“Liverpul” liderliyini möhkəmləndirdi, "Mançester Yunayted" xal itirdi
Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir. İlk oyun günündə 2 qarşılaşma keçirilib. “İpsviç Taun” – “Mançester Yunayted” matçı heç-heçə bitib - 1:1. Bu, "Mançester Yunayted"in Ruben Amorimin baş məşqçiliyi ilə keçirdiyi ilk oyun olub. Səfərdə “Sauthempton”la qarşılaşan “Liverpul” isə 3:2 hesablı qələbə qazamıb.
24 noyabr
"Sauthempton" – "Liverpul" - 2:3
Qollar: Armstronq, 42. M.Fernandes, 56 – Soboslai, 30. Salah, 65; 83.
"İpsviç Taun" – "Mançester Yunayted" - 1:1
Qollar: Hatçinson, 43 – Reşford, 2.
Hazırda "Liverpul" 31 xalla lider, "Mançester Siti" 23 xalla 2-ci, "Çelsi" 22 xalla 3-cüdür. 4 və 5-ci yerləri bölüşən "Arsenal"la "Brayton"un da 22 xalı var.
Mətləb