Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar Dövlət Komissiyasının yaradılması barədə sərəncam imzalayıb.
Komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
Dövlət başçısı Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərə bütün zəruri dəstəyin göstərilməsi barədə göstəriş verib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi bu gün səhər Aktau yaxınlığında qəza enişi edib.
ZÜMRÜD