Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verib.
Başsağlığı məktubunda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Mərhəmətli və rəhmli Allahın adı ilə!
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi.
Zati-alinizə və əziz Azərbaycan xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Uca Allahdan həyatını itirənlərə rəhmət diləyir, yaralılara şəfa arzu edirəm".