KÖHNƏ VERSİYA            

Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

Image

Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili videomüraciət edərək, ölkə hakimiyyətinə hədələyici bəyanat ünvanlayıb, iqtidarı çevrilişlə hədələyib. Belə ki, Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasına videomüraciət edərək, müxalifətlə yeni parlament seçkilərinin təyin edilməsi ilə razılaşmasa, iqtidardakı partiyanı devirəcəyini vəd edib: 

“Əgər kompromis variantı, dialoq əldə olunmasa, başqa variant var - biz bu rejimi devirməklə seçkilərə çıxacağıq, başqa yol yoxdur”.

Hələlik hazırkı prezident müxalifətin sadəcə başqa seçimi olmadığından şikayətlənib. Onun fikrincə, artan böhranı cilovlamaq üçün bütün hüquqi vasitələr artıq işə salınıb, lakin hakimiyyətin əleyhdarlarının başlatdığı çoxsaylı məhkəmə prosesləri belə buna  kömək etməyib. Obrazlı desək, Gürcüstanda vəziyyət indi sönmüş vulkana bənzəyir, lakin o, hələ də tüstülənir və kraterin daxilində yüksək temperatur var. Salome Zurabişvili etirazın “atəşini” alovlandırmaq üçün əlindən gələni edir. Daha əvvəl də o, Tiflisin mərkəzində minlərlə insanın iştirak etdiyi mitinqlərdə çıxış edərək, “Gürcü Arzusu” partiyasına ünvanlanmış  ultimatumlarla çıxış edib. Hakimiyyət orqanları Avropaya inteqrasiyanı 2028-ci ilə qədər dondurduqdan sonra Qərbin Gürcüstana hücumları da artır. Ölkə getdikcə daha çox Qərb investisiyalarını itirir. Belə ki, Almaniya 237 milyon avro dəyərində olan layihələrini dondurub və yerli sahibkarlar xidmət sektorunda ciddi tənəzzülün yaşanmasından şikayətlənirlər. Lakin siyasətçiləri hələ də iqtisadi çətinliklər yox, hakimiyyət uğrunda mübarizə maraqlandırır. Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, əgər Salome Zurabişvili dekabrın 29-da Mixail Kavelaşvilinin andiçmə mərasimi fonunda vəzifəsini tərk etməkdən imtina edərsə, o, həbsxanaya göndəriləcək: “Zurabişvili vəzifəsini tərk etməli olacaq, görəcəyik ki, o, dəmir barmaqlıqlar arxasında həyatını davam etdirəcək, ya yox. Düşünürəm ki, onun cinayət məcəlləsinin normalarını pozmamaq üçün kifayət qədər müdrikliyi olacaq... Bir daha təkrar edirəm, 72 yaşlı qadını həbsxanaya göndərmək istəyən heç kim ola bilməz”. Buna cavab olaraq Zurabişvili bir daha heç yerə getmədiyini bəyan edib və özünü ölkədə ali hakimiyyətin yeganə qanuni nümayəndəsi hesab etməkdə davam edib:  “Məni müdafiə etmək lazımdır deyən insanlara çox minnətdaram... Amma dekabrın 29-dan sonra kim olacağımı bilirəm - prezident. Mən xalqımın qulu olacağam”. O, həmçinin bildirib ki, Gürcüstanda siyasi böhranı həll etməyin iki yolu var: yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı “Gürcü Arzusu” ilə kompromis və ya hakim rejimin məhvi. Bununla bağlı o, müxalifət şurası yaradacağını bildirib: “Onun üzvləri yeni səsvermənin hazırlanması üzərində işə başlayacaqlar”. Lakin istənilən halda Zurabişvilinin fikrincə, seçkilər “Gürcü arzusu”nun məğlubiyyəti ilə başa çatmalıdır: “Onlar məni radikallıqda ittiham edirlər, bilmirəm, bunu harada görüblər. Həmvətənlərimi qorxudan hakim partiyadır. Xüsusilə, “Gürcü Arzusu” əvvəlcə müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə müharibə riskindən, indi isə vətəndaş müharibəsindən danışır. Nə biri, nə də digəri olmayacaq. Bu ölkə yeni seçkilərə sülh yolu ilə yanaşacaq, sonra uğurlu və güclü olacaq”.

Bu arada “Gürcü Arzusu” dövlət başçısının psixi sağlamlığından şübhələnməyə başlayıb. Parlamentdəki hakim partiya fraksiyasının sədri Mamuka Mdinaradze deyir: “Çətin emosional fona görə o, qeyri-adekvat bəyanatlar verir”. Hakim fraksiyanın digər üzvü Quram Maçaraşvili əmindir ki, Zurabişvili həmişə qeyri-adekvat olub, lakin onun siyasətdəki günləri sayılı olduğundan narahat olmaq üçün heç nə yoxdur. Qərbdə isə Zurabişviliyə dəstək artır. Latviya rəhbəri Edqars Rinkeviç gürcü həmkarını dəstəkləyərək bildirir: “Prezidentə qarşı təhdidlər qəbuledilməzdir”. O, Zurabişvili ilə telefon danışığı aparıb və bu zaman Gürcüstanın “Avropa yoluna” qayıtmalı olduğunu bildirib. Çexiya prezidenti Petr Pavel də respublika rəhbərini dəstəklədiyini bildirib. Gürcü politoloq Petre Mamradze məsələ ilə bağlı bildirib: “Zurabişvilinin hüquq-mühafizə orqanları ilə açıq toqquşmaya girəcəyi ehtimalı azdır. O, mükəmməl başa düşür ki, bu döyüşdə qalib gəlməyə gücü çatmır və buna görə də dəmir barmaqlıqlar arxasına düşmək riski var. Bu, 1990-cı illərin əvvəli deyil ki, müdafiə naziri, açıq-saçıq quldur Tengiz Kitovani silahlıların dəstəyi ilə departament binasını zəbt edib istefa verməkdən imtina edə bilərdi”. Ekspertin sözlərinə görə, çox güman ki, inauqurasiya ərəfəsində o, Fransaya və ya Aİ-nin başqa ölkəsinə gedəcək, sonra isə müəyyən səbəblərdən geri qayıda bilməyəcək. Bu arada, Zurabişvili “Gürcü Arzusu”nun cinayət təqibi ilə hədələdiyi tək prezident deyil. Məsələn, müxalifət Lelo partiyasının təsisçisi Arçil Gorduladze ölkənin silahlı qüvvələrini tabe olmamağa çağırıb. Onun sözlərinə görə, ordu Kavelaşvilinin andiçmə mərasimində iştirak etməməlidir. Paralel olaraq Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer ölkəsinin respublikada ümumi dəyəri 237 milyon avro olan layihələri dondurduğunu bildirib. Belə ki, Batumidə yaşıl hidrogen, enerji infrastrukturu və su infrastrukturunun maliyyələşdirilməsi dayandırılıb: “Vətəndaş cəmiyyətinə və qanunun aliliyinə dəstək isə davam edir”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031