Vilnüsdə yük təyyarəsi yaşayış binasına çırpılıb
Yük təyyarəsi Vilnüs Beynəlxalq Hava Limanına yaxınlaşarkən qəzaya uğrayıb. Bu barədə aeroportun sözçüsü Marius Zelanius bildirib. "DHL şirkətinin təyyarəsi ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, təyyarədə iki pilot və iki şirkət əməkdaşı olub", - deyə o qeyd edib.
Pilotlardan biri xilas edilib. Təyyarədəki digərləri barədə hələlik məlumat yoxdur. Hadisə yerində yanğınsöndürənlər işləyir.
Mətləb