İran Azərbaycana başsağlığı verdi
İran Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verir. Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, sərnişin təyyarəsinin qəzası təəssüfləndirici hadisədir.
“Bununla əlaqədar Allahdan Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan dövlətlərinə və hadisə qurbanlarının ailələrinə başsağlığı verir və zərərçəkənlərin tezliklə şəfa tapmasını diləyirik”, -deyə o bildirib.