"Söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq" - Komitə sədri
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev mətbuata açıqlamasında bildirib ki, Bakıda söküntü işlərinin aparılması əsasən sifarişçilərdən, o cümlədən iş adamlarından asılıdır.
"Bizim hazırladığımız Baş plan paytaxtın inkişaf istiqamətlərini və lazımi məhdudiyyətləri müəyyən edir. Amma şəhərin hansısa ərazisində nə vaxt, nə iş aparılacaq, bu, ayrı-ayrı sifarişçilərdən, o cümlədən iş adamlarından, eləcə də icra hakimiyyətlərindən asılıdır. Təbii ki, söküntü Bakının daha pis vəziyyətdə olan məhəllələrdən başlanılacaq və illərlə bu işlər aparılacaq. Hazırda tikinti şirkətləri köhnə binaları söküb yerində yeni binalar tikməkdə maraqlıdırlar və bu layihələr həm Bakıda, həm də regionlarda həyata keçirilir", - deyə o qeyd edib.
Mətləb