Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...
Suriya erməni ortodoks kilsə lideri Armaş Nalbandyan tanınmış CNN Türk televiziyasının müxbiri Fülya Öztürkün açdığı imkandan sui-istifadə edib. Əslində CNN Türkün bu təxribatçı fikirlərə niyə geniş efir verməsinin özü təəccüblüdür.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Armaş deyib ki, ölkənin yeni sivil konstitusiyası olmalıdır, konstitusiyada biz "azlıq" kimi adlandırılsaq, biz bunu qəbul etməyəcəyik, hökumətdə biz xristianlara ayrıca yer verilməlidir və sair...
Baxırsınız? Əsədin dövründə öz siyasi iddialarını belə açıq deyə bilmir, ancaq rejimə hər cür sifətlə xidmət göstərirdilər, rejimin devrilməsində bircə nəfər əli silahlı ilə iştirak etmədilər. İndi başqalarının qanı ilə qurulmuş hakimiyyətdən maksimum siyasi haqlar tələb etməyə başlayıblar...
Ona bu dilləri yəqin ki verənlər var...
Belə-belə işlər...
Tahir TAĞIYEV