KÖHNƏ VERSİYA            

Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

Image

Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb. Bəyanatda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün 2035-ci ilədək 250 milyard dolları səfərbər etmə hədəfi göstərilib. İndiki hədəf ildə 100 milyard dollardır, bu məbləğə yalnız 2022-ci ildə çatılıb.

Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda tərəflər 2035-ci ilə qədər maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə çağırılır. Söhbət iqlimlə bağlı fəaliyyət üçün bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə ayrılması istənilən məbləğdən gedir. Bəyanatda bu xüsusda qeyd olunub:  “Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri kollektiv şəkildə razılaşdırmaq üçün Tərəflərlə birgə işləməyə davam edəcəyik”. COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev  qeyd edib ki, COP29 Sədrliyi 250 milyard dollarlıq məbləğindəki illik maliyyələşməni ədalətli və iddialı rəqəm saymır. Onun sözlərinə görə, COP29 Prezidentliyi bütün tərəflərlə həll edilməyən məsələlərə düzəlişlər üzrə işi davam etdirəcək. Azərbaycanın iqlim maliyyəsinin məbləği ilə bağlı yanaşmasını əslində dünyada indi mütləq əksəriyyət qəbul edir. Çünki, tələb olunan məbləğ iqlim böhranının həlli üçün ən minimal həddir. Namibiyadan olan “Fridays for Future Africa” təşkilatının iqlim fəalı Mariya Şikanqo Azərbaycanın yanaşmasının haqlı olduğunu, bunu Afrikanın timsalında görməyin mümkünlüyünü vurğulayır. O, qlobal iqlim böhranı ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çətinliklərə diqqət çəkib. Bildirib ki, Afrikada, xüsusilə Namibiyada əhalinin 50 faizindən çoxu quraqlıqdan əziyyət çəkir: “Bizim üçün iqlim maliyyəsi çox vacibdir, çünki adaptasiya və yumşaltma tədbirləri üzərində işləməliyik. Amma təəssüf ki, bu maliyyənin çox ləng təmin olunması bir problem olaraq qalır. Afrika daha gözləyə bilməz. Biz milyardlar deyil, trilyonlar tələb edirik, çünki iqlim böhranının məsuliyyətini daşıyan qlobal Şimaldır”. İqlim fəalı diqqətə çatdırıb ki, qlobal Şimal ölkələri ilə bu məsələlərdə razılığa gəlmək çox çətindir. O, həmçinin qeyd edib ki, afrikalılar artıq kolonializmin təsirlərindən yorulublar və qlobal Şimalın iqlim böhranında öz məsuliyyətini dərk edib maliyyə təmin etməsini gözləyirlər: “Biz afrikalılar, qlobal Cənubun nümayəndələri olaraq istəyirik ki, Şimal liderləri inadkarlığı dayandırsınlar, nəhayət, haqqımız olan iqlim maliyyəsini təmin etsinlər. Bu, milyardlarla deyil, trilyonlarla olmalıdır”.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının siyasət üzrə baş məsləhətçisi Mişel Yonetani də iqlim dəyişikliyinin səbəb olduğu miqrasiya və yerdəyişmə problemlərinin həlli üçün böyük maliyyə tələb edildiyini bildirir : “Biz hər kəsdən bu mürəkkəbliyi başa düşməyi, bunun fərqində olmağı və eyni zamanda, düşüncəni dəyişməyi xahiş edirik. Bu istiqamətdə atılan addımların həyata keçirilməsinə kömək edən bir neçə əsas amil var. Əvvəla, bu, faktiki məlumatdır. Lakin artıq əhəmiyyətli məlumat bazamızın olmasına baxmayaraq, milli və yerli səviyyədə baş verənlər haqqında daha çox informasiyaya da ehtiyac var”. Mişel Yonetani qeyd edib ki, BMT-nin hesabatına əsasən, dünyada, təxminən, münaqişə və təqiblər nəticəsində məcburi köçkün düşən, təxminən, 120 milyon insanın dörddə üçü hazırda iqlim dəyişikliyinin yüksək və ya ekstremal təsirlərinə həssas olan Sudan, Haiti, Myanma və Efiopiyada yaşayır: “Məlumatları və modelləşdirmə nəticələrini birləşdirərək aşkar etdik ki, iqlimlə bağlı təhlükələrə həddindən artıq məruz qalan ölkələrin sayı 2040-cı ildə 65-ə yüksələcək. Bu ölkələrin əksəriyyəti məcburi köçkünlərə evsahibliyi edir”. Hazırda proseslərin gedişi onu göstərir ki, iqlim maliyyəsi ilə bağlı bütün məsələlər öz həllini tapmalı, ölkələrin bu xüsusda üzərlərinə götürdükləri öhdəliklər tam həcmdə icra olunmalıdır. Bütün bunlara COP29 çərçivəsində xüsusi diqqət edilməsi, müvafiq qərarların qəbulu üçün Azərbaycan tərəfindən zəruri addımlar atılır.  Azərbaycan inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətinə investisiya yatırmaq məqsədilə İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması təşəbbüsünü irəli sürüb.  Belə fondun yaradılması Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü 14 təşəbbüsdən biridir. Maliyyələşmə iqlim dəyişikliyinin həm səbəbləri, həm də nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayır. Təsirlərin azaldılması sahəsində vəsaitlər daha çox bərpa olunan enerjinin inkişafı, enerji səmərəliliyi təşəbbüsləri, istixana qazı emissiyalarını azaldan layihələri dəstəkləmək üçün yönəldilir. Günəş, külək və hidroenergetika texnologiyalarına investisiyalar qalıq yanacaqlardan uzaqlaşmaq üçün vacibdir və iqlim maliyyəsi bu texnologiyaların dəyəri ilə onların tətbiqi arasında körpü yaratmağa kömək edir. İqlim maliyyəsinin əksəriyyəti hökumətlər və beynəlxalq maliyyə institutları kimi ictimai mənbələrdən gəlir. Özəl sektorun iştirakı iqlim maliyyələşdirməsinin digər mühüm mənbəyidir.

