həmçinin bildirilir ki, pilot ilk dəfə Qroznıdan olan aviadispetçerlərlə danışıqlar apararkən quşların zərbəsi versiyasını səsləndirib. İki dəqiqə sonra ekipaj üzvü təyyarədə partlamış qaz balonu ilə bağlı məlumat ötürüb: "Sərnişin salonunda oksigen tükənir. Bu o deməkdir ki, məncə, orada oksigen balonu partlayıb. Bu isə o deməkdir ki, yanacaq iyi gəlir. Və bəzi sərnişinlər... bu o deməkdir ki, onlar huşlarını itirirlər". Beləliklə, Rusiyaya məxsus teleqram kanalı təyyarənin vurulması ilə bağlı yayılan bütün dəlillərə rəğmən baş verən hadisənin motivlərini başqa məcraya yönəltməyə çalışır. Bir qədər əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov təyyarənin "qara qutu"larının fərqli informasiyalar verdiyini deyib: "Qara qutu"ların məzmunu ilə bağlı artıq çox sayda məlumatlar təqdim edilib. Biz tamhüquqlu araşdırmanın nəticəsini gözləməli və həqiqətə uyğun gəlməyən məlumatları mətbuatda yayaraq vəziyyəti gərginləşdirməməliyik. Təhqiqat başa çatana qədər gözləmək vacibdir. "Qara qutu" məlumatları hazırda yayılan versiyaların çoxunu dəstəkləmir". Amma bütün sübutların ortada olmasına baxmayaraq,  Qroznıdan olan aviadispetçerlər Çeçenistanda Ukrayna dronlarına qarşı əməliyyat getdiyini, "Kovyor" planının tətbiq edildiyini, Azərbaycan təyyarəsinin raketlə vurulduğunu sonadək gizli saxlamağa çalışıblar. Bu barədə pilotlara da hər hansı məlumat verilməyib. "Euronews" da mənbələrə istinadən bildirir ki, "Azərbaycan Hava Yolları" QSC-nin "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasına Rusiyanın "yer-hava" raketi səbəb olub. Rusiyalı hərbi eksperti Yan Matveyev də qeyd edir ki, təyyarənin quyruq hissəsi, ehtimal ki, Pantsir S-1 sistemindən buraxılan raketlə vurulub. Pilotlar təcili eniş tələb edib, lakin Rusiya dispetçerləri Xəzər dənizi vasitəsilə onu Aktau istiqamətində göndərərək Rusiyanın heç bir hava limanına eniş etməyə icazə verməyib. Bu cinayətin səbəbini gün üzünə çıxarmaq əvəzinə rus mediası məsləni başqa istiqamətə yönəltməyə can atır. Bu arada Qazaxıstan Nəqliyyat Nazirliyinin Təhqiqat Komissiyası Rusiya "Telegram" kanallarında AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı yaydığı iddialara münasibət bildirib. Komissiya məlumatların rəsmi mənbələr tərəfindən yayılmadığını qeyd edib: "Biz heç bir rəsmi mənbəyə aid olmayan internet məlumatlarını şərh etməyəcəyik. Braziliyada oxunması başa çatdırılan "qara qutular" ölkəmizə göndərilib. Təyyarə qəzasının səbəblərinin müəyyənləşdirilməsi üçün işlər davam etdirilir". Bundan əvvəl Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL təyyarəsinin aviaqəza səbəblərini araşdıran komissiya üzvlərinin təyyarənin "qara qutularının" deşifrə olunmuş materialları ilə Astanaya gəldiyini bəyan etmişdi. Qeyd edək ki, təyyarənin uçuş registratorlarının deşifrəsini Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Araşdırılması və Təhlili Mərkəzi həyata keçirib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib. Ölkənin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib: "Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə qüvvələrinin vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edilib". O qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir: "Qroznı, Mahaçqala və "Mineralnıye Vodı"nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub". Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir: "İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur". Qəzanın araşdırılması nəticəsində Rusiyanın niyə təyyarənin yaxınlıqdakı hava limanlarından birinə enməsinə icazə vermədiyini və pilotları zədələnmiş təyyarəni Xəzər dənizindən keçirməyə nədən məcbur etdiyini üzə çıxaracağı gözlənilir. Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib. Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır. Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Bütn bunlara istintaq zamanı dəqiqlik gətirilməsi gözlənilir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910