Mikayıl Cabbarov bu portal barədə paylaşım edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Nazir paylaşımda qeyd edir ki, İqtisadiyyat Nazirliyi və ABŞ-nin Harvard Universitetinin əməkdaşlığı əsasında hazırlanaraq COP29-da təqdim olunmuş "Yaşıl artım portalı" (https://growthlab.app/greenplexity) ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək.
Onun sözlərinə görə, Universitetin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın rəhbərliyi ilə yaradılmış interaktiv alət yaşıl dəyər zənciri üzrə tədqiqat məlumatlarını əhatə edir. "Portal karbonsuzlaşmaya xidmət edən yeni sənaye sahələrinin, yeni bazarların və inkişaf istiqamətlərinin formalaşmasını stimullaşdıracaq. Karbonsuz iqtisadiyyat üçün təchizatçı olmaq yaşıl artıma və qlobal emissiyaların azalmasına töhfə verəcək", - deyə nazir qeyd edib.
Mətləb Salahov