Ramil QULİYEV







VİDEO

Konqresmen Pallone Bakıdan qaçdı və ABŞ da “tünd sirkə kimi partladı”... - VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

SON XƏBƏRLƏR

23.11.2024 | 22:06
COP29-da Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

23.11.2024 | 21:30
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür qətnaməsi qəbul olundu...

23.11.2024 | 21:28
Borrel “Putinlə Trampı danışıqlar masasında əyləşdirmək istəyir”...

23.11.2024 | 21:25
COP29-a təzyiq yolunun sonu - Bayden kürsünü də, Sülh mükafatını da itirdi...

23.11.2024 | 21:15
27 il sonra Kəlbəcər ermənilərin “göz dağına” çevrildi...

23.11.2024 | 21:01
Üç Benilüks ölkəsindən Azərbaycana eyni məzmunlu böhtan həmləsi - bəlkə səfirlər toplaşsın?..

23.11.2024 | 20:51
"Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir" - Muxtar Babayev

23.11.2024 | 20:47
“İlham Əliyev deyib ki, saqqalını qırx” - Paşinyana yeni hücum...

23.11.2024 | 20:33
Makron Fransanı daha bir ölkədə biabırçı duruma düşürdü...

23.11.2024 | 20:19
Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

23.11.2024 | 20:06
Azərbaycan iqlim maliyyə iddiasını konkret ortaya qoydu - ildə 250 milyard, Afrikadan dəstək - "biz trilyonlar tələb edirik"

23.11.2024 | 19:52
İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

23.11.2024 | 19:38
Dizel yanacağı istehsalının bu qədər artımı nə ilə bağlıdır?..

23.11.2024 | 19:26
COP-a ev sahibliyini çoxları edə bilər, onu yarıtmaq isə... Azərbaycan nümunəsi...

23.11.2024 | 19:14
COP29 "yaşıl eraya" uğurlu keçidin mühüm platforması kimi özünü təsdiqlədi....

