"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN
Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması bizi çox kədərləndirdi.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.
"Bu faciəvi qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik.Bu ağır günlərdə azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq", - deyə bildirilib.
ZÜMRÜD