Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşdi - 285 manat...
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilir.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
ZÜMRÜD