23.11.2024 | 19:01
Azərbaycançılıq mükəmməl milli ideologiya kimi ölkənin tərəqqisini daha dinamik hala gətirir

23.11.2024 | 18:47
"Qlobal Cənub QHT Platforması" nədir - Azərbaycan COP-da növbəti addımını atdı...

23.11.2024 | 18:33
Kiçik ada dövlətləri Bakıda "iqtisadi güclərə qarşı üsyan qaldırdılar" - "bizim seçimimiz yoxdur"...

23.11.2024 | 18:30
Beynəlxalq Forum direktoru ABŞ-ı iqlim sazişi ilə bağlı öhdəliklərindən yayınmağı dayandırmağa çağırdı

23.11.2024 | 18:20
"Power Shift Africa" ABŞ və Qərb ölkələrini iqlim maliyyəsi üçün məsuliyyətdən yayınmaqda ittiham etdi

23.11.2024 | 18:19
"Politico" nəşri Azərbaycanı "rus qazı" ilə ləkələməyə çalışır...

23.11.2024 | 18:12
İqlim Fəaliyyəti üzrə Beynəlxalq Şəbəkənin nümayəndəsi üsyan etdi - Qlobal Şimal ikiüzlülüyə son qoymalıdır...

23.11.2024 | 18:05
“Böyük Tiqranın Halley Kometi” - erməni tarixçilər təzə saxtakarlığa əl atdılar...

23.11.2024 | 18:03
Antiterrordan sonrakı reallıqları COP 29 bir daha təsdiqlədi...

23.11.2024 | 17:51
COP çərçivəsində “Qarabağa erməni qayıdışı”nı qabardanlara 2 dəqiq şərt qoyuldu...

23.11.2024 | 17:44
Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürülür...

23.11.2024 | 17:38
Ermənilər İrəvandakı daha bir qədim türk izini silir - “Qırmızı körpü”...

23.11.2024 | 17:25
Qərblə Rusiya "qarşılıqlı dondurulmuş pullarla" bir-birinə hücuma başlayıblar...

23.11.2024 | 17:12
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırdı...

23.11.2024 | 17:06
Azərbaycan mediasının COP29 sınağı…

23.11.2024 | 17:02
Berbok Azərbaycan XİN-in “76 nəfərlik qara deputatlar” siyahısından danışdı...

23.11.2024 | 16:41
ABŞ Ukraynaya nüvə silahı verilməsi məsələsini gündəmə gətirdi...

23.11.2024 | 16:25
Netanyahunun Brüsselə yolu bağlandı - gəlsə həbs edəcəyik...

23.11.2024 | 16:14
MM-in Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana cavab...

23.11.2024 | 16:09
Aİ və 25 ölkə COP29-da öhdəlik götürdü - kömür elektrik stansiyaları tikməyəcəklər...

23.11.2024 | 16:06
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

23.11.2024 | 16:05
Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edildi

23.11.2024 | 15:51
Tramp Ukraynanın NATO üzvlüyünə qarşı çıxan diplomatı Kiyevə xüsusi nümayəndə təyin edir...

23.11.2024 | 15:41
Qarabağın rəmzi Xarıbülbül cənubda

23.11.2024 | 15:36
COP29-da iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçirildi - FOTO

23.11.2024 | 15:17
Zakir Həsənov müşavirə keçirdi - ordu qarşısında konkret tapşırıqlar qoyuldu

23.11.2024 | 14:31
Fəxrəddin Altun: “Türkiyə terrora qarşı mübarizəsini davam etdirəcək”

23.11.2024 | 14:24
“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” - Hakan Fidan

23.11.2024 | 13:30
İstanbulda 70 kq qızılla tutulan azərbaycanlı özünü diplomat kimi təqdim etdi, ancaq...

23.11.2024 | 13:16
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıb

23.11.2024 | 13:04
Laçında 4,5 bal gücündə zəlzələ olub...

