Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib
Rusiya prezidenti Vladimir Putin Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktauda qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.
Trend xəbər verir ki, V.Putin bu barədə MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşünün açılışında deyib.
"Faciə bu gün Aktauda baş verib. Təyyarə qəzaya uğradı, ölən var, çoxlu yaralı var. Sizin adınızdan həlak olanların ailələrinə və bütün zərərçəkənlərə başsağlığı vermək istəyirəm. Onların sağalmasına ümid edək", - deyə o bildirib.