Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib. daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, R.Filliyev ailəli idi, 10 aylıq oğlu körpəsi var.
Mətləb