23.11.2024 | 12:16
Baş nazir Əli Əsədov köhnə qərarı ləğv edib yeni qərar imzaladı

23.11.2024 | 12:00
Livanda bəzi xəstəxanalar fəaliyyətini dayandırıb - ÜST həyəcan təbili çalır

23.11.2024 | 11:30
Qaz partlayışından xəsarət alan Cəhri sakini Bakıda vəfat edib

23.11.2024 | 11:20
Deputatlarımız Moskva yolçusudur

23.11.2024 | 11:10
Neftimizin qiyməti 76 dolları ötüb - dünya bazarında son durum

23.11.2024 | 11:05
Azərbaycanın əl-ayağına düşüb minnətdar olmalı idilər ki, "bizim bərbad etdiyimiz dünyanı siz xilas edirsiniz"!

23.11.2024 | 11:00
"Bu cəhdlər bütün bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər" - türkiyəli iqtisadçıdan XƏBƏRDALIQ

23.11.2024 | 10:30
“Neftçi” “Zirə”yə, “Səbail” “Qarabağ”a qarşı

23.11.2024 | 10:20
Gəncədə yük maşını beton hasara çırpılaraq yanıb

23.11.2024 | 10:15
Bu iş adamı ABŞ-ın maliyyə naziri olacaq

23.11.2024 | 10:05
Neftçalada avtomobil və motosiklet toqquşub, bir nəfər ölüb

23.11.2024 | 10:00
ABŞ-ın bu hərəkətləri müharibə risqi yaradır - Pxenyandan ETİRAZ

23.11.2024 | 10:00
Bu gündən bəzi məktəblərdə dərslər başlayıb

23.11.2024 | 09:25
Minimum aliment 11 manat artırılır...

23.11.2024 | 09:22
Makron dayanmır - yenə qalmaqal, yenə gərginlik...

23.11.2024 | 09:15
Donald Tramp bu prokurorları işdən çıxaracaq - “The Washington Post”

23.11.2024 | 09:10
Ronaldonun komandası ilk dəfə məğlub oldu

23.11.2024 | 09:05
Britaniya bankından ŞOK addım - Rusiya və Belarusdan ödənişləri DAYANDIRDI

23.11.2024 | 09:00
“Tramp praqmatik insandır”, - Medvedevdən açıqlama

23.11.2024 | 08:42
Rubl kağıza dönür - Bakıya pul göndərən soydaşlarımız çətinlikdədir...

23.11.2024 | 01:11
Rusiya Ukraynanı ilk dəfə bu silahla vurdu - dünyanı dəhşətə salan GÖRÜNTÜLƏR...

22.11.2024 | 21:58
Macarıstanın baş naziri Orban İsrailin baş naziri Netanyahunu həbs qərarından niyə müdafiə etdi?...

22.11.2024 | 21:12
25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

22.11.2024 | 20:58
BC Məhkəməsi Netanyahunu və Qallantı hansı cinayətlərə görə həbsə məhkum etdi...

22.11.2024 | 20:43
Dilimizin Monitorinq Mərkəzi niyə ləğv edildi... Prezidenti məcbur buraxan nüanslar...

22.11.2024 | 20:32
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 20:28
Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

22.11.2024 | 20:15
Dünyada pul var, ancaq müharibəyə xərclənir - COP29 çağırış edir...

22.11.2024 | 20:01
Ukrayna cəbhəsində hər iki tərəf nüvə müharibəsini sürətləndirir...

22.11.2024 | 19:46
Avropa Birliyi Türkmənistanla Transxəzər layihəsini canlandırır - səbəb...

22.11.2024 | 19:33
ABŞ və Çin COP29-da sərrast ittiham olundular...

22.11.2024 | 19:19
Ermənistan Hindistandan yeni hücum texnikası alır...

22.11.2024 | 19:05
"COP29 niyə maliyyə COP-u adlanır" sualı Bakıda cavablanacaq...

22.11.2024 | 18:47
Belçika parlamentindən Azərbaycana absurd tələb - “qoşunlarınızı Ermənistandan çıxarın!..”(?)

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930